İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


İqtisad elminin prinsipləri



Yüklə 94,21 Kb.
səhifə6/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   2   3   4   5   6   7   8   9   ...   39
iqtisad cavablar

İqtisad elminin prinsipləri.

İqtisadiyyat elminin bir neçə yönü olsa da, elmin bu sahəsini birləşdirən əsas fikirlər mövcuddur. İqtisadiyyatın on prinsipinə nəzər salaq.
Prinsip 1. İnsanlar seçimlərlə üzləşir.
Qərar vermək haqqında birinci dərsin xülasəsi belə bir atalar sözündə öz əksini tapır: “Pulsuz nahar olmaz”. Adətən, xoşumuza gələn hər hansı bir şeyi əldə etmək üçün xoşladığımız digər bir şeyi verməyə məcbur oluruq. Qərar vermək üçün qarşımızdakı bir məqsədi digəri ilə müqayisə edib seçim etmək tələb olunur.
Ən dəyərli resursunu- öz vaxtını bölüşdürmək istəyən tələbəni təsəvvür edin. Tələbə, öz vaxtının tamamını iqtisadiyyat öyrənməyə sərf edə bilər; öz vaxtının tamamını psixologiyanı oxumağa sərf edə bilər; yaxud öz vaxtını bu iki sahə arasında bölüşdürə bilər. Beləliklə, tələbə, elm sahələrindən birini oxumaq üçün vaxtının bir saatını sərf etdikdə, digər sahənin öyrənilməsinə həmin vaxtı sərf edə bilmir. Eyni şəkildə, elm öyrənməklə sərf etdiyi hər bir saat, digər fəaliyyətlərinə (yatmağa, velosiped sürməyə, televizora baxmağa, yaxud işləməyə) sərf edə bilməyəcəyi vaxt deməkdir.
Yaxud ailə gəlirlərini necə xərcləyəcəklərini qərarlaşdıran valideynləri təsəvvür edin. Onlar yemək, paltar, səyahət ala bilər və ya pullarını özlərinin təqaüdləri, uşaqların gələcək təhsilləri üçün ayıra bilərlər. Onlar bu əmtəələrdən hər hansı birinə əlavə bir manat xərcləmək qərarına gəldikdə digər əmtələrə xərcləmək üçün pulları bir manat azalmış olur.
İnsanlar cəmiyyətlərdə birləşdikdə, müxtəlif növ seçimlərlə üzləşirlər. Klassik seçimlərdən biri “silah yaxud qida” seçimidir. Sərhədlərimizi xarici təcavüzdən qorumaq məqsədilə ölkənin müdafiəsinə (silah) daha çox vəsait sərf etdikcə, daxildə həyat səviyəsini artırmaq üçün istehlak mallarına (qida) daha az vəsait sərf etmək məcburiyyətində qalırıq. Müasir cəmiyyətlərdə digər mühüm bir seçim, təmiz ətraf- mühitlə yüksək gəlir səviyəsi arasındakı seçimdir. Şirkətlərdən çirkləndirmənin azaldılmasını tələb edən qanunlar əmtəə və xidmətlərin maya dəyərini artırır. Maya dəyərinin artması nəticəsində həmin şirkətlər daha az mənfəət əldə edir, işçilərinə daha az əmək haqqı ödəyir, əmtəə və xidmətlərini daha yüksək qiymətə satır və ya bunun üçünün qarışımı ilə üzləşir. Beləliklə, çirklənməyə qarşı qanunvericilik bizi təmiz ətraf- mühit və səhhətimizin yaxşılaşması kimi faydalarla təmin etsə də, bütün bunlar yalnız şirkət sahiblərinin, onların işçilərinin və müştərilərin gəlir səviyyələrinin azalması hesabına baş verir.
Cəmiyyətin üzləşdiyi digər bir seçim səmərəliliklə ədalət arasındadır. Səmərəlilik cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyətidir. Ədalətlilik isə iqtisadi rifahın cəmiyyət üzvləri arasında adil surətdə bölüşdürülməsi xüsusiyyətidir. Başqa sözlə, iqtisadiyyatı bir piroq şəklində təsəvvür etsək, səmərəlilik bu piroqun həcminə, ədalət isə onun necə bölüşdürülməsinə aiddir. Dövlətin siyasəti müəyyən edilərkən bu iki məqsəd tez- tez ziddiyyət təşkil edir.
Misal üçün iqtisadi rifahın daha adil bölüşdürülməsini hədəf seçən iqtisadi siyasətləri düşünün. Sosial müdafiə sistemi, işsizliyə qarşı sığorta və s. bu kimi tədbirlərdən bəziləri, cəmiyyətin ən çox ehtiyacı ola üzvlərinə kömək etmək məqsədi daşıyır. Fərdi gəlir vergisi kimi siyasi alətlər imkanlı insanların imkansızlara nisbətən dövətə daha böyük maliyyə dəstəyini təmin edir. Bu cür siyasi tədbirlər ədaləti hədəf alsa da, onların pis cəhəti səmərəliliyin azalmasıdır. Dövlət gəliri varlılardan alaraq yoxsullara verdikdə, çox işləmənin mükafatını azaltmış olur. Nəticədə, insanlar daha az işləyir, daha az əmtəə və xidmətlər istehsal edirlər. Başqa sözlə, dövlət iqtisadi piroqun paylarını bərabərləşdirməyə çalışdığı qədər, həmin piroqun həcmi azalır.
İnsanların müxtəlif seçimlərlə üzləşdiyini bilmək, onların hansı qərarları verəcəklərini əvvəlcədən təxmin etmək üçün kifayət deyil. Tələbə yalnız iqtisadiyyatı oxumağa sərf edə biləcəyi vaxtını artırmaq məqsədilə psixologiyanı tərk etməməlidir. Cəmiyyət isə maddi həyat səviyyəsinin azalmasına səbəb olduğuna görə ətraf mühitin qorunmasından vaz keçməməlidir. Yoxsullara yardım iş stimullarını zəiflətdiyinə görə yoxsulluğun aradan qaldırılmasından imtina edilməməlidir. Bununla belə həyatdakı seçimləri dərk etmək çox vacibdir. Çünki insanlar yalnız mövcud olan bütün alernativləri bildikləri halda yaxşı seçim edə bilirlər.

Yüklə 94,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin