Azad və tənzimlənən bazar iqtisadiyyatının xarakterik xüsusiyyətləri. Azad – (xalis) bazar iqtisadiyyatı XVII-XX əsrlər (50-ci illər). Bu sistemin əsas cəhətləri aşağıdakılardır:
xüsusi mülkiyyət;
azad sahibkarlıq;
şəxsi maddi maraq;
azad rəqabət;
bazar mexanizminin nisbi sərbəstliyi;
iqtisadiyyatda dövlətin məhdud rolu;
seçim azadlığı.
2. Tənzimlənən bazar iqtisadiyyatı XX əsrin 50-ci illərindən müasir dövrə qədər. Bu sistemə xarakterik əlamətlər aşağıdakılardır:
iqtisadiyyatda çoxmülkiyyətçilik;
bazar mexanizmi;
dövlət, özəl və bələdiyyələrin qurumlarının qarşılıqlı fəaliyyəti;
iqtisadiyyatın sosial yönümlüyü;
iqtisadiyyatın dövlət tənzimlənməsi.
Bazar iqtisadi sistemi və onun əsas prinsipləri.
İstehsal resurslarından istifadənin səmərəliliyini və istehsalçıların iqtisadi azadlığını təmin edən iqtisadi sistem bazar iqtisadiyyatıdır. Bazar əmtəənin qiyməti ilə onun satış həcminin müəyyən edilməsi üçün alıcı ilə satıcının qarşılaşdığı nizamlanmış bir strukturdur. Bazarda iki mülkiyyət sahibi: əmtəə sahibi və pul sahibi görüşürlər. Əmtəə sahibi çalışır ki, onun satışından maksimum mənfəət əldə etsin, alıcı isə öz növbəsində çalışır ki, pul sahibi kimi öz maliyyə büdcəsini daha səmərəli xərcləsin. Alıcı və satıcı qarşılaşmasında hər iki tərəf üçün faydalı ola bilən qiymət səviyyəsi müəyyən edilir.
Bazar iqtisadi sistemi alıcı və satıcıların istehsal, bölgü, mübadilə və istehlakdakı münasibətlərini tənzimləyən mürəkkəb iqtisadi mexanizmdir. Bazarda alınıb- satıla bilən son məhsul və xidmətlər çoxluğu, istehsal amilləri, şəxsi istehlak amilləri bazarın obyektini təşkil edir. Bazarın iştirakçıları olan fiziki şəxslər, ev təsərrüfatları, hüquqi şəxslər, dövlət strukturları bazarın subyektlərini təşkil edirlər. İstehsalçılar müxtəlif statuslu müəssisə və təşkilatlardır. Onların iqtisadi vəzifəsi insan tələbatlarını ödəyə bilən son məhsul və xidmət növlərinin istehsal edilməsi və istehsal olunmuş məhsulların istehlakçılara çatdırılmasıdır.
Bazar iqtisadi sistemi aşağıdakı prinsiplərə əsaslanır:
Xüsusi mülkiyyətin hökmranlığı və toxunulmazlığı;
Azad seçim və azad sahibkarlıq;
Qərarların qəbul edilməsində şəxsi maraqların prioritetliyi.
İqtisadi fəaliyyətdə, qiymətdə və bazarların fəaliyyətində rəqabətin olması;