İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri və əsas komponentləri



Yüklə 94,21 Kb.
səhifə17/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   13   14   15   16   17   18   19   20   ...   39
iqtisad cavablar

Sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri və əsas komponentləri.

Sahibkarlıq fəaliyyətinin aşağıdakı xüsusiyyətləri vardır:

  1. Bazarla əlaqəli olur;

  2. Mənfəət naminə fəaliyyəti həyata keçirir;

  3. Hüquqi cəhətdən azad insanların əməyinə əsaslanır.

Sahibkarlığın əsas komponentləri:

  1. Şəxsi- sahibkarlar riskli və innovasiyalı fəaliyyət apara bilməlidir.

  2. İqtisadi- sahibkarlar gəlir əldə edə bilməlidir.

  3. Təşkilati- idarəetmə keyfiyyətinə malik olmalıdır.



  1. Sahibkarların hüquq və vəzifələri.

Sahibkarlıq anlayışını iqtisadi ədəbiyyata ilk dəfə ingilis iqtisadçısı Kantilyon gətirib.
Sahibkarların hüquqlarına aiddir:

Sahibkarın vəzifələrinə aiddir:

  • qanunvericiliklə müəyyən edilmiş vergiləri ödəmək;

  • İşə qəbul etdiyi işçilərlə müqavilə bağlamaq;

  • İstehsal etdiyi məhsulu markalaşdırmaq;

  • Antiinhisar qanunvericiliyinə riayət etmək;

  • Haqsız rəqabət metodlarına yol verməmək;

  • Dövlət orqanlarına fəaliyyətləri haqqında vaxtaşırı hesabatlar vermək və s.



  1. Təkrar istehsalın əsas tipləri.

Təkrar istehsalın 3 əsas tipi mövcuddur:

  1. Sadə təkrar istehsal;

  2. Geniş təkrar istehsal;

  3. Tənəzzüllü təkrar istehsal.

Sadə təkrar istehsal zamanı istehsalın həcmi əvvəlki həcmdə təkrarlanır. Geniş təkrar istehsal zamanı istehsalın həcmi artan həcmdə, tənəzzüllü təkrar istehsal zamanı isə istehsalın həcmi azalan həcmdə təkrarlanır. Tənəzzüllü təkrar istehsal bir qayda olaraq böhranlar, müharibələr və təbii fəlakətlər dövründə baş verir.
Geniş təkrar istehsal və ya iqtisadi artım intensiv və ekstensiv amillər hesabına baş verir. Ekstensiv amil əlavə iqtisadi resursların istehsal prosesinə cəlb olunmasıdır. Bu iqtisadi artımın kəmiyyət amili də adlanır. İntensiv amillərdən istifadə zamanı isə iqtisadi artım istehsal amillərindən istifadənin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yəni əmək məhsuldarlığının yüksəldilməsi hesabına baş verir.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin