Tələb və təklifin kəsişdiyi nöqtə tarazlı qiymət nöqtəsi adlanır. Bu nöqtə yeganə sabit qiymətdir. Bu nöqtədən aşağı hər bir qiymət bazarda qıtlıq (defisit) yaradacaq və əksinə bu nöqtədən yuxarı hər bir qiymət bazarda bolluq yaradacaqdır.
Rəqabət bazar iqtisadi sisteminin əsas elementi kimi.
Rəqabət latın sözü olub (concurere) “toqquşma” mənasını verir. Rəqabət bəhsləşmədir. Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkanlara malik olmalarına baxmayaraq, bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmək istəyi həmişə onları istehsalın nəticələrini yaxşılaşdırmağa stimullaşdırır. Rəqabət mənfəət əldə etmək üçün istehsalın və satışın ən əlverişli şərtləri uğrunda bazar subyektləri arasında mübarizədir.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub, bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərindən biri kimi çıxış edir. Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakçıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfədən istehsalçıların öz aralarında, ikinci tərəfdən istehsalçılarla istehlakçılar, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda, alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə , inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaq təhlükəsi var. Rəqabətin əsas müsbət cəhəti bütövlükdə cəmiyyət miqyasında biznesi canlandırmaq, stimullaşdırmaq və səmərəliliyini yüksəltməkdir.
Rəqabət, əsasən, 2 istiqamətdə aparılır.
Qiymət üsulu ilə
Qeyri- qiymət üsulları ilə.
Qiymət rəqabət üsulları aşağıdakılardan ibarətdir: (obyektiv)
Xərclərin azaldılması.
Qiymət ayrıseçkiliyi (diskriminasiyası).Bazarda müxtəlif alıcı təbəqələrinə müxtəlif qiymətlərlə satılması.
Hər bir alıcı üçün fərqli qiymətin təyin edilməsi.
Alışın həcmindən asılı olaraq qiymətin təyin olunması.
Müxtəlif istehlakçı qrupları üçün fərqli qiymətlərin təyin edilməsi.
Son 3 üsul qiymət diskriminasiyasının növləridir.
Qeyri- qiymət üsulları ilə aparılan rəqabət aşağıdakılar aiddir: (Qeyri- obyektiv)
Müəyyən satış güzəştlərinin tətbiqi
Əhalinin sosial qrupları üçün məhsulların uyğunlaşdırılması.
Məhsulun texniki göstəricilərini yaxşılaşdırmaqla onun keyfiyyətinin yüksəldilməsi.