İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Tələbə təsir göstərən qiymət və qeyri- qiymət amilləri



Yüklə 94,21 Kb.
səhifə23/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
iqtisad cavablar

Tələbə təsir göstərən qiymət və qeyri- qiymət amilləri.

Tələbə təsir göstərən digər amillər də mövcuddur. Bu amillər qeyri –qiymət amilləri adlanır. Tələbə təsir göstərən qeyri- qiymət amillərindən aşağıdakıları göstərmək olar:

  • əhalinin gəlirləri;

  • qarşılıqlı əvəzedici məhsulların qiymət səviyyəsi;

  • qarşılıqlı tamamlayıcı məhsulların qiymət səviyyələri;(tərs mütənasib)

  • alıcının zövqü;

  • bazarda alıcıların sayı;

  • istehlakçıların gələcək qiymətlərlə və gəlirlərlə bağlı gözləmələri.

Fərdi tələb konkret istehlakçının hər hansı bir məhsulun qiymətilə bağlı tələbin həcmidir. Bazar tələbi əmtəə bazarında əmtəənin müəyyən qiymətində bütün alıcıların əldə etmək istədikləri eyni məhsul və xidmətlərin həcminin məcmusudur. Bazar tələbi fərdi tələblərin cəminə bərabərdir.

  1. Tələb və təklif əyrisinin yerdəyişməsi.

Tələb və təklif əyrisinin kəsişməsi bazarda aşağıdakı qrafik təsviri yaradır:
P

____________________________



K nöqtəsi göstərir ki, həm alıcılar, həm də satıcılar öz məhsulların mübadilə etməyə razıdırlar. Tələb və təklifin qiymət elastikliyi.


İqtisadçılar müəyyən ediblər ki, qiymətdəki dəyişikliyə istehsalçılar müxtəlif səviyyədə həssasdırlar. Belə bir qanunauyğunluq qiymət elastikliyi konsepsiyası adlanır. Tələbin qiymət elastikliyi konsepsiyasının mahiyyəti aşağıdakı kimidir:

  1. qiymətdəki müəyyən dəyişiklik müvafiq məhsulda ona olan tələbi daha çox dəyişdirirsə, həmin məhsul elastikdir.

  2. əgər qiymətdəki dəyişiklik müvafiq məhsula olan tələbi az miqdarda dəyişirsə həmin məhsula olan tələb qeyri- elastikdir.

Qiymət elastikliyinin dərəcəsi, yaxud qiymət elastikliyi Ed aşağıdakı kimi hesablanır:
Müəyyən məhsulun miqdarındakı faiz dəyişikliyi
Ed=
Qiymətdəki faiz dəyişikliyi
Bu formuldan istifadə edərək müəyyən məhsulların və xidmətlərin elastiklik səviyyələini müəyyən etmək mümkündür. Ed=0 (mütləq qeyri- elastik tələb)
Ed=sonsuzluq sonsuz elastik tələb. Bu o deməkdir ki, cüzi qiymət dəyişikliyində tələbin həcmi sonsuz miqdarda dəyişir.
Təklifin qiymət elastikliyi tələbin qiymət elastikliyi konsepsiyasına uyğundur. Vaxt amilinə həssasdır.


  1. Yüklə 94,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin