Bazar iqtisadi sisteminin üstün və mənfi cəhətləri.
Bazar iqtisadi sisteminin aşağıdakı üstünlükləri var:
Resurslardan səmərəli istifadə;
İqtisadiyyatda baş verən dəyişikliyə tez reaksiya vermək və tez uyğunlaşmaq;
ETT- nin nailiyyətlərinin optimal tətbiqinə şərait yratmaq və istehsala yeni idarəçilik metodlarının gətirilməsi;
İstehsalçı və istehlakçıların azad seçimini təmin etmək;
İstehsalı istehlakın ödənilməsinə yönəltmək, məhsul və xidmətlərin keyfiyyətini yüksəltmək.
Bazar iqtisadiyyatının nöqsanları aşağıdakılardır:
Sosial təbəqələşmə;
Xroniki işsizlik;
İnflyasiya;
Gəlirlərin qeyri- bərabər bölgüsü;
İnhisarçılıq;
İstehsalın tsiklik xarakteri;
Ekoloji problemlər;
Kollektiv istifadə olunan məhsul və xidmətlərin yaradılmasına maraq göstərməmək və s.
Bazar infrastrukturu və onun tərkib hissələri.
Bazar infrastrukturu bazarın normal fəaliyyətini təmin etmək üçün firmalara və əhaliyə xidmətlər göstərən təsərrüfat təşkilatlarının və qeyri- kommersiya müəssisələrinin sistemidir.
Bazar infrastrukturları bazarın səmərəli fəaliyyətini təmin edir və alqı- satqı əməliyyatlarını asanlaşdırır. Bazar infrastrukturlarından müxtəlif birjaları, yarmarkaları, auksionları və s. misal göstərmək olar.
Birjalar və onların növləri.
Birjalar bazar infrastrukturunun mühüm tərkib hissələridir. Birjaların aşağıdakı növləri vardır:
Əmək birjaları- məşğulluqla bağlı fəaliyyət göstərən dövlət və qeyri- dövlət qurumlarıdır. Əmək birjalarının obyekti iş qüvvəsidir.
Əmtəə birjaları- standart məhsulların nümunələri əsasında standart, topdansatış formada alqı- satqı əməliyyatlarının həyata keçirildiyi yerdir. Obyekti əmtəələrdir.
Fond birjaları- qiymətli kağızların alqı- satqısı üçün xidmət göstərən qurumlardır. Obyekti veksel, dövlət xəzinə öhdəlikləri, səhmlər, istiqrazlar, çeklər və s.
Valyuta birjaları- valyutaların alqı- satqısının həyata keçirildiyi yerdir. Obyekti müxtəlif ölkələrin milli valyutalarıdır.