İqtisadçılar müəyyən ediblər ki, qiymətdəki dəyişikliyə istehsalçılar müxtəlif səviyyədə həssasdırlar. Belə bir qanunauyğunluq qiymət elastikliyi konsepsiyası adlanır. Tələbin qiymət elastikliyi konsepsiyasının mahiyyəti aşağıdakı kimidir:
qiymətdəki müəyyən dəyişiklik müvafiq məhsulda ona olan tələbi daha çox dəyişdirirsə, həmin məhsul elastikdir.
əgər qiymətdəki dəyişiklik müvafiq məhsula olan tələbi az miqdarda dəyişirsə həmin məhsula olan tələb qeyri- elastikdir.
Qiymət elastikliyinin dərəcəsi, yaxud qiymət elastikliyi Ed aşağıdakı kimi hesablanır:
Müəyyən məhsulun miqdarındakı faiz dəyişikliyi
Ed=
Qiymətdəki faiz dəyişikliyi
Bu formuldan istifadə edərək müəyyən məhsulların və xidmətlərin elastiklik səviyyələini müəyyən etmək mümkündür. Ed=0 (mütləq qeyri- elastik tələb)
Ed=sonsuzluq sonsuz elastik tələb. Bu o deməkdir ki, cüzi qiymət dəyişikliyində tələbin həcmi sonsuz miqdarda dəyişir.
Təklifin qiymət elastikliyi tələbin qiymət elastikliyi konsepsiyasına uyğundur. Vaxt amilinə həssasdır.
Təklifə təsir göstərən qiymət və qeyri- qiymət amilləri.
Əmtəənin təklif həcminə təsir göstərən ikinci qrup amillər qeyri- qiymət amilləridir. Bunlar aşağıdakılardır:
Fərdi təklif konkret satıcının bazarda təklif etdiyi konkret məhsulun həcmidir. Bazar təklifi əmtəə bazarında fəaliyyət göstərən satıcıların məhsulun konkret qiymətində təklif etdikəri məhsulun həcmidir.