İqtisadiyyat elminin yaranma və inkişaf tarixi


Prinsip 8. Ölkədəki həyat səviyyəsi həmin ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyətindən asılıdır



Yüklə 94,21 Kb.
səhifə12/39
tarix28.06.2022
ölçüsü94,21 Kb.
#62417
1   ...   8   9   10   11   12   13   14   15   ...   39
iqtisad cavablar

Prinsip 8. Ölkədəki həyat səviyyəsi həmin ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyətindən asılıdır.
İllər boyunca yaxud ölkədən ölkəyə mövcud olan həyat səviyyəsindəki fərqləri nə ilə izah etmək olar? Həyat səviyyəsindəki bütün fərqlər ölkələrin məhsuldarlığı – yəni bir işçinin vaxtının hər saatında istehsal edilən əmtəə və xidmətlərin miqdarı ilə əlaqəlidir. Bir vaxt vahidi ərzində daha böyük həcmdə əmtəə və xidmətləri istehsal edə bilən ölkələrdə cəmiyyətin əksəriyyəti yüksək həyat səviyyəsinə malikdir. Bunun əksinə, məhsuldarlığı aşağı olan ölkələrdə insanlar yoxsul və ağır həyat yaşayırlar. Müvafiq olaraq, ölkənin məhsuldarlıq dərəcəsindəki artım, orta gəlirin artımını müəyyən edir.
Məhsuldarlıqla həyat səviyyəsi arasındakı əlaqə dövlət siyasəti üçün də mühüm əhəmiyyət daşıyır. Bir siyasi tədbirin həyat səviyyəsinə mümkün təsirini təhlil edərkən həmin siyasətin əmtəə və xidmətləri istehsal etmək qabiliyyətimizə necə təsir edəcəyinə düşünmək vacibdir. Həyat səviyyəsini yaxşlaşdırmaq üçün siyasətçilər işçilərin təhsilli olmalarını, istehsal alətlərinə və mövcud olan ən müasir texnologiyaya sahib olmalarını təmin edib məhsuldarlığın artmasına nail olmağa çalışmalıdırlar.
Prinsip 9. Dövlət həddindən artıq pul çap etdikdə qiymətlər qalxır.
Almaniyada 1921- ci ilin yanvarında gündəlik çıxan bir qəzeti 0,30 markaya almaq mümkün idi. İki ildən az bir müddətdən sonra, 1922- ci ilin noyabrında eyni qəzetin qiyməti artıq 70000000 marka oldu. İqtisadiyyatdakı digər bütün qiymətlər də eyni həcmdə qalxdı. Bu, inflyasiyanın, yəni qiymətlərin ümumi səviyyəsinin yüksəlməsinin tarixdəki ən heyrətamiz misallarından biridir. İnflyasiyaya səbəb olan nədir? Demək olar ki, bütün böyük yaxud sabit inflyasiya hallarında günahkar həmişə eynidir- pul kütləsinin artımı. Dövlət öz milli pulunun miqdarını artırdıqca, pulun dəyəri düşür. 1920- ci illərin əvvəlində, Almaniyada qiymətlər orta hesabla ayda üç dəfə artdığı halda, pulun miqdarı da hər ay üç dəfə artırdı.

Yüklə 94,21 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin