İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsi, aparıcı məsləhətçi


Maddə 20. Lisenziyanın və icazənin verilməsindən imtina



Yüklə 126,55 Kb.
səhifə11/39
tarix26.06.2023
ölçüsü126,55 Kb.
#135280
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
İqtisadiyyat Nazirliyi Gəncə-Qazax aparıcı (1)

Maddə 20. Lisenziyanın və icazənin verilməsindən imtina
20.1. Lisenziyanın və icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
20.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə);
20.1.2. ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.
20.2. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Maddə 21. Lisenziyanın və icazənin verilməsi üçün ödəniş
21.1. Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
21.2. İcazənin verilməsi üçün dövlət rüsumunun və ödənişin ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.
Maddə 22. Lisenziyanın və icazənin müddəti
22.1. Lisenziyalar (bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla) müddətsiz verilir. Azərbaycan Respublikasının qanunlarında müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş lisenziya və icazə etibarsız hesab olunur. [12]
22.1-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir. [13]
22.2. Müddətli icazənin müddətinin uzadılması icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.
22.3. İcazənin müddətsiz uzadılmaqla yenidən rəsmiləşdirilməsi istisna olmaqla, yenidən rəsmiləşdirilmiş icazənin müddəti əvvəlki icazənin müddəti ilə məhdudlaşır.
22.4. Lisenziyanın (icazənin) dublikatının müddəti əvvəlki lisenziyanın (icazənin) müddəti ilə məhdudlaşır.
22.5. Lisenziyanın (icazənin) dayandırıldığı müddət lisenziyanın (icazənin) müddətinə daxil edilir.

Yüklə 126,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin