İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsi, aparıcı məsləhətçi



Yüklə 126,55 Kb.
səhifə15/39
tarix26.06.2023
ölçüsü126,55 Kb.
#135280
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
İqtisadiyyat Nazirliyi Gəncə-Qazax aparıcı (1)

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2015-ci il
№ 650


İnvestisiya təşviqi sənədinin verilməsi

QAYDASI
1. Bu Qayda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra – sahibkar) investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir.
2. İnvestisiya təşviqi sənədi bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [3]
3. İnvestisiya təşviqi sənədinin verilməsi üçün meyarlar aşağıdakılardır:
3.1. investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
3.2. investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
3.3. investisiya layihəsinin həyata keçiriləcəyi ərazilər və zonalar. [4]
3-1. İnvestisiya təşviqi sənədi almaq üçün təqdim edilən strateji investisiya layihələri aşağıdakı meyarlar əsasında müəyyən olunur: [5]
3-1.1. minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 (beş) milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 (üç) milyon manatdır;
3-1.2. investisiya layihəsinin Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlərə uyğun olması.
4. Bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar Nazirliyə ərizə ilə müraciət edir. [6]
5. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
5.1. bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);
5.2. bu Qaydanın 3.2-ci və ya 3-1.1-ci bəndlərində nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd; [7]
5.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.
5-1. “İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyət”, “Mehmanxanalarda və digər yerləşmə vasitələrində xidmət göstərilməsi”, “Kiçik yaylaq evlərində və qısa müddət qalmaq üçün digər yerlərdə xidmət göstərilməsi”, habelə “Kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi” iqtisadi fəaliyyət sahələri üzrə Nazirlik investisiya layihəsinin turizmin inkişafına dair strateji planlara, turizm və rekreasiya zonalarının baş inkişaf planlarına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəyini alır. [8]
6. Sahibkar, bu Qaydanın 3.2-ci və ya 3-1.1-ci bəndlərində nəzərdə tutulmuş məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara uyğunluğunun müəyyən edilməsi üçün Nazirliyə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır. [9]
7. Nazirlik bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır. İnvestisiya layihəsi bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilmiş meyarlara cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda Nazirlik investisiya təşviqi sənədinin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya yazılı formada sahibkara məlumat verir. Sahibkar tərəfindən məlumat alındığı tarixdən 5 iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd Nazirliyə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd sahibkar tərəfindən Nazirliyə təqdim edildikdən sonra investisiya təşviqi sənədi 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Nazirliyə təqdim edilmədikdə, investisiya təşviqi sənədi Nazirlik tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətindən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. [10]
8. Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir. [11]
9. Nazirlik investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlar pozulmaqla həyata keçirildiyi haqqında əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. [12]
10. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi ərazilər və zonalar Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunur. [13]

Yüklə 126,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin