İqtisadiyyat və Humanitar kollec İxtisas: Maliyyə işi Kurs: 2 Qrup


Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri



Yüklə 19,97 Kb.
səhifə2/5
tarix18.05.2022
ölçüsü19,97 Kb.
#58570
1   2   3   4   5
İstehsal firmasının dövriyyə fondları və dövriyyə vəsaitləri

2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
Firma və müəssisələrin qarşısında duran mühüm iqtisadi vəzifələrdən biri də dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşdırılmasıdır. Bunun üçün isə, ilk növbədə, onlardan istifadə səviyyəsini qiymətləndirmək lazımdır; qənaətin və ya israfçılığın həddi dəqiqləşdirilməlidir. Dövriyyə vəsaitlərindən istifadə səviyyəsini öyrənmək üçün iqtisadi və texniki-iqtisadi göstəricilər sistemindən istifadə olunur.
Material resurslarından və habelə dövriyyə vəsaitlərinin digər ünsürlərindən səmərəli istifadə edilməsi, nəticədə, ümumiləşdirici bir göstərici olan dövriyyə vəsaitlərinin dövr sürətini artırır. Bu onunla nəticələnir ki, dövriyyə vəsaitləri özlərinin dövranları zamanı pul formasından istehsal ehtiyatlarına və bunların istifadəsinin nəticəsi kimi əmək məhsuluna və sonuncunun da realizə olunması yolu ilə yenidən pul formasına keçməsi müddəti azalır; təkrar istehsalın fasiləsizliyi daxilində həmin mərhələlərin biri-birini əvəz etməsi sürətlənir, başqa sözlə, az vaxt intervalında onlar ardıcıl olaraq biri-birlərini əvəzləyirlər.
Dövriyyə fondlarından istifadənin yaxşılaşdırılması iqtisadi cəhətdən böyük səmərə verir. Məhsul vahidinin hazırlanmasına maddienerji ehtiyatları sərfinin azaldılması, eyni miqdarda istehsal ehtiyatlarından daha çox məhsul istehsal etməyə, onun maya dəyərini və materialtutumunu aşağı salmağa, müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmağa və s. imkan verir. Maddi-enerji ehtiyatlarından istifadəni qiymətləndirmək üçün bir sıra göstəricilərdən istifadə edilir. Bu göstəricilərdən birincisi «ilkin xammaldan hazır məhsulçıxımı» adlanan əmsalıdır. Bu göstərici faizlə də ifadə olunur və müəssisənin ilkin xammaldan nə qədər hazır məhsul istehsal edə bildiyini səciyyələndirir. Məsələn, xam neftdən benzin, şəkər çuğundurundan şəkər, dəmir filizindən dəmir və s. məhsulçıxımı əmsallarıdır və bunlar ilkin xammaldan istifadə səviyyəsini səciyyələndirirlər. Xammal və materialdan istifadənin səmərəliliyini xarakterizə edən ikinci əsas göstərici materialdan istifadə əmsalıdır. Bu əmsal məhsulun hazırlanması prosesində əmələ gələn itkilərin miqdarını göstərir. Bu əmsalın plan və faktiki növlərini fərqləndirirlər. Xammal və materialdan istifadənin plan əmsalı məhsul vahidinin xalis çəkisinin, həmin məhsulun hazırlanması üçün material məsrəfi normasına görə sərf ediləcək materialın miqdarına olan nisbətini, faktiki istifadə əmsalı isə məhsul vahidinin xalis çəkisinin faktiki sərf olunmuş materialın miqdarına olan nisbətini xarakterizə edir. Misal: Fərz edək ki, məhsulun xalis çəkisi 1,2 kq-dır. Məhsul vahidinin istehsalına məsrəf norması 1,6 kq müəyyən edilmişdir. Məhsulun hər birinin istehsalına faktiki material sərfi isə 1.5kq təşkil etmişdir. Buradan: materialdan plan istifadə əmsalı 0,75-ə (1,2 kq : 1,6 kq), faktiki istifadə əmsalı isə 0,8-ə (1,2 kq : 1,5 kq) bərabər olmuşdur. Belə olan halda materialdan qənat təqribən 7 faiz olmuşdur – 0,8 : 0,75 = 1,066; yaxud, ((100 x 1,066) -100) = 106,6 - 100 = 6,6 faiz

Yüklə 19,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin