İqtisadiyyat və Humanitar kollec İxtisas: Maliyyə işi Kurs: 2 Qrup


Müəssisədə pul vəsaitlərinin saxlanması sövdələşmə, xəbərdarlıq, möhtəkirlik motivləri ilə əlaqədardır



Yüklə 19,97 Kb.
səhifə4/5
tarix18.05.2022
ölçüsü19,97 Kb.
#58570
1   2   3   4   5
İstehsal firmasının dövriyyə fondları və dövriyyə vəsaitləri

Müəssisədə pul vəsaitlərinin saxlanması sövdələşmə, xəbərdarlıq, möhtəkirlik motivləri ilə əlaqədardır. Sövdələşmə motivi müəssisənin fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərin yerinə yetirilməsi üçün nağd pula olan tələbatından irəli gəlir. Belə ki, müəssisə müxtəlif təyinatlı məhsulların alınması, əmək haqqının, vergi və dividendlərin ödənməsi və s. üçün müəyyən məbləğdə pul vəsaitlərinə malik olmalıdır.
Xəbərdarlıq motivi gözlənilməz hallarda yaranan öhdəlikləri yerinə yetirmək məqsədilə pul vəsaitlərinin saxlanması ilə əlaqədarır. Müəssisəyə nağd pul vəsaitlərinin axını qabaqcadan nə qədər dəqiq qiymətləndirilərsə və ya gözlənilməz nağd pul məsrəflərini həyata keçirmək üçün kreditin əldə olunması imkanları nə qədər yüksəkdirsə, pul ehtiyatına olan tələbat bir o qədər azalır. Qeyd etmək lazımdır ki, müəssisənin pul vəsaitlərinin hamısını öz təyinatına görə nağd şəkildə saxlamaq məqsədəuyğun deyil, onun müəyyən hissəsini təqribən pula bərabər aktivlərdə – qiymətli kağızlarda saxlamaq olar.
Möhtəkirlik motivi – qiymətli kağızların qiymətinin gözlənilən dəyişməsi nəticəsində əlavə gəlirin əldə edilməsi məqsədilə nağd pul vəsaitlərinin saxlanması ilə əlaqədardır. Əgər faiz dərəcələrinin yük səlməsi və qiymətli kağızların qiymətinin aşağı düşməsi gözlənilirsə, onda pulu nağd formada o vaxta qədər saxlamaq lazımdır ki, faiz dərəcəsinin artımı dayansın. Faiz dərəcəsinin aşağı düşməsi gözlənilərsə, onda nağd vəsaitlər qiymətli kağızlara investisiya oluna bilər. Bu halda faiz dərəcəsinin aşağı düşməsindən və qiymətli kağızların qiymətinin artmasından müəssisə əlavə gəlir qazana bilir.
Firmanın pul vəsaitlərinin idarə olunması nağd pulların alınması və sərbəst pul vəsaitlərindən faizlərə görə əldə olunan gəlirlərin maksimumlaşdırılması ilə əlaqədardır; o, debitor borclarının əmələ gəlməsindən başlayır və pulun əldə olunması ilə başa çatır. Bu iki məqamın arasındakı fəaliyyət nağd vəsaitlərin idarə olunması sferasına aiddir. Firmanın reallaşdırdığı məhsulların alıcılarının ona olan öhdəliklərinin yerinə yetirməsinə yönəldilmiş səyləri debitor öhdəliklərinin idarəedilməsinə daxildir, öz öhdəliklərini ödəməyə dair qərarı isə onun (müəssisənin) kreditor öhdəliklərinin və toplanmış ödənişlərinin idarə olunması ilə əlaqədardır.
Müəssisə pul vəsaitlərinin qəbul edilməsi və ödənilməsinin müxtəlif metodları vasitəsilə onların idarə edilməsinin səmərəliliyini artıra bilər. Bu zaman əsas məqsəd ondan ibarətdir ki, debitor borclar – nə qədər mümkündürsə – tez bir zamanda pul vəsaitinə çevrilsin, kreditor borcları isə gec ödənilsin.
Hər bir müəssisə özünün pul qalığının həddini müəyyən etməlidir. Çünki əlavə nağd pulun saxlanması qiymətli kağızlara investisiya edilmiş pul vəsaitlərinə düşən faizlərdən əldə edilə bilən gəlirlərin itirilməsi ilə nəticələnir.


Yüklə 19,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin