İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ Bİznesin təŞKİLİ VƏ menecment kafedrasi təŞKİlati davraniş FƏNNİNDƏN



Yüklə 100,82 Kb.
səhifə4/7
tarix21.12.2023
ölçüsü100,82 Kb.
#188208
1   2   3   4   5   6   7
Cəfərov Nicat. Təşkilati davranış

3.Təşkilati mədəniyyət


Təşkilati mədəniyyət - təşkilata və ya onun daxili şöbələrinə məxsus olan şablon düşüncə tərzi, hissiyeat və reaksiyalardır. Təşkilatın individuallığının gücü, onun yekcinsliyinin səviyyəsi 4 faktora əsasən təyin edilir: a)sosiallaşma prosesinin nəticəsində insanlar cəmiyyətdə mövcud olan müxtəliftipli təşkilatlara uyğunlaşmaq üçün öz dəyərlər sistemini inkişaf etdirir; b) seçim prosesi təşkilatın fəaliyyətinə uyğun olmayan şəxsləri müəyyən edir; c) təşkilat daxilində mövcud olan mükafatlandırma sistemi müəyyən davranış üsulunun və münasibətlərin qüvvətlənməsinə səbəb olur; d) vəzifə yüksəlişi zamanı işçilərin yalnız professional deyil, eyni zamanda şəxsi keyfiyyətləri də nəzərə alınır.
Təşkilati mədəniyyət bir sıra funksiyaları yerinə yetirir:
İlk növbədə, o, təşkilatın müəyyən imicini formalaşdırır. Bu imic onu bütün digər təşkilatlardan fərqləndirir;
İkincisi, o özünü təşkilatın bütün üzvlərinin birlik hissində büruzə verir;
Üçüncüsü, o, ayrı-ayrı fərdlərin, təşkilatın işinə cəlb olunması prosesini gücləndirir və ona olan sədaqət hissini artırır;
Dördüncüsü, o, təşkilatda sosial sabitlik sistemini gücləndirir;
Beşincisi, o, davranış formalarını yaradan və onlara nəzarət edən vasitədir.
Təşkilati mədəniyyət - çətin ifadə edilən, heç bir sübut tələb etməyən bir fenomendir. Hər təşkilat əməkdaşların iş yerində gündəlik davranışını idarə edən qaydalar sistemini işləyib hazırlayır. Yeni əməkdaşlar qaydalar sistemini mənimsəməyənə qədər kollektivin tamhüquqlu üzvləri ola bilməz.
Qaydalara riayətetmə rəhbərlik tərəfindən müsbət qarşılanır və müəyyən mükafatların verilməsi, vəzifə irəliləyişləri ilə müşayiət olunur.
Təşkilati mədəniyyət müxtəlif şəkildə formalaşsa da, bu proses əsasən aşağıdakı mərhələləri əhatə edir:
- Müəyyən bir şəxs (təsisçi) yeni bir müəssisə yaratmaq qərarına gəlir.
- Təsisçi bir və ya daha artıq aparıcı şəxsi cəlb edərək baza qrupu yaradır. Bu şəxslər onun ideyalarını dəstəkliyir. Beləliklə, bütün qrup üzvləri təklif olunan ideyaların yaxşı olduğunu, onlar əsasında işləməyin, onlar uğrunda riskə getməyin mümkünlüyünü, bu ideyalara vaxt, pul və enerji sərf etməyin zəruriliyini qəbul edirlər.
- Baza qrupu, təşkilatı yaratmaq üçün fəaliyyətə başlıyır. Bu fəaliyyət lazımi vasitələri tapmaq, patent və lisenziyalar əldə etmək, kampaniyanı qeydiyyatdan keçirmək, onun yerləşəcəyi binanı müəyyən və kirayə etməkdən ibarət olur.
- Bu proses nəticəsində təşkilata yeni şəxslər qoşulur və onun tarixinin ilk səhifələri formalaşmağa başlıyır.
Təşkilati mədəniyyətin mənbələrini şərti olaraq üc qrupa ayırmaq olar: xarici mühit, ictimai dəyərlər, təşkilatın daxili mühiti. Xarici mühit faktorları dedikdə təşkilatın nəzarət etmədiyi amillər nəzərdə tutulur. Kampaniyanın təşkilati mədəniyyətinə eyni zamanda ictimai dəyərlər və milli mədəniyyət də təsir edir.
Təşkilati mədəniyyət bir sıra vacib xüsusiyyətlərə malikdir: müşayiət olunan mütəmadi davranış forma və normaları, üstünlük təşkil edən dəyərlər, fəlsəfi aspektlər, qaydalar, təşkilati mühit. Təşkilati mədəniyyət özünü təşkilati struktur, seçim strategiyası, sosiallaşma, status(sinfi) fərqləri, ideologiya, mif və simvollar, ritual və mərasimlər, ünsiyyət dilinin xüsusiyyətlərində büruzə verir. Təşkilati struktur həm daxili, həm də xarici faktorların təsiri altında formalaşır. O, eyni zamanda rəhbərin şəxsi keyfiyyətlərindən asılıdır.
Seçim strategiyası və sosiallaşma əməkdaşların hansı üsulla seçilməsini və onların kollektivə necə adaptasiya olmasını müəyyən edir. Seçim zamanı əməkdaşların və kampaniyanın dəyərlərinin üst-üstə düşməsi nəzərə alındıqda, işdən məmnunluq hissi artır, kadrların bir-birini əvəzləməsi azalır, həm də kampaniyanın gəlirləri yüksəlir.
Status fərqləri status və müxtəlif əməkdaş qrupları arasında qurulmuş münasibətlərlə müəyyənləşir. Bu fərqlər özünü iyerarxik strukturlu kampaniyalarda xüsusilə tez-tez göstərir. Təşkilatda daha yüksək statusa malik olan qruplar daha geniş hakimiyyət və lazımi resursları əldə edə bilmək imkanını reallaşdıra bilirlər.
Təşkilati mədəniyyət müəyyən ideologiya üzərində qurulur. Təşkilatın ideologiyası - insanları birləşdirən nöqteyi-nəzərlər, ideyalar və inamın məcmusudur.
“Mif” dedikdə qondarılmış hadisələr nəzərdə tutulur ki, onlar da öz növbəsində nəyinsə mənşəyini və transformasiyanı izah edir.
Simvollar ― kampaniyanın özünü assosiasiya etmək istədiyi obyektlərdir. Hər kampaniyanın özünəməxsus unikal ünsiyyət dili mövcuddur. Təşkilatın dilini onun əməkdaşları hamıdan yaxşı başa düşür.
Ayinlər - düşünülmüş, planlaşdırılmış teatr səciyyəli hərəkətlərdir ki, mədəniyyətin müxtəlif təzahür formalarını birləşdirirlər.
Mərasim- müxtəlif ayinləri birləşdirən sistemdir [2].

Yüklə 100,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin