İrəliləmə hərəkətinin kinematikası


Enerjinin saxlanması qanunu



Yüklə 254,2 Kb.
səhifə5/6
tarix03.05.2023
ölçüsü254,2 Kb.
#106521
1   2   3   4   5   6
fizika imtahan sualları

Enerjinin saxlanması qanunu – təbiətdə ümumi qanunlarından biri (saxlanma prinsipləri).
Qanuna görə enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır. Maddi sistem bir haldan digər hala keçdikdə onun enerjisinin dəyişməsi sistem ilə qarşılıqlı təsirdə olan cisimlərin enerjisinin artmasına və ya azalmasına ciddi uyğun gəlir. Enerjinin bir formadan digər formaya çevrilməsi prosesləri müəyyən miqdari ekvivalentlər ilə tənzimlənir.
Enerjinin saxlanması qanunu XX əsrin ortalarında R. Mayer, C. Coul, Helmholts və başqalarının səyi ilə kəşf edilmişdir.
Bu qanunda maddi dünyanın vəhdəti özünü göstərir. Onun kəşfi ilə təbiətdə bütün fəaliyyətin vəhdəti mülahizəsi fəlsəfi mühakimədən çıxaraq elmi fakta çevrilmişdir.
Mexaniki enerjinin saxlanma qanunu 
E(tam)= E(kinetik)+ E(potensial)= const
şəklində ifadə olunur. Yəni enerji bir haldan digərinə keçərkən saxlanılır.
Burada E(tam)= tam enerji, E(kinetik)-kinetik enerji, E(potensial)-potensial enerjidir.Mexaniki enerjinin saxlanma qanununun mənası belədir:-Potensial enerji sıfra bərabər (minimum) olanda , kinetik enerji ən böyük (maksimum) qiymətini alır. Kinetik enerji sıfra bərabər (minimum) olanda , potensial enerji ən böyük (maksimum) qiymətini alır. 
Tam mexaniki enerjinin saxlanma qanunu
Konservativ qüvvələr olan ağırlıq və elastiklik qüvvələrinin işi əks işarə ilə sistemin potensial enerjisinin dəyişməsinə bərabərdir. Digər tərəfdən bu iş həm də sistemin kinetik enerjisinin dəyişməsinə bərabərdir:

9. Qüvvə momenti. Fırlanma oxu olan cismin tarazlıq şərti.
Cismə təsir edən qüvvə bu cismin həm sürətini dəyişə bilər həm də ki cismi deformasiya edə bilər. Bundan əlavə qüvvənin daha bir təsiri də var ki bu da fırladıcı təsirdir. Bu təsir qüvvə momenti deyilən kəmiyyət ilə ifadə olunur. 
Tutaq ki, ixtiyari formaya malik olan cismin O fırlanma oxu vardır. Bu cismin hər hansı bir A nöqtəsinə F qüvvəsi tədbiq olunub. 

Fırlanma oxundan qüvvənin təsir xəttinə qədər olan məsafə qüvvənin qolu adlanır.
Qüvvənin qolu 

  • əsasən d hərfi ilə işarə olunur;

  • ölçü vahidi: [d] =1 m.

Qüvvənin öz qoluna olan hasilinə qüvvə momenti deyilir: 
M=F∙d.
Qüvvə momentinin ölçü vahidi: [M]=1N∙m.
Deməli qüvvənin fırladıcı təsiri nəinki qüvvənin qiymətindən, həm də ki onun qolundan asılıdır.

  • Əgər qüvvənin təsir xətti cismin fırlanma oxundan keçirsə, onda qüvvə momenti sıfıra bərabərdir M=0.

Praktikada çox vaxt elə hallar olur ki, tərpənməz fırlanma oxu olan cismə qiymətcə eyni, istiqamətcə əks olan iki paralel qüvvə təsir etdikdə o, həmin ox ətrafında fırlanmaqda davam edir. Məsələn, blok, dolamaçarx və s. belə paralel qüvvələrin hesabına fırlanır.
10. Ətalət momenti. Bəzi cisimlərin ətalət momentini hesablanması.

Yüklə 254,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin