N. Forma- novskaya haqlı olaraq yazır: –
«Etiketin təsir gücü onun səciy-yəvi sosial və linqvistik mahiyyəti ilə bağlıdır. Əgər yaşadığın cəmiyyətdə, işlədiyin mühitdə yad görünmək istəmirsənsə, sən öz öhdənə düşənləri icra etməlisən. Bunu səndən gözləyirlər və yeri gəlsə tələb də edərlər. Linqvistik planda isə nitq etiketi nitq fəaliyyətidir. Belə çıxır ki, biz etiketlə həqiqi mənada «iş görürük» 35
. Bu iĢ birbaĢa
nitqin (ünsiyyətin) məqsədli olmasın-dan və məqamla
bağlılığından irəli gəlir.
Yuxarıda biz etiketi cəmiyyətin (kollektivin, fəaliyyət sfera-
sının) sosial tələbi olduğunu qeyd etmiĢdik. Deməli, nitq etiketi
də insanın nitq davranıĢının tənzimləyicisi olmaqla sosial rol,
sosial funksi
yalardan kənar baxılmamalıdır.
Yazılı kommunikasiyada, daha çox iĢgüzar məktublar yazı-
larkən, etiket qaydalarının gözlənilməsi məktub müəllifi və
yaxud onun təmsil etdiyi təĢkilatla iĢgüzar münasibətlərin
qurulması və pozitiv istiqamətdə inkiĢafına kömək etməklə gələ-
cək əməkdaĢlığın sağlam təməl üzərində qurulmasına, qarĢılıqlı
fayda əldə edilməsinə və etibarlı tərəfdaĢlığın möhkəmlən-
məsinə xidmət edir. Məktubun əvvəlində həmiĢə qarĢı tərəfə adı
ilə müraciət edin, bu etibar təlqin edir. Ən əsası isə məktubu
ünvanladığınız insanın adının düzgün yazılmasıdır. YaxĢı olar
ki, dialoqun əvvəlində salamlaĢmaq və ya ətraflı cavab üçün
təĢəkkür etmək məsləhətdir.Bunun xoĢ olacağına əminlik lazım-
dır. Məktubu mümkün qədər bir ünvana göndərmək lazımdır.
Ümumiyyətlə,iĢgüzar etiketdən söhbət getdiyi halda «yazıĢ-
maların qızıl qaydalarını»təkrar xatırlatmamağa ehtiyac duyulur.
1. Məktublar həmiĢə müraciətlə baĢlamalıdır.
2. Məktubun mövzusu bilinməlidir.
3.GöndərməmiĢdən əvvəl orfoqrafik səflər düzəldilməli,
durğu iĢarələrinin yerində olması yoxlanılmalıdır.
4. Məktubun quruluĢu (strukturu) bitkin olmalıdır.
5. Fikir düzgün formalaĢmalıdır.