21
Dilin və nitqin funksiyalarına diqqət
yetirildikdə bir daha
aydın olur ki, kommunikativ funksiya dilin ən vacib funksiyasıdır.
Halbuki, mürəkkəb psixofizioloji proses kimi bir sıra faktorların
toplusu kimi özünü büruzə verir. Nitq dedikdə biz həm də
ünsiyyət faktoruna üz tutmalı oluruq.
Ərəb dilində
«insan»
və
«ünsiyyət»
sözlərinin kökdaĢ olması
3
fikri bir daha təsdiqləyir
ki, insan ünsiyyətə möhtacdır.
Bir sözlə,
«Yalnız ayrı-ayrı
fərdlərin nitqində dil öz həqiqi təsdiqini tapır» (V. Humbolt
).
Dil ünsiyyət vasitəsi olmaqla, həm
də fikri təcəssüm etdirmə
alətidir. Bu dilin ekspressiv vəzifəsi adlanır. Ekspressivlik həm
də emosionallıq anlayıĢı ilə bağlıdır. Lakin bir çox hallarda bu iki
anlayıĢ qarıĢdırılır. Halbuki ekspressivlik emosionallıqdan daha
geniĢ anlayıĢdır və özündə həm emosionallığı,
həm də intel-
lektual və iradi baĢlanğıcı əks etdirir. Belə ki,
«…ekspressiya
nitqin ifadəli, rəngarəng və təsirli olmasının vacib şərtidir»
4
.
Dili iĢarələr sistemi , nitqi isə
bu sistemin təzahürü kimi
dəyərləndirməklə kommunikasiya ilə bağlı sualları cavablan-
dırmaq olar. Qeyd edək ki, bu suallara cavab verilməsi o qədər
də asan deyildir. Ən azı
ona görə ki, kommunikasiyanı
dəyərləndirmək üçün tətbiq olunan meyarların heç biri universal
deyildir.
Dostları ilə paylaş: