25
İşgüzar müzakirə və mübahisə
Birisi
ilə mübahisə edəndə çalış ki, sözlərin
ipək kimi yumşaq olsun, dəlillərin isə möhkəm.
Rəqibini susdurmağa yox, inandırmağa çalış.
Corc Uilks (ingilis publisisti)
Mübahisə və müzakirə anlayıĢlarına bir yerdə baxılması
onunla bağlıdır ki, hər bir müzakirə
bu və ya digər dərəcədə
mübahisə ilə tamamlanır. Əslində müzakirənin özü də müba-
hisədir. Həqiqətin ortaya qoyulması naminə aparılan müzakirə
(diskussiya)
5
faydalı mübahisədir.
Bu zaman tərəflər yüksək
dərəcədə intizamlı olmaları, bir-birinə hörmətlə yanaĢmaları ilə
hadisələrin məcradan çıxmamasına nəzarət edirlər. Ortaq nəti-
cənin əldə olunması konstruktiv müzakirə nəticəsində mümkün
olduğundan ünsiyyət aktının iĢtirakçıları müzakirə olunan hər bir
məsələ ətrafında ilk öncə dərin düĢünməlidir. Əgər biz müza-
kirəni diskussiya kimi qəbul ediriksə,
onda mübahisə polemika
kimi qiymətləndirilməlidir. Bu zaman tərəflərin problemə müna-
sibəti ziddiyyətli olur.
Xatırladaq ki, ünsiyyət prosesində bəzən heç nəyə məhəl
qoymadan qarĢı tərəfi öz iradəsinə tabe etmək cəhdində olanlar
da tapılır. Xüsusilə status vəziyyəti bu faktora yol aça bilir. Təbii
ki, nitq mədəniyyəti və etiket daxilində
bu hadisəyə qismən
haqq qazandırmaq olar. Nəyin bahasına olursa olsun müba-
hisəni udmaq cəhdi
«eristika»
termini ilə adlandırılır.
Xüsusilə
status vəziyyəti yüksək, yaĢlı insanlar bu tipli davranıĢa meylli
olurlar. Belə çıxır ki, özündən
böyüklə mübahisə etmək yer-
sizdir. Əslində isə
«Nadan adamlarla səmimi mübahisə
etmək mümkün deyildir» (Mişel Monten)
.
Doğrudur, mübahisə sözü qiymətvericilik
cədvəlində mənfi
bölgüdə baxılan sözdür. Mübahisə etməyin faydasız olduğunu
bildikdə belə, insanlar müəyyən qaydalar daxilində buna yol
5
Diskussiya
(discussio) – latın dilində araşdırmaq, aydınlaşdırmaq, mənasındadır;
polemika – qədim yunan dilində «polemikos» qəzəbli, düşmənçilik deməkdir.
26
vermək cəhdindən uzaqlaĢa bilmirlər.
Bu qaydalar, tam məna-
sında, universal olmasa da müəyyən məqam daxilində tərəflərin
qarĢılıqlı münasibətində önəmli sayıla bilər. ĠĢgüzar kommuni-
kasiya daha çox əməkdaĢlığa
xidmət edən, ümumi iĢə fayda
gətirən məqamlar ətrafında aparıla bilər. Əks halda bu ziyanlı
prosesdən bacardıqca uzaq olmaq məsləhətdir. Mübahisə
edərkən yadda saxlamaq lazımdır:
Dostları ilə paylaş: