57
təqdim olunması mərasimini, yaxud protokol görüĢlərini göz
önünə gətirsək, deyilənlərin əlavə Ģərhə heç bir ehtiyacı yoxdur.
Çətin dinləyicilər
Çətin dinləyici anlayıĢı, təbii ki, hər bir fərdin özünəməxsus
göstəricilərindən kənar baxıla bilməz. Ünsiyyət aktının iĢtirak-
çıları bir-birinə elə ilk addımda qiymət verməyə haqlı deyildirlər.
Dinləyicinin «çətin dinləyici» olduğu qənaətinə yalnız müəyyən
mərhələdə gəlmək mümkündür. Bunu üzə çıxarmaq
üçün vaxt
və güclü müĢahidə tələb olunur. Çətin dinləyicilər aĢağıdakı
Ģəkildə qruplaĢdırıla bilər:
1. «Yalançı»
– bu tipli dinləyicilər elə təsəvvür yaradırlar ki,
guya qarĢı tərəfi çox diqqətlə dinləyirlər. Əslində isə onların bu
hərəkətini yalnız etika xatirinə, qarĢı tərəfə xoĢ gəlmək naminə
edilən cəhd kimi qiymətləndirmək lazımdır. Elmi ədəbiyyatda
«yalançılar»
simulyant
adlandırılır.
2. Asılı
– belələri öz zahiri
görkəmi ilə təsir göstərmək
hisslərinə elə dərindən qatılırlar ki, söhbətin nədən getdiyini də
unudurlar.
3. Sözkəsən
– danıĢıq əsnasında
bu tipli dinləyicilər öz
ağlına gələnləri unutmaqdan ehtiyatlanan olurlar. Dərhal haq-
qında söhbət gedən hadisəyə oxĢar
hadisələrlə assosiativ
əlaqələr axtarıĢına çıxır və bunları tələm-tələsik ortaya qoy-
mağa can atırlar. Dinləyicinin bu cür davranıĢı danıĢanı əsəb-
ləĢdirməyə bilməz. Odur ki, sözükəsən dinləyici ilə axıracan
anlaĢma çox çətindir.
Onlarla söhbətin hər dəqiqə, hər hansı
xırdalıq üzündən kəsilməsi ehtimali çox böyükdür.
Bəzən olur ki, dinləyicinin günahı üzündən söhbət tam
baĢqa məcraya yönəlir. Bu isə qarĢılıqlı anlaĢmanın baĢ tutma-
ması, məqsədin yarımçıq qalması deməkdir.
Dostları ilə paylaş: