54
formada metodlar tətbiq etməklə digərləri tərəfindən öz
iradəsinə tabe etmək mümkünsə, bunu daha yaxĢı formada dil
vasitəsi ilə etməyə cəhd göstərilməlidir.
Sadəcə, təcrübədə sınanmıĢ çoxsaylı metodlar mövcuddur
və bu metodlara üz tutmaq tələb olunur. Bir vaxtlar SSRĠ adlı
böyük bir dövlətə baĢçılıq etmiĢ N. XruĢovun
BMT-nin
tribunasını ayaqqabısının dabanı ilə döyəcləməklə auditoriyanın
diqqətini cəlb etmək cəhdi, yəqin ki, hələ uzun müddət
mütəxəssislərin fikir ayrılıqlarına səbəb olacaq.
Mötəbər bir
məclisdə yüksək dövlət adamının ədəbsiz davranıĢını sovet
mətbuatı o vaxtlar böyük siyasi Ģücaət kimi dəyərləndirirdi. O,
guya bu hərəkətiylə «... Biz istəsək kapitalist dünyasını
ayağımızın altına salıb əzə bilərik» fikrini çatdırmaq istəyibmiĢ.
Heç Ģübhəsiz ki, nitq mədəniyyəti və etiket prizmasında
auditoriyaya belə münasibət, davranıĢ tərzi, xoĢ təsir oyatmır.
Ümumiyyətlə, diplomatik danıĢıqlar sferasında bu tipli
«gediĢlər» sırf strategiyadır. BMT-nin 2006-cı il illik payız
sessiyasında Ġran Ġslam Respublikasının o vaxtki prezidenti
Mahmud Əhmədinicat çıxıĢ edərkən ABġ prezidenti Corc BuĢ
zalı tərk etmiĢdi və bunun müqabilində Ġran prezidenti də analoji
hərəkət etmiĢdi.
Təbii ki, bu məqam ABġ və Ġran dövlətlərinin
bir-
birini diplomatik qaydada tanımaması faktı və həm də
tərəflərin bu gün barıĢmaz mövqe nümayiĢ etdirməsi ilə izah
olunmalıdır.
Fransada Paris yaxınlığındakı
Rambuye qəsrində Azər-
baycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ
münaqiĢəsinin nizamlanmasına dair «Minsk qrupu» həmsədr-
lərinin iĢtirakı ilə keçirilən növbəti görüĢü zamanı ikincinin
danıĢıqlardan
12
qaçması artıq tarixin yaddaĢında
özünə yer
almıĢdır.
Dostları ilə paylaş: