ISSN № 2078 - 6042
AZƏRBAYCAN RESPUBLİKASI
КƏND ТƏSƏRRÜFATI NAZİRLİYİ
АQRAR ELM MƏRKƏZİ
АZƏRBAYCAN ELMİ - TƏDQİQAT
KƏND TƏSƏRRÜFATININ İQTİSADİYYATI və
TƏŞKİLİ İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
НАУЧНЫЕ ТРУДЫ АЗЕРБАЙДЖАНСКОГО НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКОГО ИНСТИТУТА ЭКОНОМИКИ и
ОРГАНИЗАЦИИ СЕЛЬСКОГО ХОЗЯЙСТВА
SCIENTIFIC WORKS OF THE AZERBAIJAN SCIENCE RESEARCH
INSTITUTE OF ECONOMY AND ORGANIZATION OF AGRICULTURE
1
БАКЫ – 2013 – БАКУ
REDAKSİYA HEYƏTİNİN SƏDRİ:
Салащов С.В. и.е.д., профессор, Az.ETKTİ və Tİ-nun direktoru
REDAKSİYA ŞURASI:
Мусайев А.Ф. АМЕА мцхбир цзвц
Садыгов М.М. и.е.д., профессор
Нуэербеков С.Н. академик (Газахыстан Республикасы)
Кешелашвили О.Э. академик (Эцръцстан Республикасы)
Şpak A.P. i.e.d., professor
(Belarus Respublikası)
Kaliyev Q.A. akademik (Газахыстан Республикасы)
Исэяндяров Р.К. и.е.д., профессор
REDAKSİYA HEYƏTİ:
Балайев Р.Я. и.е.д., профессор Az.ETKTİ və Tİ-nun direktor müavini
Ъябийев Р.М. и.е.д., профессор
Фйодоров М.В. и.е.д., профессор (Русийа Иътимаи Елмляр Академийасы)
Mukailov M.C. k.t.e.d., professor (Dağıstan Respublikası)
Гарайев И.Ш и.е.д., профессор
Əliyev R.B. и.е.д., профессор
Rüstəmov A.A. и.е.д., профессор
İbrahimov İ.H. и.е.д., профессор
Ялибяйов Н.В. и.ц.f.d. (мясул катиб)
TƏRTİBATÇILAR:
Ялийева С.Я., Ямиров Ф.Ш.,
Щятямова С.Ш., Babayeva А.Ф.,
Kərimova E.H.
ISSN № 2078 – 6042
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir
TƏSİSÇİ:
Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu (Az.ETKTİ və Tİ)
РЕДАКСИЙАНЫН ЦНВАНЫ:
Аз.0130, Бакы шящяри, Бинягяди району,
Дярняэцл гясябяси, 3097-ъи мящялля
Телефон: (+99412) 561-22-50
e-mail: Неsщрiйат@mail.ru
Йыьылмаьа верилмишдир: 05.02.2013
Чапа имзаланмышдыр: 12.02.2013
Тираж 200 ; шярти чап вяряги 17.0
«Шярг-Гярб» АСЪ чап олунмушдур.
Тел: 570-18-49; 374-83-43
“Elmi Əsərlər” ildə 4 (dörd) nömrədə nəşr olunur
“Elmi Əsərlər” Azərbaycan Respublikası Ədliyyə Nazirliyin-də 18 aprel 2011–ci ildə qeydiy-yata alınmışdır. Qeydiyyat nömrəsi №3397
Материаллардакы фактларын доьру-дцрцстлцйцня мцяллифлярин юзляри мясулиййят дашыйырлар.
Jurnalda dərc olunan məqalələrlə tanışlıq: azagroeco@box.az
МЦНДЯРИЪАТ
İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİ
Salahov S.V. Elmi potensial
Şirəliyev A.İ. və milli iqtisadi inkişaf.................................................................5
Hüseynov R.H. Ölkə iqtisadiyyatında marketinq xidmətləri bazarının
formalaşmasının müasir vəziyyətinin təhlili.............................12
Язизов Ш.Е. Хариcи игтисади фяалиййятин валйута тянзимлянмясинин
нязяри аспектляри........................................................................17
İbrahimova Ş.H. Avropa İttifaqının Vahid Kənd Təsərrüfatı Siyasətinin əsas
elementləri..................................................................................26
Həsənov A.F. Aqrar sahədə qiymət mexanizmin spesifik xüsusiyyətləri.........32
Süleymanov V.E. Aqrar sahənin inkişafının dövlət tərəfindən dəstəklənməsi və
kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyəti: nəzəri və
praktiki aspektlər........................................................................37
Əliyev C.S. İnkişaf etmiş ölkələrdə aqrar sahənin dövlət
tənzimlənməsi təcrübəsi……………………………………….44
Аббасова М.М. Азярбайъанын хариъи игтисади ялагяляринин мащиййяти вя
инкишаф мярщяляляри.....................................................................51
Yəhyayeva A.Y. Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlbediciliyinin qiymətləndirilməsi...........................................56
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
Ящмядов Н.Щ. Ярзаг тящлцкясизлийинин реэионал проблемляри…………………60
Şalbuzov N.Ə. Taxıl məhsulları ilə özünütəminetmə
Hüseyn R.Z. reallıqlar və perspektivlər..........................................................65
Nəsibova X.İ. Ərzaq təminatının yaxşılaşdırılmasında aqrar emal
sənayesinin rolu……………………………………………….78
SAHİBKARLIQ
Джафарова Р.Т. Интенсификация строительного производства в
предпринимательской деятельности.....................................82
Qasımzadə N.Ş. Kənd təsərrцfatыnda sahibkarlıq fəaliyyətinin mahiyyəti və
mалиййя-kredit механизминə тəсир едян амилляр.......................87
Bayramov V.V. Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsində
sahibkarlıq fəaliyyətinin rolu....................................................94
REGİONAL İQTİSADİYYAT
Rəhimov M.R. İntensivləşmə mühitində regionun investisiya potensialından istifadə səmərəliliyinin yüksəldilməsi məsələləri.................................................................................100
Аббасов Т.А. Реэионал сосиал-игтисади инкишафда аграр базарын йери
вя ролу………………………………………………………..108
Mirzəyev E.S. Xarici iqtisadi siyasət vasitəsilə regional davamlı sosial-
iqtisadi inkişafın təmin edilməsi.............................................114
Гаджиева Н.Г. Региональные приоритеты в механизме экономического развития как реализация национальных экономических интересов…………………………………………………...120
İDARƏETMƏ VƏ KADR TƏMİNATI
Həsənov A.C. Ərazi üzrə pərakəndə əmtəə dövriyyəsinin və satışın idarə edilməsi texnologiyasının tədqiqi...........................................125
Fərəcova D.D. İnvestisiya fəaliyyətinin idarəetmə auditinin
təşkili problemləri....................................................................133
MALİYYƏ VƏ UÇOT
Сябзялийев С.М. Инфлйасийа амилляри, онларын мцщасибат (малиййя)
Гулийев В.М. щесабатына тясири.......................................................................138
Novruzova A.Q. Vergi sisteminin nəzəri əsasları, mütərəqqi və
reqressiv formaları..................................................................147
Hüseynova S.M. Lizinqin təşkilati-hüquqi strukturunun təkmilləşdirilməsi istiqamətləri…………………………………………………...152
Məmmədova A.R. Azərbaycanda sığorta sferasının mövcud vəziyyətinin
qiymətləndirilməsi...................................................................158
İNNOVASİYA VƏ MODERNLƏŞMƏ
Алиева Р.М.Х Инновационное развитие АПК республики………………162
Müəlliflərin nəzərinə ..................................................................................................169
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.5-11
İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİ
UOT 001:330.1 (479.24)
Elmi potensial və milli iqtisadi inkişaf
Salahov Sadıq Vəli oğlu
Az.ETKTİ və Tİ-nun
direktoru, i.e.d., professor,
Şirəliyev A.İ.
NDU, i.e.d., professor
XÜLASƏ
Aqrar sahənin inkişafı bütövlükdə ölkə kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Kənd təsərrüfatının dinamik inkişafında dinamikliyinin əldə olunması çoxsaylı amillərdən, o cümlədən sahənin məqbul səviyyədə investisiyalaşdırılması ilə şərtlənir. İqtisadiyyatın digər sahələrinə nisbətən daha az rəqabətqabiliyyətliliyə malik olan kənd təsərrüfatının investisiya cəlbediciliyinə təsir edən amillər, onların klassifikasiyası, reallaşdırma metod və mexanizmləri məqalədə geniş şərh edilir.
Azərbaycan elmi ictimaiyyəti iqtisad elminin görkəmli şəxsiyyətlərindən biri, aqrar iqtisad məktəbinin formalaşmasında müstəsna əməyi olmuş Əhməd Əkbər oğlu Mahmudovun 90 illiyini qeyd edir. Ölkə iqtisadiyyatının inkişafında, iqtisad elminin zənginləşməsində, iqtisadçı elmi kadrların hazırlanmasında AMEA-nın iqtisadiyyat üzrə ilk akademiki Əhməd Mahmudovun əvəzsiz xidmətləri olmuşdur.
Sosialist təsərrüfatçılıq sistemi ilə idarə olunan Azərbaycan iqtisadiyyatı ötən əsrin 70-ci illərinə qədər getdikcə tənəzzülə uğramış, elmin istehsalatdan ayrı mühitdə fəaliyyəti artıq reallığa çevrilmişdi. 1969-cu ildə Azərbaycan KP MK-nın iyul plenumunda ulu öndər Heydər Əliyevin birinci katib seçilməsi ölkə həyatında ciddi pozitiv dəyişikliklərin əsasını qoydu.
Məhz ümummilli liderimizin təkzibedilməz, inandırıcı arqumentləri, prinsipiallığı, inadkarlığı sayəsində 1970-ci ildə Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 23 iyul tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarı qəbul olundu. Azərbaycan KP MK- nın avqust plenumu bu qərar əsasında aqrar- sənaye kompleksinin mövcud durumuna real qiymət verməklə inkişafın konseptual istiqamətlərini müəyyənləşdirdi. Bu zaman qarşıya qoyulan mühüm məsələlərdən biri aqrar sahəyə prioritetlik verilməsi və onun inkişafının elmi cəhətdən əsaslandırılmış təməl üzərinə keçirilməsi mühüm məqsəd kimi ölkə alimlərinin üzərinə düşürdü.
Həmin dövrü səciyyələndirən ölkə Prezidenti cənab İlham Əliyev qeyd edir: “Bütün dövrlərdə-1970-ci illərdə, ondan sonra, 1990-cı illərdə Heydər Əliyevin elmə diqqət və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ölkənin inkişafını, potensialını elmin inkişafı müəyyən edir ”.
İqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatında da bu illərdə təmərküzləşmə və regional ixtisaslaşma nəticəsində görünməmiş inkişaf tempinə nail olmuş və nəticədə pambıqçılıq, üzümçülük, meyvəçilik kimi ixracyönümlü sahələrdə məhsul istehsalı 3-4 dəfə, digər sahələrdə, məsələn, taxılçılıqda, heyvandarlıqda, quşçuluqda məhsul istehsalı isə ən azı 2 dəfə artmışdı. Azərbaycan kəndinin sosial siması dəyişmiş, xüsusən kənd əhalisinin gəlirlilik səviyyəsi respublikanı ittifaq miqyasında öncül mövqeyə çıxara bilmişdi. Bu nəticələrin əldə olunmasında Əhməd Mahmudovun rəhbərlik etdiyi Azərbaycan aqrar iqtisad məktəbinin böyük əməyi olmuşdur.
Akademik Əhməd Mahmudov 70-ci illər Azərbaycan iqtisadiyyatının dinamik inkişafına istiqamətlənmiş tövsiyələrin hazırlanması işində bilavasitə iştirak edirdi. Onun rəhbərliyi ilə respublikanın müxtəlif şəhər və rayonlarında elmi konfranslar, seminarlar keçirilir, sosial-iqtisadi problemlərin elmi tədqiqi sahəsində əməli addımlar atılırdı. Bir sözlə, akademik Əhməd Mahmudovun Azərbaycan elmi qarşısında ən böyük xidmətlərindən biri də onun bütünlükdə respublikanın iqtisadçı alimlərini yaradıcı işə cəlb etməsi, iqtisad elmini real həyata, gələcək inkişafa yönəltməsi idi.
Biz görkəmli alimin elmi əsərlərinin xronologiyasına diqqətlə nəzər yetirsək, iqtisadiyyatın nəzəri aspektləri, ölkə iqtisadiyyatının əsas tərkib hissəsi olan aqrar iqtisadiyyatın problem məsələlərinin o cümlədən: torpaq münasibətləri, sudan istifadə, əməyin təşkili, mütərəqqi texnologiyaların tətbiqi, kooperasiya münasibətlərinin inkişafı və aqrar sənaye inteqrasiyası məsələləri, maliyyələşmə, maddi-texniki təchizat, istehsalın intensivləşdirilməsi, ərzaq təminatı və ən nəhayət, iqtisadi səmərəliliyin yüksəldilməsi, təmərküzləşmə və regional ixtisaslaşma mövzularının üstünlük təşkil etdiyini görərik. Yəni Ə.Mahmudov inkişaf etmiş ölkələrdə olduğu kimi, müasir Azərbaycan kənd təsərrüfatının da yalnız intensiv amillər üzərində qurulması yolu ilə inkişafını ön plana çəkirdi.
Ə.Mahmudov intensivləşdirmənin fəaliyyət mexanizminin konkret təhlilini verərək qeyd edirdi ki, kənd təsərrüfatının iqtisadi səmərəliliyini müəyyən etmək üçün bir və ya iki göstərici kifayət deyildir. Odur ki, intensivləşmənin iqtisadi səmərəliliyinə təsir edən bütün amillərin nəzərə alınması, çox zaman çətinlik yaratsa da vacibdir. Buna görə də görkəmli alim öz tədqiqatlarında kənd təsərrüfatının intensivləşdirilməsi prosesinin ayrı - ayrı amillər üzrə təhlilinə geniş yer verərək, onları əsasən iki qrupa: təbii və texniki-iqtisadi amillərə ayırırdı. O, kənd təsərrüfatının intensivləşdirilməsinin bu iki amili arasında mövcud olan uyğunsuzluqları aşkara çıxarır və onların aradan qaldırılması yollarını göstərirdi. Alimin fıkrincə, təbii amillər istehsalın intensivləşdirilməsinin zəruri əsasını və fərqlərini şərtləndirir. İstehsalatda intensiv amillərin tətbiqi regional ixtisaslaşma və təmərküzləşdirilməsinin optimal səviyyəsi kənd təsərrüfatında səmərəliliyin yüksəldilməsinə imkan verir. Texniki amillər isə, ilk növbədə fəaliyyətin intensivləşdirilməsi dərəcəsindən və təsərrüfatın iqtisadi vəziyyətindən asılı olaraq araşdırılmalıdır.
Bütün bunları iqtisadçı alimin tədqiqat metodikasına və metodologiyasına diqqət çəkmək naminə qeyd etmirəm. Yəni o, seçdiyi obyektin tədqiqində ilk baxışdan aydın, öyrənilmiş görünən və bir çox tədqiqatçıların seçə bilmədikləri məqamları müəyyənləşdirir, onların vacibliyini əsaslandırır, həlli yollarını göstərirdi. Bu prinsip Əhməd müəllimin bütün tədqiqatlarında, xüsusilə tətbiq etdiyi yanaşmalarda özünü göstərirdi. Onun əsərləri şərhçilikdən təsvirçilikdən, faktoqrafiyadan tamamilə uzaq olmaqla iqtisadiyyatın bu və ya digər sahə üzrə vacib problemlərinin nəzəri və praktiki həllini özündə ehtiva edən bir orijinallığa malikdir.
Prezident İlham Əliyevin bazar iqtisadiyyatına keçid dövrünün başa çatmasını bəyan etməsindən sonra aqrar sahənin inkişafında intensiv amillərə üstünlük verilməsinə dair konseptual göstərişləri həmin prosesin respublika kənd təsərrüfatının müasir inkişaf mərhələsində davamlı olmasının həm iqtisadi, həm də institusional vasitələrlə dəstəklənməsini bir daha aktuallaşdırır. Məlumdur ki, kənd təsərrüfatının aparıcı sahəyə çevrilməsi zərurəti onun əvəzolunmaz sosial-iqtisadi funksiyaları ilə şərtlənir.
Aqrar sahənin prioritetliyi müstəqilliyin ilk onilliyində ali dövlət rəhbərliyi tərəfindən bəyan olunmuş, onun üstün inkişafının təmin edilməsi üçün kompleks tədbirlər görülmüş və görülməkdədir. Müasir dövrdə ölkə başçısının kənd təsərrüfatının inkişafında intensiv amillərin tədbiqinə önəm verməsi sosialist təsərrüfatçılıq sistemindən fərqli olan indiki şəraitdə bu sahədə tədqiqatların daha da dərinləşdirilməsini tələb edir
Görkəmli alimin yuxarıda geyd edilən bu yanaşma tərzinə sadiq qalmaqla araşdırmalarımız göstərir ki, indiki şəraitdə aqrar sahədə iqtisadi səmərəliliyin yüksəldilməsi üçün kənd təsərrüfatının investisiya cəlbediciliyinin artırılması yollarının tədqiqi prioritet olmalıdır.
Kənd təsərrüfatının, eləcə də onunla bilavasitə iqtisadi-texnoloji cəhətdən bağlı olan sahələrin intensiv məcrada inkişafı maliyyə təminatından, bu təminat isə onun investisiya cəlbediciliyi qabiliyyətindən birbaşa asılıdır. Hazırda geniş təkrar istehsal imkanlarının gerçəkləşdirilməsi insanların məşğulluq probleminin həllində mühüm rol oynamaqdadır. Bu, milli iqtisadi təhlükəsizlik, о cümlədən ərzaq təhlükəzliyi müstəvisində daha böyük aktuallıq kəsb edir.
Hazırda ölkəmizdə qloballaşmanın müsbət və mənfi cəhətlərinə elmi-əsaslandırılmış münasibətin formalaşması baş verir və bu prosesdə aqrar sahənin prioritetliyi bir daha öz zəruriliyini şərtləndirir. Belə məqamlar iqtisadi siyasətdə kənd təsərrüfatı, aqroemal sənayesi və müvafiq infrastruktur şəbəkəsinin inkişafına xüsusi diqqət verilməsinin səbəbləri qismində diqqətəlayiqdir. İstehsal və resurs potensialının səmərəli istifadəsi strateji əhəmiyyətli istiqamət kimi daim diqqət mərkəzindədir. Resursların çoxtəyinatlı istifadəsi şəraitində prioritetlərin əsaslandırılması kompleks tədqiqatlar sayəsində mümkündür. Qloballaşma dövrünün səciyyəvi cəhətlərindən biri həmin seçimdə aqrar sahəyə önəm verilməsində ifadə olunur. Bu imtiyaz kənd təsərrüfatının inkişafı zərurətindən daha çox cəmiyyətin həmin sahəyə artan ehtiyacı ilə bağlıdır (3).
Azərbaycanda aqrar islahatların gərinləşmə dövründə aparılan investisiya siyasəti iqtisadi rayonların inkişafının prioritetliyini nəzərə almaqla, vəsait qoyuluşlarının səmərəli istifadəsinə yönəlmiş sistemli tədbirlərlə müşayiət edilir. 2004-cü ildən başlayaraq həyata keçirilən inamlı regional inkişaf proqramları buna əyani sübutdur. Bunun müsbət nəticəsi ümid verir ki, həmin tədbirlər gələcəkdə daha da geniş miqyaslı açardır. Müstəqilliyin ilk on beş ilində kənd təsərrüfatının əsas kapitala investisiyalarda xüsusi çəkisi 1%-dən çox olmamışdırsa, son illər bu göstərici 5%-ə yaxınlaşır.
Təbii ehtiyatların qorunub saxlanılmasına, onlardan istifadə səmərəliliyinin artırılmasına, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və istehlakı ilə bağlı bütün mərhələlərdə itkilərin azaldılmasına yönəlmiş sanballı sərmayə qoyuluşu reallaşdırılmadan kənd təsərrüfatı məhsullarının davamlı istehsalının təminatı mümkün deyildir. Ona görə də milli aqrar sahəyə, xüsusilə kənd təsərrüfatına investisiya qoyuluşu məhsul istehsalının artırılması, yoxsulluq səviyyəsinin daha da azaldılması və dayanıqlı ekoloji mühitin formalaşdırılmasına müsbət təsir göstərən ən səmərəli vasitədir (1).
Araşdırmalar göstərir ki, bu gün respublika kənd təsərrüfatlarında böyük xüsusi çəkiyə malik xırda təsərrüfatlar öz aktivlərini yaratmaqda və yığım prosesində, eləcə də kənd təsərrüfatına xas olan risklər və qeyri-müəyyənliklərlə bağlı problemlərin həllində üzləşdikləri məhdudlaşdırıcı amillərin aradan qaldırılması üçün dəstəklənməyə ehtiyac duyurlar. Odur ki, kənd təsərrüfatına investisiya qoyan bütün investorlar və kənddə fəaliyyət göstərən sahibkar idarəçiliyi, makroiqtisadi sabitliyin səviyyəsi, kəndin infrastrukturu, mülkiyyət hüquqlarının daha dərin müdafiəsi və səmərəli bazar təsisatlarının fəaliyyəti elə həddə çatdırmalıdırlar ki, mövcud resursların səfərbər edilməsinə maraq artsın və onlar kənd təsərrüfatına sərmayə qoyuluşu ilə bağlı risklərə getməkdən çəkinməsinlər. Beləliklə, kənd yerlərində ən xırda sərmayədarlardan başlamış ən iri investorlara qədər hər kəsə xüsusi diqqətlə yanaşılması vacibdir.
İstehsal kooperativləri və digər istehsalçı təşkilatlar kiçik torpaq sahibkarlarının bu problemlərinin bir qisminin öhdəsindən gəlinməsinə şərait yarada, etibarlı sosial zəmanətlər sistemi isə imkansız fermer təsərrüfatlarının maliyyə durumunun daha da zəifləməsinin qarşısını almağa, səmərəli aktivlər toplanılmasına imkan verə bilər. Bu baxımdan ölkə Prezidentinin sözügedən sahədə ərzaq təhlükəsizliyinin etibarlı təminatı və ixrac potensiallı kənd təsərrüfatı istehsalının qurulması üçün 50 iri təsərrüfatın yaradılmasına xüsusi diqqət yetirilməsinə dair verdiyi tapşırıqlarının reallaşdırılması gündəlikdədir. Burada dövlət səhmlərinə xüsusi əhəmiyyət verilməsi postsovet sosialist ölkələrində reallaşdırılması labüd sayılan dövlət kapitalizm prinsiplərindən istifadədə xüsusi maraq doğura bilər.
Bir məqamı da xüsusi qeyd etməliyik. İnkişaf etmiş ölkələrin bir çoxunun kənd təsərrüfatında xırda istehsalçıların sayı 80-85% təşkil etsə də, məhsul istehsalında onların payı 20-25%-dən çox deyildir. Başqa sözlə, sahədə ümumi məhsulun 75-80%-ni iri ixtisaslaşdırılmış təsərrüfatlar verir. Bununla belə, xırda təsərrüfatların əhəmiyyətli yer tutduğu qarışıq iqtisadiyyatın məşğulluğun yüksəldilməsi, kənd həyat tərzinin və milli genefondun qorunması baxımından dəstəklənməsi zərurəti şübhə doğurmur (3).
Genişmiqyaslı investisiyalar istehsalın həcmini və məşğulluq səviyyəsini artırmağa, ixracı tənzimləməyə, yeni texnologiyaları tətbiq etməyə imkan verir. Lakin bunun üçün yerli sahə və icmaların yaradılmasına və onların müdafiə edilməsinə, təbii resursların deqradasiyasına yol verməmək şərtilə adekvat idarəçilik sisteminin formalaşdırılmasına ehtiyac vardır. Daha doğrusu, gələcək naminə kənd təsərrüfatına investisiya qoyulması sahədə fiziki kapital toplanmasına imkan yaratsa da, bu qarşıya qoyulmuş məsələnin həllinin yalnız bir hissəsi sayıla bilər. Məsələnin tam həlli üçün həmin proses kənd təsərrüfatının davamlı gələcəyini təmin edən insan potensialı institutlarının yaradılması ilə tamamlanmalıdır. Bu məqsədlə intellektual potensialın inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi istər ərzaq təhlükəsizliyi və istərsə də daxili bazarın effektiv fəaliyyətinin təmin olunması baxımından məqsədəuyğun olardı.
Son 50 ildə bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə, təhsil və kəndin infrastruktur sahələrinə ayrılan vəsaitlər, kənd iqtisadiyyatına dövlət investisiyaları nəzərə alınmadıqda belə çəkilən digər xərclərlə müqayisədə daha rentabellidir. Təhsilə, infrastruktura və kənd iqtisadiyyatına yönəldilən investisiyalar qarşılıqlı effekt yaradaraq kənd təsərrüfatının investisiya cəlbediciliyinin yüksəlməsinə və bu sahəyə investisiyaların da ha da artmasına gətirib çıxarır. Çox vaxt isə bu bütövlükdə kənd rayonlarında iqtisadi artımın ən mühüm mənbələrindən birinə çevrilir (2).
Əlverişli investisiya şəraitinin vaxtında və düzgün formalaşdırılması kənd təsərrüfatı üçün son dərəcə zəruridir. Lakin xırda torpaq sahiblərinin öz vəsaitlərini investisiyaya çevirə bilməsi və irimiqyaslı investisiyaların sosial yönümlü hədəflərə istiqamətləndirilməsi üçün bunlar heç də kifayət deyildir. İstər dövlət və istərsə də donorlar xırda torpaq sahiblərinə maliyyə dəstəyinin verilməsinə xüsusi, son nəticəyə hesablanmış qayğı və məsuliyyətlə yanaşmalıdırlar. Başqa sözlə, investorların fəaliyyəti kiçik torpaq sahibkarlarının tez-tez üzləşdikləri, kənd təsərrüfatına investisiya qoyuluşunu məhdudlaşdıran ciddi problemlərin həllinə, o cümlədən, onların vəsaitlərinin toplanması və artırılmasına yönəlmiş investisiyalaşmada mövcud maneələrin aradan qaldırılmasına xidmət etməlidir. Çünki kiçik torpaq sahibləri istehsalın davamlılığı üçün zəruri kapital həcmini toplamağı və ya əlavə risklərə getməyi heç də həmişə məqbul saymırlar.
İstehsalçıların daha güclü təşkilatları formalaşdırılmalı və onlar xırda aqrar sahibkarlara üzləşdiyi risklərin öhdəsindən gəlməkdə və istehsalın miqyasının artması ilə əlaqədar qənaətə, başqa sözlə, miqyas effektinə nail olmaqla bazara çıxmaqda dəstək verməlidirlər. Yalnız bu şərait, sosial zəmanətlər və transfert tədiyə sistemləri istehsalçılara öz aktivlərinin ya kənd təsərrüfatına, ya da öz seçimləri əsasında başqa fəaliyyət növlərinə sərf etmələrinə imkan verə bilər. Bununla da kənddə alternativ məşğulluq səviyyəsinin artırılmasına da geniş şərait yaranar.
Məlumdur ki, dövlət və özəl investorlar kənd təsərrüfatına yönəltdikləri maliyyə resurslarını müxtəlif istiqamətlərə və müxtəlif səbəblərlə əlaqədar sərf edirlər. Bu şəraitdə bəzən investisiya ilə istehsal xərclərinin kompensasiyasını, bir-birindən ayırmaq çətin olur. Odur ki, investisiyaya gələcəkdə daha çox gəlir və ya başqa nemətlər gətirəcək aktivlərin akkumulyasiyası, xərclərə isə adətən investisiya sayılmayan cari məsrəfləri və transfert tədiyələri kimi baxılması daha məqsədyönlü olardı.
Konseptual və emprik məhdudiyyətlərə baxmayaraq, təhlillər göstərir ki, gəlirləri orta səviyyədə olan ölkələrdə fermerlərin öz təsərrüfatlarına əsas fondlar üçün ayırdıqları illik investisiyalar həmin ölkələrdə hökumətlərin kənd təsərrüfatına ayırdığı investisiyalarla müqayisədə təqribən dörd dəfədən yüksəkdir. Yəni bu ölkələrdə, fermerlərin öz investisiyalarının həcmləri donorların və xarici özəl investorların kənd təsərrüfatına istiqamətləndirilmiş xərclərindən daha artıqdır. Fermerlərin xüsusi investisiyalarının xeyli üstün olması isə, o deməkdir ki, bu subyektlər həqiqətən ölkə üzrə kənd təsərrüfatına investisiyaların keyfiyyətinin və səmərəsinin artırılmasına yönəlmiş inkişaf strategiyanın mərkəzində dururlar.
Gəlirlərin səviyyəsi aşağı olan ölkələrin çoxunda isə fermerlər əlverişsiz şəraitlə üzləşirlər. Həmin ölkələrdə kənd təsərrüfatına investisiya qoymaq üçün praktiki olaraq stimul zəifdir. Yəni çox vaxt məhdudlaşdırıcı obyektiv və subyektiv amillər, o cümlədən yoxsulluğun yüksək səviyyəsi, mülkiyyət hüquqlarının zəif qorunması, bazarların və maliyyə xidmətlərinin əlyetərli olmaması, sarsıntılara, kataklizmlərə davamsızlıq və riskə getmək imkanlarının qeyri-müəyyənliyi kiçik torpaq mülkiyyətçilərinə ciddi mənfi təsir göstərir. Ölkəmizdə bu kimi problemlər öz həllini əsasən tapsa da kənd təsərrüfatı ilə məşğul qurumların gəlirlilik səviyyəsi təəssüf ki, hələlik istənilən səviyyədə olmayıb, potensial imkanlara adekvat deyildir. Yəni respublikamızda reallaşdırılan müasir aqrar siyasət strategiyası imkan verir ki, kənd təsərrüfatı istehsalçıları daha yüksək gəlir əldə etməklə geniş təkrar istehsalı tam maliyyələşdirmə imkanlarına malik olsunlar.
Sosial transfertlər və sosial təhlükəsizliyin təmin edilməsi proqramları, xırda torpaq sahibkarlarının əsas vəsaitlər bazasını genişləndirə bilməsi üçün bir vasitə rolu oynayır. Bu tədbirlər yoxsul, xırda torpaq mülkiyyətçilərinin üzləşdiyi iki ən ciddi məhdudlaşdırıcı amilin onların xüsusi vəsaitlərinin və kreditlərdən istifadə etmək imkanının zəifliyi, risklərlə üzləşdikləri halda zəmanətlərin olmaması reallıqlarının aradan qaldırılmasında mühüm tənzimləyici vasitə ola bilər. Həmin mexanizmlər xırda və maliyyə cəhətdən zəif torpaq mülkiyyətçilərinin aktivlər bazası yaratmasına imkan yaradar. Lakin unutmaq olmaz ki, aktivlərin (insan kapitalı, fiziki kapital, resurs və maliyyə kapitalı) və fəaliyyət növlərinin seçimi (kənd təsərrüfatı ilə bağlı və ya ona aid olmayan fəaliyyət) mövcud stimulların strukturundan, habelə ayrı-ayrı ailə və ev təsərrüfatlarının konkret şəraitindən asılı olacaqdır.
Bir daha qeyd edək ki, kənd təsərrüfatı istehsalçılarının fəaliyyət göstərdiyi investisiya şəraiti onların öz inkişafına sərmayə qoyması imkanlarını birbaşa müsbət təsir göstərir. Əlverişli investisiya şəraitinin olub-olmaması bazarlardan və həmdə dövlət tənzimlənməsinin səmərəliliyindən birbaşa asılıdır. Burada, bazarlar vasitəsi ilə yaradılan qiymət stimulları fermerlər və digər istehsalçılar üçün vəsaitlərin məqbul mənfəətlə investisiyaya transformasiyası imkanlarının nə vaxt və harada yaranması indikatoru rolunu oynayır.
Dövlət və özəl investorlar bazarlarda yaranmış imkanlardan sosial mənada məsuliyyətlə istifadə etmələrinə imkan verən hüquqi, siyasi və institusional şərait yaradılmasında məqsədyönlü fəaliyyət üçün müştərək məsuliyyət daşıyırlar. Əlverişli şərait və müvafiq bazar stimulları olmadıqda fermerlər kənd təsərrüfatına kifayət qədər vəsait qoymayacaq və onların investisiyaları sosial mənada optimal nəticə verməyəcəkdir. Həqiqətən özəl investisiyalar üçün əlverişli şərait yaradılması və bu şəraitin qorunub saxlanması özlüyündə ən etibarlı investisiyadır və onu dövlət bölməsi həyata keçirə bilər. Dövlət iqtisadiyyatın digər sahələri tərəfindən kənd təsərrüfatının dəstəklənməsi, mütərəqqi vergi siyasəti, mübadilə məzənnələrinin uyğunlaşdırılması, münasib ticarət siyasəti kimi yollarla kənd təsərrüfatına investisiya qoyulmasına şərait yaratmalıdır.
Yaxşı məlumdur ki, əlverişli investisiya şəraitinin ümumi elementləri, o cümlədən səmərəli idarəçilik, makroiqtisadi sabitlik, şəffaf və sabit ticarət siyasəti, effektiv bazar təsisatları və mülkiyyət hüquqlarına riayət edilməsi və bu kimi digər amillər kənd təsərrüfatında əlverişli şərait yaradılması üçün eyni dərəcədə mühüm əhəmiyyətə malikdirlər.
İri miqyaslı investisiyalar istehsalın və ixracın həcminin artırılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və texnologiyaların sürətli tətbiqinə yeni perspektivlər açır. Lakin eyni zamanda, bu investisiyalar torpaq mülkiyyətçilərinin hüquqlarının pozulması və ətraf mühitə mənfi təsirdə ifadə olunan risklərlə də müşayiət oluna bilər. Buna görə də dövlətin yaradılması zəruri sayılan, yerli icmaların və digər strukturların birgə fəaliyyətində yerli qurumların hüquqlarına riayət edilməli, onlara müştərək fəaliyyətə nəzarət etmək səlahiyyətləri artırılmalıdır (3).
Məlumdur ki, kənd təsərrüfatına irimiqyaslı investisiya axınının reallaşdırılması üçün yerli fermerlərə əlavə dəyərin yaradılmasında birbaşa iştirak etmək imkanı verən alternativ və daha az diskriminasiyalı təsərrüfatçılıq modellərinin tədbiqinə şərait yaradılması dövlətin əsas funksiyalarından biridir. Bu məqsədlə sənaye və kənd təsərrüfatı məhsulları qiymətlərində sonuncunun xeyrinə olmayan disparitetin dövlət tərəfindən tənzimlənməsi, ipoteka kreditləri bazarlarının inkişafı tədbirləri daha fəal sürətdə təmin edilməlidir. Eyni zamanda, artıq qeyd olunduğu kimi kənd təsərrüfatı məhsulları istehsalçılarının təşkilatlanması, onların könüllü əməkdaşlığa təşviq edilməsi, yerliözünüidarə strukturları ilə birgə fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu tədbirlərin vaxtında reallaşdırılması kənd təsərrüfatının investisiya imkanlarının genişlənməsinə və istehsalın səmərəliliyinin artmasına şərait yaradar.
Sadalanan və araşdırılması zəruri sayılan çoxsaylı digər problemlər və onların həlli yolları üzərində düşünərkən, hesab edirik ki, akademik Əhməd Mahmudovun qiymətli elmi irsi daim diqqət mərkəzində olmalı, müasir iqtisadçı alimlər ondan layiqincə bəhrələnməlidirlər.
AMEA-nın İqtisadiyyat İnstitutunun 25 ildən çox müddətdə direktoru, Azərbaycan iqtisadiyyatının güclənməsində özünəməxsus yeri və rolu olan, ölkə iqtisadçılarının böyük əksəriyyətinin kumiri sayılan akademik Ə. Mahmudov yaxşı bilirdi ki, elm adamlarını arxasınca aparmaq üçün onların inamını qazanmaq, zaman və məkandan asılı olmayaraq səmimi olmaq lazımdır. Əhməd müəllimin şəxsi, insani keyfiyyətlərinə gəldikdə isə deməliyik ki, o, sarsılmaz əqidə sahibi kimi ziyalılıq və tələbkarlığın vəhdəti idi. Ə. Mahmudov heç vaxt iqtisad elmini öz inhisarına almağa cəhd göstərməmiş, statusundan asılı olmayaraq bütün elmi-tədqiqat müəssisələri və istedadlı tədqiqatçılar qarşısında yaşıl işıq yandırmağa çalışmışdır. O, özünəməxsus insanlıq dünyası var idi. Yüksək insani keyfiyyətlər, intellektual səviyyə, alim sanbalı, böyük təşkilatçılıq və idarəçilik bacarığı elm aləmində onun özünəməxsus yerini müəyyənləşdirmişdir.
Bu gün bütün aqrar iqtisadçılar, о cümlədən Azərbaycan Elmi – Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun kollektivi, doktorantları Ə.Mahmudovu fəxrlə yad edir və əmindirlər ki, görkəmli alimin əziz xatirəsi qəlblərdə daim yaşayacaq, ideya və tövsiyələri yaradıcılıq meyarı olacaqdır.
Dostları ilə paylaş: |