Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


XIX əsrin sonu və XX əsrdə Azərbaycanda taxılçılığın inkişafı



Yüklə 3,3 Mb.
səhifə8/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

XIX əsrin sonu və XX əsrdə Azərbaycanda taxılçılığın inkişafı

Azərbaycan qədim zamanlardan əkinçilik ölkəsi olsa da taxılçılığın sürətli inkişafı XIX əsrdə təsadüf etmişdir. Hətta XIX əsrin son onilliklərində ölkədə istehsal olunan taxıl məhsulları daxili tələbatı ödəməklə yanaşı bir hissəsi də ixrac edilmişdir.

Azərbaycanda taxıl istehsalı ilə bağlı yüz illik məlumatların təhlili göstərir ki, 1896 – 1898-ci illərdə Azərbaycanda taxıl istehsalının orta illik həcmi 1 milyon tonu keçmişdir. Həmin dövrdə adambaşına illik məhsul istehsalı təxminən 580 kq olmuşdur. XIX əsrin sonlarında Azərbaycanda adambaşına taxıl istehsalının həcmi XX əsrin əvvəli üçün (1909 -1913-cü illər) dünya üzrə müvafiq göstəricidən (233 kq) 2,5 dəfə, həmçinin həmin dövrdə inkişaf etmiş taxılçılıq ölkələri hesab edilən Rusiya, Almaniya, Fransa, İsveç kimi ölkələrin göstəricilərindən (455 kq) 1,3 dəfə yüksək olmuşdur(12).

XX əsrin əvvəllərindən başlayaraq isə ölkədə taxıl istehsalı azalmışdır. Belə ki, 1913-cü ildə 823,9 min hektar sahədə taxıl becərilmiş və orta məhsuldarlıq 5,8 sentnerə enmişdir(13). Bununla yanaşı 1909–1913-cü illərdə taxıl üzrə Azərbaycanın dünya istehsalında payı onun ərazi üzrə payını 2 dəfədən çox qabaqlamış və əhali üzrə payı ilə eyni səviyyədə olmuşdur. 1909 – 1913-cü illərdə Azərbaycanda adambaşına buğda istehsalının orta illik miqdarı 86 kq təşkil etmişdir. Bu, həmin dövrün orta dünya göstəricisindən 1,18 dəfə çoxdur.

Cədvəl 1.

Dünya üzrə taxıl istehsalında Azərbaycanın payı (12 səh.40)





Dünya əhalisinin
ümumi sayında
Azərbaycanın payı (%)


TAXIL

Dünya
min ton

Azərbaycan
min ton

Azərbaycanın payı %-

1909 – 1913

0,13

468700

614

0,13

1934 – 1938

0,14

625100

664

0,11

1948 – 1952

0,11

721000

530

0,07

1969 – 1971

0,14

1221300

636

0,05

1988 – 1990

0,14

1851000

1200

0,06

1998 – 2000

0,13

2064000

1196

0,06

Birinci Dünya Müharibəsi və ondan sonrakı illərdə də Azərbaycanda taxılçılıqda geriləmə davam etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə taxıl əkini sahələri 568,8 min hektara enmişdir.

Sovetlər Birliyi zamanında taxıl istehsalını təhlil edərkən aydın olur ki, Azərbaycanda 1940-cı ildə 567 min ton, 1960-cı ildə isə 725 min ton taxıl istehsal olunmuşdur. 1960-cı ildən sonra isə taxılın əkin sahəsi azalsa da məhsuldarlığın artırılması hesabına istehsal artmışdır. Belə ki, 1956-1960-ci illərlə müqayisədə 1960-1965-ci illərdə taxılın əkin sahəsi 100 min hektar azalmış və 653,4 min hektar səviyyəsinə düşmüşdür(13).

Sovetlər dövründə Azərbaycanda taxıl istehsalının ən yüksək inkişafı 1981-1985-ci illərə təsadüf edir. Azərbaycanda bu beşillikdə taxıl istehsalı orta hesabla 1239,9 min tona çatdırılmış və bu artım 1990-cı ilə kimi davam etmişdir. Belə ki, 1985-ci ildə 1297,0 min ton, 1990-cı ildə 1413,6 min ton taxıl istehsal olunmuşdur. Müstəqilliyin ilk illərindən etibarən daxili tələbatın ödənilməsi məqsədilə taxıl, ilk növbədə buğda istehsalının həcmi genişləndirilmişdir. Nəticədə 1990-cı ildən sonrakı dövrdə əkin sahələrinin strukturunda ciddi dəyişiklik olmuşdur. Texniki və yem bitkilərinin əkin sahələrinin azalması hesabına taxılın əkin sahəsi genişlənmişdir.



  1. Azərbaycanda taxılçılığın inkişafının mövcud vəziyyəti

Müstəqillik illərində əkin sahələrinin strukturundakı dəyişiklik nəticəsində dənli və dənli paxlalıların xüsusi çəkisi 1990-cı ildə 39,9%, 1995-ci ildə 50,5%, 2000-ci ildə 62,2%, 2002-ci ildə 67,2%, 2005-ci ildə 60,4%, 2009-ci ildə 61,4%, 2011-ci ildə isə 60,2% təşkil etmişdir. 2005-ci ildə 802,3 min hektar, 2009-cu ildə 1125,4 min hektar ərazidə dənli və dənli paxlalılar əkilmişdir(16). Ümumilikdə isə Azərbaycanda taxıl istehsalı ancaq 2000-ci ildən yeni inkişaf mərhələsinə qədəm qoymuşdur və istehsal 2 milyon tonu ötüb keçmişdir və ən yüksək məhsuldarlıq əldə olunmuşdur. Nəticədə müstəqillik tarixində ilk dəfə 2009-cu ildə Azərbaycan özünü dənli bitkilər üzrə 76% təmin etməyə nail olmuşdur.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının kənd təsərrüfatında taxılçılığın inkişafı yaxın müddətli dövr üçün əsas prioritet kimi qəbul edilmişdir. Dövlət Proqramında Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələrdən olan taxılçılığın inkişafı prioritet vəzifə olaraq qalacağı göstərilir (2).

Eyni zamanda Dövlət Proqramı 2015-ci ilə kimi dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 s/ha-ya, ümumi istehsalı 2,8 milyon tona çatdırmağı qarşıya əsas məqsəd qoyur(3). Bu məqsədə nail olmaq üçün 2008-ci ildən başlayaraq ardıcıl tədbirlər görülür. Nəticədə 2009-cu ildə taxıl istehsalı rekord səviyəyə 2988,3 min tona yüksəlmişdir (Cədvəl 2).

Cədvəl 2.

Azərbaycan Respublikasında taxıl istehsalı (1)


Göstəricilərin adı

Ölçü vahidi

1990

1995

2000

2005

2006

2007

2008

2009

2010

2010-1990-ci ilə nisbə-tən %-lə

Əkin sahəsi

min ha

583,4

609,4

648,2

802,3

784,7

739,6

897,0

1125,4

968,0

166

İstehsal

min ton

1413,6

921,4

1540,2

2126,7

2078,9

2004,4

2498,3

2988,3

2000,5

141,5

Məhsuldarlıq

sentner

24,2

15,1

23.8

26,5

26,5

27,1

27,9

26,6

20,7

85,5

Cədvəldən göründüyü kimi 2010-cu ildə 1990-cı ilə nisbətən taxıl istehsalı 66%, artmışdır. Bununla yanaşı müqayisə dövründə taxılın əkin sahəsi də 41,5% artmışdır. Amma istehsal həcminin artırılması əsasən əkin sahələrinin artırılması hesabına əldə edilmişdir. Bunu bir fakt da sübut edir ki, müqayisə olunan dövrdə taxılın məhsuldarlıq göstəricisində heç bir dəyişiklik müşahidə olunmamışdır. 2010-cu ildə isə 2009-cu illə müqayisədə həm əkin sahəsinin 157,4 min ha azalması, həm də qeyri-alverişli iqlim şəraiti ilə əlaqədar məhsuldarlığın 5.9 sentner.ha azalması hesabına taxıl istehsalı 987.8 min ton azalmışdır. Nəticədə əhalinin daxili istehsal hesabına ərzaqlıq buğda ilə təminatında və mal-qara üçün qüvvəli yem ehtiyatlarının yaradılmasında gərginlik əmələ gəlmişdir. 2011-ci və 2012-ci illərdə taxıl istehsalında yenidən artım müşahidə olunmuşdur. Belə ki, 2011-ci ildə 967,0 min hektardan 2458,4 min ton taxıl istehsal olunmuşdur. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 25,4 sentner olmuşdur. 2012-ci ildə 2802.3 min ton dənli və dənli paxlalılar istehsal olunmuşdur. Bu da 2011-ci illə muqayisədə 14.0% coxdur. Digər tərəfdən Dövlət Proqramında 2015-ci ildə taxıl istehsalında məhsuldarlığın 32 s/ha-ya çatdırılması qarşıya məqsəd qoyulmuşdur. Son 10 ilin məlumatlarının təhlili isə göstərir ki, ciddi tədbirlər görülməsə qarşıdakı 3 ildə taxıl istehsalında məhsuldarlığın 32 s/ha-ya çatdırılmasının xeyli çətin olacaq.



Ümumiyyətlə, təhlillər göstərir ki, taxılçılıqda əldə olunmuş iqtisadi artım respublika əhalisinin artmaqda olan tələbatına tam cavab vermir. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində taxılçılıqda hər hektardan 50-60 sentner məhsul əldə etdiyi halda, Azərbaycanda isə məhsuldarlıq dünya üzrə orta göstərici olan 30 sentner səviyyəsinə də çatmamışdır. Bu isə taxılçılıqda dinamik artımı ekstensiv yox, intensiv faktorların hesabına təmin edilməsinin zəruriliyini göstərir.

  1. Taxılçılığın inkişafı üçün iri təsərrüfatların yaradılması zərurəti

Hazırda Azərbaycanda nəinki taxıl, ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalının artımı daha çox ekstensiv faktorların hesabına təmin edilməsi ölkədə ərzaq istehsalının davamlılığının təmin edilməsi baxımından ciddi problem kimi qəbul edilə bilər. Bunu Azərbaycanda bəzi məhsulların məhsuldarlıq səviyyəsinin dünya ölkələri ilə müqayisəsi göstərən aşağıdakı cədvəldən də aydın şəkildə görmək olar.
Cədvəl 3.
Azərbaycanda bəzi taxıl məhsullarının məhsuldarlıq səviyyəsinin dünya ölkələri ilə müqayisəsi

Məhsulun adı

Ölçü vahidi

Məhsuldarlıq göstəricisi

Ölkə üzrə

Dünya üzrə orta

Dünya üzrə minimum

Dünya üzrə maksimum

Buğda

Sent/ha

25,8

30,4

3,0

90,7

Düyü

Sent/ha

57,1

35,7

7,5

96,6

Arpa

Sent/ha

21,6

27,1

2,5

78,7

Qarğıdalı

Sent/ha

44,1

35,8

1,2

200,0

Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ( FAO)
Düzdür respublikamızda həyata keçirilən tədbirlərin nəticəsi kimi son illər ölkədə taxıl istehsalında artıma nail olunmuşdur. Amma Cədvəl 3-dən göründüyü kimi taxıl məhsullarının məhsuldarlıq göstəriciləri üzrə daha yüksək nailiyyətlər əldə etmiş ölkələrlə müqayisədə Azərbaycanın müvafiq göstəriciləri aşağıdır. Taxılçılıqda məhsuldarlığı yüksəltmə üçün həm də nisbətən iri təsərrüfatların təşkilinə ehtiyac var. Bildiyimiz kimi torpaq islahatı nəticəsində respublikada iri təsərrüfatların bazasında yaradılmış istehsal vahidlərinin torpaq sahələri xeyli kiçikdir. Hazırda Azərbaycanda bitkiçilik məhsullarının 96%-i fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında istehsal olunur. Bir təsərrüfata isə orta hesabla 2 hektar sahə düşür. Xırda təsərrüfatlarda növbəli əkin dövriyyəsi tətbiq etmək praktiki mümkün deyil. Taxıl əkinlərinin böyük əksəriyyətinin kiçik torpaq sahələrində aparılmasının nəticəsi olaraq kənd təsərrüfatında işləyənlərin sayı mexaniki artmış, əmək məhsuldarlığı 2,5-3 dəfə aşağı düşmüşdür.

2010-cu ildə respublika üzrə taxılçılıqla məşğul olanlardan yalnız 1 təsərrüfat («Kraun-KO» şirkətinin) 50 min hektar sahədə taxıl becərmişdir. 2012-ci ilin məlumatına əsasən isə Ağcabədi və Beyləqan rayonlarında 4800 hektar ərazidə 2 iri taxılçılıq təsərrüfatı yaradılmışdır. Taxılçılıqda təsərrüfatların əksəriyyətinin kiçik olması məhsuldarlığa ciddi təsir etdiyi üçün iri təsərrüfatların yaradılması və bu sahədə rəqabətqabliyyətliliyin yüksəldilməsi istiqamətində müvafiq addımlar atılır.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İri fermer təsərrüfatlarının yaradılması prosesi başlamışdır. Bildiyiniz kimi, mən bu tapşırığı bir neçə il bundan əvvəl vermişdim. Ancaq keçənildəki müşavirədə öz iradlarımı bildirmişdim ki, baxmayaraq, göstərişlər verilib, heç bir iş görülmür. İndi hesab edirəm ki, keçən il ərzində görülən işlər bu prosesə də təkan vermişdir. Beş min hektara qədər torpaq sahələri ayrılıb, Ağcabədi və Beyləqan rayonlarında iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılması artıq təmin edilibdir. Bu layihələrin icrası nəticəsində biz taxılla özümüzü təmin etmək üçün çox ciddi addım atmış oluruq. Demək istəyirəm ki, ən azı 50 böyük fermer-taxılçılıq təsərrüfatları yaradılmalıdır ki, biz özümüzü taxılla tam şəkildə təmin edək. Yeni fermer təsərrüfatlarında məhsuldarlıq, məsələn, taxılda 40-50 sentnerə çatmalıdır. İndi bizdə orta hesabla hər hektardan 27 sentner məhsul əldə etmişik ki, bu da əvvəlki illərə nisbətən yaxşı göstəricidir. Ancaq inkişaf etmiş ölkələrdə hektardan 50, 60, bəzi yerlərdə 70 sentner götürülür. Biz də o səviyyəyə çatmalıyıq” deməklə bu sahəyə diqqətin artıtılacağını bildirmişdir (19).

Yeri gəlmişkən qeyd edək ki, orta və iri təsərrüfatların yaradılması və taxılçılıq üzrə regionların ixtisaslaşdırılması üçün də dövlət stimullaşdırma tədbirləri həyata keçirməlidir. Amma respublikamızda 50 iri taxılçılıq təsərrüfatının yaradılması kiçik təsərrüfatları arxa plana keçməsi anlamına gəlməməlidir.

Dünya təcrübəsi göstərir ki, dövlət tərəfindən dəstək olduğu təqdirdə, xüsusən lazımi texnologiya, informasiya və infrastruktur təminatı olduğu təqdirdə kiçik təsərrüftlar da məhsul istehsalını artıraraq kənd yerlərində yoxsulluğun azaldılmasına və ərzaq təhlükəsizliyinin təmininə böyük töhfə verirlər (14).

Qeyd edək ki, taxılçılığın inkişafı ilə bağlı tək inkişaf etmiş ölkələrin yox həm də postsovet ölkəsi olan Özbəkistanın təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər. Məlumat üçün bildirək ki, 1981 - 1990-cı illərdə Özbəkistanda 800 min hektar sahədə taxıl əkilmişdir və ölkə üzrə orta məhsuldarlıq 17 sentner\ha olmuşdur. 1991-ci ildə isə Özbəkistanda 0,9 milyon ton taxıl istehsalı edilmişdir və ölkənin təlabatını ödəmək üçün 4,5 milyon ton taxıl idxal edilmişdir. Vəziyyətin ciddiliyini nəzərə alan Özbəkistan höküməti taxıl istehsalının artırılması istiqamətində müvafiq qərarlar qəbul etmişdir. Aparılan islahat nəticəsində “Uzkhleboprodukt" Dövlət Korporasiyası (keşmiş Taxıl Məhsulları Nazirliyi) "Uzdonmahsulot" Səhmdar Cəmiyyəti adı altında yenidən formalaşdırılmışdır(21). Bu quruma taxılçılığın inkişafa üçün səlahiyyətlər verilmişdir. Həmçinin 1995-1998-cu illərdə 13 taxılemalı müəssisəsi, 30 qarışıq yem və 52 un üyütmə zavodları özəlləşdirilmişdir.

Həmçinin Özbəkistan hökuməti buğda istehsalçılarına kredit imkana yardaraq onları istehsal resursları ilə təmin etməyə başlamışdır. Taxılçılığın inkişafda əsas hədəf isə məhsuldarlığın artırılması olmuşdur.


Məhsuldarlıq, ton

Əkin sahəsi, Ha


Şəkil 1. 1993-2010-cu illərdə Özbəkistanda taxıl isteahsalının göstəriciləri

Şəkil 1-dən göründüyü kimi 10 il ərzində Özbəkistanda taxılın məhsuldarlığı 1,5 sentner\ha- dan 45 sentner\ha-ya qaldırımasına nail olunmuşdur. 2005- ci ildə etibarən Özbəkistan Respublikası ildə 5.8 milyon tondan çox taxıl istehsal edərək özünü təmin etmişdir. 2012-ci ildə isə Özbəkistanda 6.7 milyon ton taxıl istehsal olunmuşdur (20)



  1. Regionların taxılçılıq üzrə ixtisaslaşdırılması

Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasında olduğu üçün torpaq resurslarından daha səmərəli istifadə olunması məqsədilə əkin yerlərinin strukturunda müəyyən dəyişikliklər aparılmalıdır. Belə ki, 2012-ci ilin yanvar ayına olan məlumatda respublikada kənd təsərrüfatı dövriyyəsində olan cəmi əkin yeri 1608,2 min hektar təşkil etmişdir. Bunun 967,3 min hektarı dənli və dənli paxlalıların payına düşür. Bu isə, cəmi əkin yerinin 60,2% deməkdir. Göründüyü kimi, əkin sahələrinin çox hissəsi taxıl istehsalı üçün istifadə olunur. Halbuki, məhsuldarlığın yüksəldilməsi taxıl istehsalı üçün istifadə olunan torpaqların digər məqsədlər üçün istifadəsinə imkan verər. Fikirimizcə, əkin sahələrinin azaldılması və məhsuldarlığın artırılması hazırkı vəziyyət üçün tamamilə doğru yanaşmadır. Bu, həm sərf olunan maliyyə resurslarının, həm də torpaqların daha səmərəli istifadəsinə şərait yaradacaqdır. Beləliklə, əsas vacib məsələ ondan ibarətdir ki, taxıl əkini üçün əsasən hansı regionların torpaqlarından istifadə edilməlidir. Bu məqsədlə iqtisadi rayonlar üzrə taxılın əkin sahəsi, məhsuldarlığı kimi göstəricilər üzrə qısa araşdırma aparmağı məqsədəuyğun hesab edirik. İlk olaraq Respublika üzrə taxılın məhsuldarlıq göstəricilərinə nəzər salaq(Cədvəl 4).

Cədvəl 4-dən göründüyü kimi, məhsuldarlıq göstəriciləri Gəncə-Qazax, Aran və Naxçıvan iqtisadi rayonlarında daha yüksəkdir. Belə ki, 2011-ci ildə respublika üzrə orta məhsuldarlıq 25,4 sent/ha olduğu halda bu iqtisadi rayonlarda taxılın məhsuldarlığı müvafiq olaraq 30,3 sent/ha, 26,4 sent/ha və 29,4 sent/ha təşkil etmişdir. Bu iqtisadi rayonlarda taxılın orta məhsuldarlığı dovlətin qarşıya qoyduğu hədəf göstəricisinə (32 sent/ha) yaxındır.



Cədvəl 4.
Taxılın məhsuldarlığı, sent/ha




2000

2005

2006

2007

2008

2009

2010

2011

Respublika üzrə cəmi

23.8

26.5

26.5

27.1

27.9

26.6

20,7

25,4

Abşeron iqtisadi rayonu

12.0

14.1

13.4

14.1

14.0

15.1

14,4

14,7

Gəncə-Qazax iqtisadi rayonu

24.2

29.8

29.5

31.3

32.8

30.9

26,3

30,3

Şəki-Zaqatala iqtisadi rayonu

18.1

21.4

20.5

24.0

29.6

25.3

20,2

30,2

Lənkəran iqtisadi rayonu

22.7

24.2

24.6

24.9

23.3

20.5

14

18,9

Quba-Xaçmaz iqtisadi rayonu

23.5

21.6

23.5

23.8

21.3

21.3

20,2

23,0

Aran iqtisadi rayonu

26.7

29.5

30.2

30.1

30.7

30.4

22,7

26,4

Yuxarı-Qarabağ iqtisadi rayonu

24.4

27.3

27.9

28.0

28.5

25.2

18,7

23,0

Kəlbəcər –Laçın iqtisadi rayonu

11.6

27.2

29.1

29.1

30.2

30.6

24,1

25,5

Dağlıq Şirvan iqtisadi rayonu

20.8

24.2

21.8

21.2

22.7

21.2

15,6

19,3

Naxçıvan iqtisadi rayonu

35.6

38.7

35.5

30.9

25.1

28.5

28,6

29,4

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır.
Deməli taxıl istehsalının bu iqtisadi rayonlarda cəmləşdirilməsi məqsədəuyğun hal kimi qiymətləndirilməlidir. Lakin qeyd olunan məqsədə nail olunması üçün bu iqtisadi rayonların kifayət qədər torpaq resurslarına malik olması vacib şərtlərdəndir. Bu baxımdan son illərdə respublikada kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin rayonlar üzrə yerləşməsinə nəzər salaq.

Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin