AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
120
POLYGONUM ALPESTRE NÖVÜNÜN ÇĠÇƏKLƏRĠNĠN
KĠMYƏVĠ TƏRKĠBĠNĠN TƏDQĠQĠ
Mustafayeva L.Ə., Cəfərova E. E.
*
AMEA Botanika İnstitutu
AMEA Genetik Ehtiyatlar İnstitutu
*
İlk dəfə olaraq Polygonum alpestre növünün çiçəklərinin bioloji fəal və qidalı maddələrinin
miqdarı və keyfiyyət tərkibi tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, çiçəyin tərkibində 2,3% ümumi
şəkər, 0,87% üzvi turşu, 1,2% pektin, 9,4% aşı maddəsi, 2,34% flavonoid, 0,58% antosian, 0,8%
katexin, 2,3 mq% karotinoid, 358 mq% C vitaminin saxlayır. Şəkər cəmində qlükoza, arabinoza,
qalaktoza, üzvi turşu cəmində alma və quzuqulağı turşusu, flavonoid cəmində kversetin, kempferol,
mirisetin törəmələri, antosianlar sianidin və delfinidin törəmələri, katexinlər – epiqallokatexin,
qallokatexin, epiqallokatexinqallat aşkar edilmişdir. Müəyyən edilmişdir ki, Dağ qırxbuğumu
çiçəklərindən dərman vasitəsi almaq üçün xammal mənbəyi kimi istifadə edilə bilər.
Dostları ilə paylaş: |