Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə220/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   216   217   218   219   220   221   222   223   ...   339
Açar sözlər: Polygonum alpestre, flavonoid, antosian, karotinoid, katexin, şəkər, üzvi turşu. 
 
Azərbaycan  florası  qiymətli  dərman,  qida,  efiryağlı,  aşı  maddəli,  bioloji  fəal  maddələr 
saxlayan bitkilərlə zəngindir . Bunlar arasında dərman bitkiləri daha geniş yayılmışdır. Son məlumata 
görə Azərbaycan florasında 1547 növ rəsmi və xalq təbabətində istifadə edilən dərman bitkisi var [1]. 
Dərman bitkiləri arasında Qırxbuğumkimilər Polygonaceae L. fəsiləsinin xüsusilə onun Polygonum L. 
cinsinin  növləri  xüsusi  yer  tutur.  Qırxbuğum  fəsiləsi  Azərbaycan  florasında  5  cins  53  növlə  təmsil 
edilir  [2].  Qırxbuğum  cinsi  növ  tərkibinə  görə  başqa  cinslər  arasında  birinci  yeri  tutur.Qırxbuğum 
cinsi  floramızda  28  növlə  təmsil  olur  ki,  buda  Qafqaz  florasında  olan  növlərin  70  faizi  deməkdir. 
Bunu  Qafqazın  digər  regionlarına  nisbətən  Azərbaycanın  müxtəlif  təbii  şəraiti  və  geomorfoloji 
quruluşu ilə əlaqədərdir.  
Qırxbuğum  növlərin elmi  təbabətdə büzücü, ümumi  möhkəmləndirici  və diuretik vasitə kimi 
işlədilir  [3].  Xalq  təbabətində  qankəsici,  hipotenziv,  vərəmdə,  mədə  yarasında,  ishalda,  malariyada, 
müxtəlif şişlərdə, sidik kisəsinin xəstəliklərində istifadə edilir [4]. Xroniki qastrit, bronxit, böyrək daş 
xəstəliyində, öskürək, vərəm və s. qarşı istifadə edilən yığımlarda geniş tədbiq edilir. 
Polygonum cinsinə daxil olan növlər yerüstü hissəsində flavonoidlər [5], fenolkarbon turşuları 
[6],  yarpaqlarında  üzvi  turşu,  vitamin,  flavonoid,  karotin  ,  aşı  maddəsi  [7]  və  s.  saxlayırlar. 
Qırxbuğum  cinsinə  daxil  olan  növlərin  müalicəvi  xüsusiyyətlər  onların  tərkibindəki  bioloji  fəal 
maddələr  –  flavonoidlər,  aşı  maddəsi,  fenolkarbon  turşuları,  katexinlər  və  s.  ilə  əlaqədardı.  Bu 
maddələr  antioksidant,  antimutagen,  antikanserogen  və  digər  xüsusiyyətlərə  malikdirlər  [8,9]. 
Qırxbuğum  növlərinin  mühüm  tibbi,  yeyinti  və  digər  faydalı  xüsusiyyətləri  olmasına  baxmayaraq 
Azərbaycanda  çox  zəif  öyrənilmişdir.  Son  illərdə  tərkibində  antioksidant,  antibakterial  və  digər 
xassələrə malik  maddələr saxlayan bitkilərin aşkar edilməsi  biologiya elmi qarşısında duran olduqca 
aktual məsələdir.  
Qırxbuğum növlərinin qiymətli dərman, qida əhəmiyyətli olması və yaxşı öyrənilməsini nəzərə 
alaraq  bu  boşluğu  doldurmaq  məqsədilə  Qırxbuğum  cinsinin  Dağ  qırxbuğumu  (Polygonum  alpestre 
C.A.M) növünün çiçəklərinin öyrənilməsini qarşımıza məqsəd qoyduq.  
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin