Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə223/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   219   220   221   222   223   224   225   226   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
122 
Antosian  cəminin  xromatoqrafik  analizi  (butanol  –  sirkə  turşusu  –  su  4:1:1  və  su  –  sirkə 
turşusu – xlorid turşusu 82:15:3) 3 antosianın olmasını göstərdi. Antosianları müəyyənləşdirmək üçün 
ilkin antosian cəmi hidroliz edilmişdir. Antosian cəmi metil spirtində həll edilir və üzərinə qatı xlorid 
turşusu  əlavə  edilərək  20  dəqiqə  su  hamamında  qızdırılır.  Hidrolizatdan  antosianidinlər  amil  spirti 
vasitəsilə  çıxarılır  və  iki  tərəfli  xromatoqrafiya  vasitəsilə  antosianidin  aqlikonları  müəyyən  edilir. 
Xromatoqrafik  və  spektral  göstəricilərə  əsasən  aqlikonlar  sianidin  və  delfinidin  kimi  müəyyən 
edilmişdir. Antosianların ikisi sianidin, biri isə delfinidin törəməsidir.  
Katexin  cəmi  etilasetatla  çıxarılmış  polifenol  cəmi  qatılaşdırıldıqdan  sonra  xloroformla 
çökdürülür.  Çöküntü  etil  spirtində  həll  edilərək  katexin  tərkibi  kağız  xromatoqrafiya  vasitəsilə 
öyrənilmişdir. Xromatoqramma UB işıqla baxılmış və sonra 1%-li vanilin qatı xlorid turşusu məhlulu 
ilə aşkar edilmişdir. 
Xromatoqrammada  3  kompanent  aşkar  edilmişdir.  Xromatoqrammadaki  hərəkətinə,  müxtəlif 
reaktivlərlə verdiyi rəngə və çay katexinləri ilə müqayisəsinə əsasən katexinlər (-) epiqallokatexin, (+) 
qallokatexin, epiqallokatexinqallatla eyniliyi aşkar edilmişdir. 
Qeyd  olunanlardan  belə  nəticəyə  gəlmək  olar  ki,  Dağ  qırxbuğumu  növünün  çiçəkləri  bioloji 
fəal və qidalı maddələrlə zəngindir və antioksidant, antiradikal, antibakterial, P və C vitamin fəallığına 
malik dərman vasaiti almaq üçün xammal mənbəyi ola bilər.  
 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin