Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə222/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   218   219   220   221   222   223   224   225   ...   339
NƏTĠCƏLƏR VƏ ONLARIN MÜZAKĠRƏSĠ 
Aparılmış miqdari analizin nəticələri göstərir ki, Dağ qırxbuğumun növünün çiçəkləri qidalı və 
bioloji  fəal  maddələrlə  zəngindir.  Müəyyən  edilmişdir  ki,  çiçəklər  tərkibində  2.3%  ümumi  şəkər, 
0.87%  üzvi  turşu,  1.2%  pektin,  9.4%  aşı  maddəsi,  2.34%  flavonoid,  0.58%  antosian,  0.8%  sərbəst 
katexin, 2.3 mq % karotinoid, 358 mq % C vitamini saxlayır. 
Ümumi şəkər üzvi turşu analizi nəticəsində qlükoza, arabinoza, qalaktoza şəkərləri, üzvi turşu 
cəmində alma, quzuqulağ turşularının olması aşkar edilmişdir.  
Karbohidrat  və  zülallardan  sonra  üzvi  turşular  bitkilər  aləmində  geniş  yayılmış,  bitki 
orqanizmində  gedən  müxtəlif  metabolik  proseslərin  gedişində,  bir  sıra  maddələrin  sintezində  iştirak 
edir. Ədəbiyyatlarda müxtəlif üzvi turşuların müalicəvi əhəmiyyəti haqqında məlumatlara rast gəlinir. 
Məsələn, alma turşusu radioprotektor xüsusiyyətinə görə şualanma zamanı olduqca əhəmiyyətlidir.  
Dağ  qırxbuğum  növünün  çiçəklərində  kifayət  qədər  pektin  maddəsi  saxlaması  da  olduqca 
önəmlidir.  Bu  maddə  antiradikal  və  antitoksik  xüsusiyyətə  malik  olub  mədə-bağırsaq  sistemində 
əmələ  gəlmiş  toksik  maddələri  və  orqanizmə  müxtəlif  yollarla  daxil  olmuş  radionukleotidlərin 
orqanizmdən  xaric  olunmasını  həyata  keçirir  [22,23].  Müəyyən  edilmişdir  ki,  pektin  C  vitamininin 
stabilləşdirilməsində də iştirak edir. 
Dağ qırxbuğumu növünün çiçəklərində müəyyən edilmiş maddələrdən biri də C vitaminidir. C 
vitamini  orqanizmdə  oksidləşmə-reduksiya  proseslərinin  getməsində,  və  singa  xəstəliyinin 
müalicəsində və antioksidant kimi P vitaminin fəallığını artırır. Orqanizmin gün ərzində C vitamininə 
olan tələbatının 50 mq olmasını nəzərə alsaq gündə 25 q çiçək ekstraktı qəbul etməklə orqanizmin C 
vitamininə  təlabatını  ödəmək  olar.  Nəzərə  alsaq  ki,  çiçəklər  20%  yaxın  P  vitamin  fəallığına  malik 
maddələr saxlayır, çiçəkləri qəbul etdikdə C vitaminin terapevtik təsiri yüksək olacaq. 
P vitamin fəallığına malik maddələr C vitaminin fəallığını artırmaqla yanaşı qan damarlarının 
keçiriciliyini  azaldır,  elastikliyini  artırır,  xolestirinin  orqanizmdən  təmizlənməsində,  öd  yollarının 
iltihabında  mühüm  rol  oynayır.  P  vitamin  fəallığına  malik  flavonoidlər,  taninlər,  katexinlər, 
antosianlar  antioksidant,  antiradiant,  antikanserogen,  antimikrob  təsirə  malikdirlər.  Qırxbuğum 
növlərinin müxtəlif terapevtik təsiri məhz bu maddələrin miqdarı və keyfiyyət tərkibi ilə əlaqədardı. 
Dağ qırxbuğumu çiçəklərinin P vitamin fəallığına malik maddələrərdən ən çoxu taninlərin  (aşı 
maddəsinin)  payına  düşür.  Müəyyən  edilmişdir  ki,  taninlər  iki  qrup  maddələrdən  –  piroqallol  və 
pirokatexin  qrupunda  təşkil  edilmişlər.  Pirokatexin  qrupu  tannin  cəminin  60%-ni  təşkil  edir.  Bu  da 
çiçəkdə olan taninin P vitamin fəallığının və antioksidant xassəsinin yüksək olmasını göstərir.  
İki istiqamətli kağız xromatoqrafiya metodundan istifadə edərək (butanol – sirkə turşusu – su 
4:1:1  birinci  istiqamət,  su  –  sirkə  turşusu    85:15  ikinci  istiqamət)  etil  asetatla  alınmış  flavonoid 
cəmində 10 fenol təbiətli maddə aşkar edilmişdir. Onlardan 6 kompanent flavonoidlər üçün xarakterik 
reaksiya  verir.  Flavonoid  cəminin  10%-li  sülfat  turşusu  ilə  2  saat  hidroliz  edib,  hidrolizatdan  dietil 
efiri  ilə  aqlikonlar  çıxarılmış.  Efir  tam  qovduqdan  sonra  qalıq  spirtdə  həll  edilərək  xromatoqrafiya 
vasitəsilə  flavonoid  cəminin  aqlikon  tərkibi  tədqiq  edilmişdir.  Bir  istiqamətli  xromatoqramma 
vasitəsilə  izopropil  spirti  –  qaışqa  turşusu  –  su  (2:5:5  nisbətində)  sistemində  2  aqlikon  aşkar 
edilmişdir.  İki  istiqamətli  xromatoqrafiyadan  istifadə  edildikdə  (ikinci  istiqamətə  butanol  –  sirkə 
turşusu  –  su  4:1:1)  xromatoqrammada  3  bir-birindən  yaxşı  ayrılmış  aqlikon  aşkar  olundu.  Alınmış 
xromatoqrafiyalarda  maddələrin  Rf,  adi  şəraitdə  və  UB  işıdqa  baxdıqda,  amiak  və  2%-li  AlCl
3
 
məhlulu ilə aşkarıladıqda alınmış nəticələr aqlikonları kempferol, kversetin və mirisetin kimi meəyyən 
etməyə imkan vermişdir. Onu da qed etməliyik ki, bu istiqamətli xromatoqrammalarda uzunsov ləkə 
kimi görunən kversetin və mirisetinin qarşığı olduğunu göstərdi. Buradan belə nəticəə gəlmək olar ki, 
flavonoid cəmində aşkar edilmiş flavonoidlər kempferol, kversetin və mirisetin törəmələridir.  



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin