Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə234/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   230   231   232   233   234   235   236   237   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
131 
 
ABġERONA ĠNTRODUKSĠYA OLUNMUġ DOVġANALMASI 
 (COTONEASTERMEDĠK.) NÖVLƏRĠNĠN YAġILLAġDIRMADA VƏ XALQ 
TƏSƏRRÜFATINDA ĠSTĠFADƏSĠNĠN PERSPEKTĠVLĠYĠ 
 
Fərzəliyev V.S., Muradova A.N.

AMEA Mərkəzi Nəbatat Bağı 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi-Tədqiqat Meşəçilik İnstitutu
*
 
 
 
 
 
  
 
 
 
         Məqalədə  AMEA-  nın  Mərkəzi  Nəbatat  Bağına  introduksiya  olunmuş  dovşanalmasının  -
(Cotoneaster (Medik.)) yaşıllaşdırmada və xalq təsərrüfatında istifadəsi perspektiv olan bəzi növləri 
haqqında məlumat verilmişdir. 
 
         Açar sözlər: Cotoneaster, dekorativ, introduksiya, yaşıllaşdırma, təsərrüfat əhəmiyyəti,kol. 
 
Mədəni  floranın  yeni  növlərlə  zənginləşdirilməsi  mühüm  təsərrüfat  əhəmiyyətinə  malikdir. 
Onun  həyata  keçirilməsində  introduksiya  işlərinin  aparılmasının  rolu  böyükdür.  Bu  sahədəişlərin 
genişləndirilməsibitki  çeşidlərinin  yaşıllaşdırma,  fitomeliorasiya,  kənd  və  meşə  təsərrüfatlarında 
istifadə olunması imkanlarını artırır. 
Böyük  şəhərlərin  və  sənaye  mərkəzlərinin  ətrafında  rekreasiya  məqsədilə  salınmış  yaşıl  zonalar 
şəhərlərin və iri yaşayış məntəqələrinin ayrılmaz mühüm hissəsini təşkil edir və onların inkişafının baş 
planlarının  tərkibinə  daxil  olur.  Yaşıl  zona  dedikdə  şəhərin  tikililər  olan  hissəsi  ətrafında  yerləşən 
parklar,  meşəparklar  və  mənsubiyyətindən,  kateqoriyasından  asılı  olmayaraq  çoxillik  yaşıl  bitkilər 
altında olan bütün sahələr nəzərdə tutulur. Meşəsiz rayonlarda yaşıl zonalar süni yolla yaradılır. Yaşıl 
zonalar  havanı  hisdən,  qazlardan  və  başqa  zərərli  qarışıqlardan  təmizləyir,  şəhərləri  şiddətli 
küləklərdən qoruyur, torpaq eroziyasının və tozun qarşısını alır, qızmar yay istilərini mülayimləşdirir, 
atmosferi  oksigenlə  zənginləşdirir,  səs-küyü  azaldır,ətrafa  fitonsidlər  ixrac  etməklə  xəstəlik  törədən 
mikrobları  məhv  edir.  Yaşıl  zonalar  şəhər  əhalisinin  təbii  şəraitdə  istirahətini  təmin  etmək  üçün 
əlçatan və əlverişli yerdir[1,2,6,8].       
Antropogen  təsirlər  artdıqca  yaşıllıq  zonalarında  mənfi  təzahürlər  də  artır.  Belə  ərazilərin 
məhsuldarlığının  artırılması  məqsədilə  tədqiqatçılar  meşəaltı  sahələrin  salınmasını  tövsiyə  edir. 
Seyrək  əkinlərin məhsuldarlığının artırılmasında  enliyarpaqlı ağac və  kol  cinslərdən istifadə  olduqca 
effektiv hesab edilir. Qarışıq əkinlər ümumi və estetik vəziyyətin yaxşılaşmasına, tökülən yarpaqların 
sürətli  minerallaşmasıyla 
əlaqədar 
meşə  torpaqlarının  məhsuldarlığının  artımına,  ot  örtüyünün 
tərkibinin  zənginləşməsinə    imkan  yaradır,  susaxlayıcı  və  sanitar-gigiyenik  funksiyasına  görə, 
həmçinin  də  meşə  faunasının  yem  bazasını  artırmaqla  ovculuq  təsərrüfatında  da    əhəmiyyətə 
malikdir[2,5,6,8].        
Yeni  əkinlərin  salınması  zamanı  sənaye  müəssisələrinin  xüsusiyyətlərindən  asılı  olaraq  qaza,  hisə, 
toza  davamlı  növlərə  üstünlükverilməli,  məktəb  və  bağçalarda  isə    meyvəsi,  yarpağı,  çiçəyi  zərərli 
olan bitkilərdən mümkün qədər az istifadə olunmalıdır. Ağac və kolları seçərkən onların dekorativlik 
xüsusiyyətləri  ilə  yanaşı  əsasən  bioekoloji  xüsusiyyətlərinəzərə  alınmalı,  salınan  yaşıllıqlara  düzgün 
və vaxtında qulluq edilməlidir [1,2].
 
          İl  boyu  şimal  küləklərinin  əsdiyi,  quru-  subtropik  iqlimə  malik  olan  Abşeron  kimi  sənaye 
mərkəzində  yaşıllıqların  salınmasına  və  tərkibinin  zənginləşdirilməsinə  ehtiyac  daha  böyükdür. 
Dovşanalmasının  dekorativliyi  və  bioekoloji  xüsusiyyətlərinin  yerli  torpaq-iqlim  şəraitinə 
uyğunluğunu  nəzərə  alaraq    bu  növlərin  Abşeron  və  Bakı  ətrafı  yaşıllaşdırma  işlərində  istifadəsi 
olduqca perspektivlidir. 
Cənubi  Avropanın  park  və  bağlarında dovşanalması  1825-  ci  ildən becərilir. Xüsusən Skandinaviya, 
İngiltərə,  Fransa,  İspaniya,  Almaniya,  Çexiya,  Slovakiya  və    Polşanın  daşlı-qayalı  bağlarında  geniş 
istifadə  olunur.  Baltikyanı  ölkələrdə,  Qafqazda,  Sibirdə,  Orta  Asiyada  təbii  arealı  olmaqla  yanaşı 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin