AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
132
həmçinin yaşıllaşdırmada da istifadə olunur. Azərbaycan florasında təbii şəkildə dovşanalmasının 5
növü yayılmışdır: C.melanocarpa Lodd., C. integerrima Medik., C.multifloraBge., C.racemiflora (Dsf.) C.Koch., C. saxatilisA.Pojark. [1,3,4,6]. Abşeron və Bakı ətrafı yaşıllıqlarda bu bitkiyə az
təsadüf edilir.
MATERĠAL VƏ METODLAR Tədqiqat materialı olaraq AMEA-nın Mərkəzi Nəbatat Bağının kolleksiyasına daxil olan
dovşanalması növləri götürülmüşdür. Öyrənilən dovşanalması növləri yaşıllaşdırmada istifadə olunan
sahələr üzrə və əkin tipinə görə: qrupla, tək-tək, çəpərlərdə və s. qruplaşdırılmışdır (Cədvəl1.). Təbii
halda Çin, Hindistan, Orta Asiya, Qafqazın dağlıq ərazilərində rast gəlinən dovşanalması cinsinin -
(Cotoneaster (Medik.)) dünya florasında 261-dən çox növü məlumdur [5,13]. AMEA -nın Mərkəzi
Nəbatat Bağına isə digər xarici ölkələrin nəbatat bağlarından gətirilmiş 40 növ və forma introduksiya
edilmişdir. Məlum olmuşdur ki, bu növlər Abşeronda inkişaf fazalarını normal keçirir, çiçəkləyir və
keyfiyyətli toxum verirlər [1,4,7].
Tədqiq olunan növlərin dekorativlik keyfiyyətini qiymətləndirmək üçün B.F.Suxixin təklif etdiyi
beşballı şkaladan istifadə olunmuşdur [9]. Bu şkalaya əsasən il boyu dekorativ effektə malik olan
növlər 5 balla, vegetasiya dövründə bu keyfiyyətə malik olanlar 4 balla, vegetasiya dövrünün
müəyyən vaxtında malik olanlar 3 balla qiymətləndirilmişdir.