Aşkar (xarici) xərclər istehsal üçün cəlb olunan resurslara görə kənara pul ödəniş-ləridir. Sadəcə desək, onlar resursları göndərənlərə ödənişlər formasında təcəssüm olunur.
Adətən, iqtisadi xərclərin bu hissəsi mühasibat xərclərinə bərabərdir.
Qeyri-aşkar (daxili) xərclər özünün ödənilməmiş resurslar və əldən verilmiş fay-dalarla əlaqədar məsrəflərini təcəssüm etdirir ki, onlar da mühasibat uçotunda əksini tap-mır. İqtisadi nöqteyi-nəzərdən bu, resursların alternativ istifadədən saxlanması ilə şərtlə-nən məsrəflərin cəmidir. Qeyri-aşkar xərclər resursların alternativ istifadəsi zamanı əldə oluna bilən pul gəlirləri kimi qiymətləndirilə bilər.
Dostları ilə paylaş: |