İstehsal xərclərinin növləri.
İstehsal xərclərinin təhlilinin çıxış nöqtəsi məsrəflərlə buraxılış həcmi arasında möv-cud olan funksional asılılıqdır. İstehsalın məsrəflər və ya dəyər funksiyası – istehsal amillərinin qiymətlərinin dəyişməzliyi zamanı buraxılış həcminin dəyişməsindən asılı olaraq istehsal xərclərinin dəyişməsini təsvir edir. Xərclər funksiyasının növü istehsal funksiyasının tipilə, xərclərin kəmiyyəti isə – istehsal amillərinin qiymətlərilə müəyyən olunacaq. Ümumi şəkildə o, C=F(Q) kimi ifadə oluna bilər ki, burada da C – məsrəflər. F(Q) – isə məsrəflərin buraxılış həcmindən funksional asılılığının formasıdır. Bir halda ki, buraxılış həcmi istehlak olunmuş istehsal amillərinin funksiyasıdır, onda buraxılışın funk-siyası olan məsrəflər funksiyası istehlak edilmiş amillərin (K, L,…,N) miqdarlarındakı dəyişiklikləri əks etdirəcək. Amma o, istehsalın dəyər cəhətini əks etdirdiyinə görə onun tərkib hissəsi tətbiq olunan amillərin qiymətləri (P) olacaq.
İstehsalın dəyər funksiyasını aşağıdakı formada göstərə bilərik:
Dostları ilə paylaş: |