Biryolluq xərclər – real çəkilən, amma cari qərarların qəbulu zamanı nəzərə alın-mayan məsrəflərdir. Əgər, sərəncamda olan resurs alternativ istifadəyə malik deyilsə, onda bu resurs üzrə hesabi (iqtisadi) xərclər sıfra bərabər olacaq. Buna görə də mühasibat xərc-lərinin bir hissəsi olmaqla biryolluq xərclər istehsal edilən məhsulun dəyərinə daxil edil-məlidir. Adətən, onlar investisiya resurslarının fəaliyyətinin miqyası, növü və ya yerinin dəyişikliyindən irəli gələn yeri doldurulmayan itkilərdir.
Şəkil 1. İstehsalın iqtisadi xərclərinin strukturu
Normal mənfəət – sahibkarlıq qabiliyyətlərinin alternativ istifadədən saxlanmasına görə minimum ödənişdir. Məzmun planında o, «Sahibkarlıq» resursuna görə ödəniş forma-sında təcəssüm olunur və qeyri-aşkar xərclərin formasıdır. Normal mənfəətin kəmiyyəti mövcud dövrdə sahədə (iqtisadiyyatda) kapitalın gəlirliyinin (kapitala görə faizin) qərar-laşmış orta səviyyəsi əsasında qiymətləndirilə bilər.
Beləliklə, mühasibat və iqtisadi xərclər arasındakı fərqlər, təkcə keyfiyyət səciyyəli (müxtəliflik təbiəti) daşımır. Onlar daxilən edilən komponentlərin tərkibi üzrə fərqləndiri-lir ki, bu da onlar arasındakı kəmiyyət uyğunsuzluğunun əsasında durur.
Dostları ilə paylaş: |