Orta sabit xərclər (AFC) – məhsul vahidinə düşən sabit xərclərin kəmiyyətidir:
FC
AFC = -------
Q
S abit xərclərin ümumi kəmiyyəti buraxılış həcminə nəzərən dəyişməz olduğuna görə (şəkil 3.a) məhsul vahidinə onların səviyyəsi istehsalın həcminin artması ilə azalaraq onun kəmiyyətindən asılı olaraq dəyişəcək. Deməli, orta sabit xərclər həmişə sabit azalmaqdadır (şəkil 3.b).
Şəkil 3. Əyrilər: a) sabit və b) orta sabit istehsal xərcləri
Orta dəyişən xərclər (AVC) – məhsul vahidinə düşən dəyişən xərclərin kəmiyyətidir:
VC
AVC = -----
Q
Şəkil 4. Əyrilər: a) dəyişən və b) orta dəyişən istehsal xərcləri
Bir halda ki, dəyişən amillərə münasibətdə azalmaqda olan verim qanunu fəaliyyət göstərir, onda orta
dəyişən xərclər səviyyəsinin dinamikası bu qanunun fəaliyyətindən asılı olacaq. İlkin mər-hələdə orta dəyişən xərclər, adətən, aşağı düşür. Lakin istehsalın artması ilə bu aşağı düş-mənin sürəti enir, sonradan isə orta dəyişən xərclərin özü isə artmağa başlayır (şəkil 4).
Dostları ilə paylaş: |