Dəyişən istehsal amilləri kəmiyyəti buraxılışın həcmindən funksional asılılıqda yer-ləşən amillər qrupunu (xammıl və dəstləşdiricilər, enerji və istehsal heyətinin sayı) təcəs-süm etdirir. Dəyişən xərclər buraxılışın həcminin dəyişməsinə mütənasib (xammalın alın-ması üzrə xərclər) və ya qeyri-mütənasib (əməyin ödənilməsi ilə bağlı xərclər) olaraq də-yişə bilər.
Şəkil 2. Ümumi, sabit və dəyişən istehsal xərcləri əyriləri
Sabit amillər üzrə məsrəflər istehsalın sabit xərclərində əks olunur.
İstehsalın sabit xərcləri (FC) – kəmiyyəti buraxılışın həcmindən asılı olmayan, sabit amillərin tətbiqilə bağlı istehsalın dəyər məsrəfləridir. Sabit xərclər funksional olaraq bu-raxılışın həcmilə əlaqədar olmadığına görə onların kəmiyyəti yalnız tətbiq olunan sabit amillərin miqdarı və qiymətlərilə müəyyən olunur.
İstehsalın dəyişən xərcləri (VC) kəmiyyəti buraxılışın həcmindən asılı olan, istehsa-lın həcminin dəyişiklikləri nəticəsində müəyyən nisbətdə dəyişərək dəyişən amillərin tət-biqilə bağlı məsrəflərdir. Buraxılışın həcminin artması dəyişən amillərin (xammal, enerji, fəhlələrin) məsrəflərinin çoxalmasını tələb edir ki, bu da, öz növbəsində, dəyişən xərclərin artımını yaradır. Məcmu halında götürülən sabit və dəyişən xərclər ümumi (val, məcmu) istehsal xərclərini (TC) əmələ gətirir ki, onlar da məhsulun mövcud həcminin istehsalı zamanı istifadə olunmuş bütün amillər üzrə çəkilmiş xərclərin ümumi kəmiyyətini gös-tərir. Deməli,
TC = FC + VC
Xərclərin bu növləri istehsal məsrəflərinin ümumi səviyyəsini səciyyələndirən xərclər qrupunu təşkil edir. İstehsal amillərinin qiymətlərinin dəyişməzliyi şəraitində onların bura-xılış həcmindən asılılığı buraxılışın hər bir ayrıca götürülmüş həcmi üçün xərclərin mini-mum səviyyəsini əks etdirəcək istehsal xərcləri əyriləri şəklində qrafik olaraq təqdim olu-na bilər (şəkil 3). İstehsal xərcləri əyriləri buraxılış həcminin dəyişməsi zamanı məsrəflə-rin dəyişməsini əks etdirir və hər bir həcm üçün xərclərin minimum səviyyəsini göstərir.
Dostları ilə paylaş: |