İstehza deyiLƏn züLM



Yüklə 484.8 Kb.
səhifə4/8
tarix24.04.2017
ölçüsü484.8 Kb.
1   2   3   4   5   6   7   8

Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Rəhmanın öyüd-nəsihətini inkar edirlər. (Ənbiya surəsi, 36)
Quranda bu mövzu ilə əlaqədar başqa nümunələr də verilmişdir. Hz. Musa (ə.s) fironun qövmünə elçi olaraq göndərildikdə firon və qövmü peyğəmbərlərə istehza etmə yolunu seçmişlər. Bunun səbəbi özlərindən daha kasıb olduğunu düşündükləri Musa peyğəmbərin (ə.s) elçi olaraq seçilməsi və onları haqq dinə dəvət etməsidir. Öz batil dinlərinin dəyişdirilməsinin istənməsi inkarçıların qüruruna toxunmuşdur. Buna görə də tarixdəki bütün inkarçılar kimi onlara göndərilən peyğəmbərlərə lağ etməyə başlamışlar:
Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü? Ya da mən bu aciz və az qala (sözünü) belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi? Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” (Zuxruf surəsi, 51-53)
Yuxarıdakı ayələrdə göründüyü kimi, firon bütün inkarçı xüsusiyyətlərə malikdir. Hz. Musanı (ə.s) yenə öz cahil ölçülərinə görə qiymətləndirir, ondakı üstün əxlaqı və Allah`a olan yaxınlığını dərk etmir. Öz sahib olduğu mülkləri sayaraq qövmünə təsir etməyə çalışmış və bu şəkildə də cahiliyyənin azğın dəyərlərini ölçü götürərək öz üstünlüyünü isbat etdiyini zənn etmişdir.

Bu nümunədə də gördüyümüz kimi, inkarçı insanların öz zənlərinə görə, əgər elçilik və ya bir hökm səlahiyyəti veriləcəksə, özləri arasından birinə verilməlidir. Bu səbəblə də peyğəmbərlərə verilənləri qısqanaraq dərhal istehza və təhqir dolu sözlər söyləməyə başlamışlar. Məsələn, “Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!(Qəmər surəsi, 25) ayəsində olduğu kimi, elçini bəzi çirkin hərəkətlərlə ittiham edirlər. Lakin peyğəmbərlər gözəl əxlaqlı, Allah`ın əmr və qadağalarına qarşı çox diqqətli, çox təvazökar və bütün gücün yalnız Allah`a aid olduğunu bilən insanlardır. Belə böhtanlar da onlara həsəd aparan cahiliyyə insanlarının əsassız günahlandırmalarından başqa bir şey deyil.

İnanmayan insanların peyğəmbərlərə atdıqları böhtanlardan biri də dəlilikdir. Bunu da həmişə istehza ilə dilə gətirirlər. Quranda bu mövzuda belə bir nümunə verilmişdir:
Qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!” O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm. (Əraf surəsi, 66-67)
Hud peyğəmbərə (ə.s) atılan bu böhtan bütün dövrlərdə Allah`ın elçilərinə atılan bir böhtandır. İnkar edənlərin yuxarıdakı sözlərindəki istehza dərhal diqqət çəkir. Halbuki, elçilər üstün ağılları ilə tanınan insanlardır. İnkarçıların bu iftiralardakı məqsədi qövmlərini onların əleyhinə yönləndirməkdir. Başqa sözlə, elçiyə itaətə maneə olaraq öz mənfəətlərini qorumaqdır. Quranda bu böhtanın digər peyğəmbərlərə atıldığına dair nümunələr var:
(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” (Şüəra surəsi, 27)
Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!” (Muminun surəsi, 25)
Bu nümunələr onu göstərir ki, elçilərdən və ya möminlərdən birinə qarşı dəlilik iddiasının olması, əslində, bunun keçmişdə bütün peyğəmbərlərə edilmiş böhtan və məsxərə olması baxımından böyük şərəfdir. İnkarçılar bu böhtanları ilə möminlərin gücünü azalda biləcəklərini, onların şövqlərini qıra biləcəklərini, etdikləri xeyirlərə mane ola biləcəklərini zənn edirlər. Halbuki, möminlərə lağ edilməsinin mənası və onlarda meydana gətirdiyi təsir tam fərqlidir. Cahil bir insan ona lağ ediləndə narahat olar. Möminlər isə tarix boyunca bütün möminlərə və elçilərə deyilən sözlərin özlərinə də deyilməsinin özlərinin doğru yolda olduqlarını bir daha göstərdiyini düşünər və buna görə də fəxr edərlər. Bundan başqa, inkarçıların bu düşüncəsizliyi və əxlaqsızlığı onların gücünü artırar və din əxlaqını təbliğ etmə baxımından daha şövqlü və qərarlı olmalarına səbəb olar.

Elçinin və möminlərin quran əxlaqını yaşamalarına lağ etmələri
Möminlər Allah`ın əmr və qadağalarına görə hərəkət edərkən inkarçılar tam tərsinə, nəfslərinin istiqamətləndirdiyi şəkildə yaşayarlar. Nəfs isə gözəl əxlaqlı olmağı, iffətli, namuslu, dürüst, səmimi, ədalətli, təmiz, şəfqətli, dürüst olmağı istəməz. Əksinə, əxlaqsızlığı, yalançı olmağı və hər cür pis əxlaqi xüsusiyyətləri yaşamağı insanlara məqbul göstərər. Bu səbəblə, möminlərin yaxşı və təmiz insan olmaları və bunun üçün göstərdikləri əzmkarlıq inkar edənlərin xoşuna gəlməz. Möminlərin gözəl əxlaqlarına şahid olduqca öz əxlaqlarının pis olduğuna bir daha şahid olarlar. Lakin qürurlarından dolayı belə bir şeyi qəbul etmək istəməzlər. Buna görə, möminlərin də özləri kimi olmalarını istərlər. Onların Quran əxlaqına uyğun hərəkətlərini gördüklərində təhqir və istehza dolu sözlərlə möminlərin gözəl cəhətlərini alçaltmağa çalışarlar. İnkarçıların bu hərəkətləri haqqında Quranda belə bir nümunə verilmişdir:
Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu. (Nəml surəsi, 56)
Məlum olduğu kimi, Lut peyğəmbərin (ə.s) göndərildiyi qövm cinsi azğınlıqlar yaşayan pozğun qövm idi. Hz. Lut (ə.s) özlərini haqqa, doğruya, gözəl olana və təmizə dəfələrlə çağırdığı halda, bunu rədd etmiş və peyğəmbərlərinə üsyan etmişdilər. Hz. Lut (ə.s) doğruları izah etməyə davam etdiyində isə azğınlıqları daha da artmış, elçini və möminləri yurdlarından sürgün etmək qərarına gəlmişlər. Bunu edərkən də onların təmiz və iffətli olmalarını məsxərə mövzusu etmişlər. Ancaq bütün digər azğın qövmlərə olduğu kimi, Allah bu qövmə də etdiklərinin qarşılığını vermiş və onları həlak etmişdir. İnkarçıların iftira və məsxərə dolu hərəkətlərinə səbir edən möminləri mükafatlandıracağını müjdələmişdir. Yəni Lut peyğəmbərə (ə.s) və onunla birlikdə iftira və böhtanlara məruz qalan bütün möminlərə gördükləri bu rəftar böyük mükafat olaraq geri dönmüşdür. Özlərini müsəlmanlardan üstün görən bu şəxslərə həqiqi izzət və şərəfin kimə aid olduğunu Allah Quranda belə bildirmişdir:
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən alçaqları mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki, qüdrət yalnız Allah`a, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər. (Munafiqun surəsi, 8)
Kim qüdrət (sahibi olmaq) istəsə, (bilsin ki,) qüdrət bütünlüklə ancaq Allah`a məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır. (Fatir surəsi, 10)

Elçinin etdiklərinə lağ edirlər
İstər inkar edənlər, istərsə də münafiqlər ağıllı olmadıqlarından möminlərin etdiklərini anlamazlar. Dünya işlərindən bəzilərini bildiklərindən dolayı özlərini çox ağıllı zənn edərlər. Dinlə əlaqədar həqiqətləri yanlış bildiklərini qəbul etmək istəməzlər. Din əxlaqından uzaq insanların düşüncəsiz olduqlarının Allah`ın dəyişməyən qanunu olduğunu görə bilməzlər. Aciz durumda qaldıqlarını anlamadıqlarına görə, bəsit davranışlarla özlərini üstün zənn edər və Allah`ın elçilərinə lağ edərlər. Quranda bunun nümunələrinə tez-tez rast gəlmək mümkündür. Məsələn, Şüeyb peyğəmbər (ə.s) göndərildiyi qövmü pis işlərdən çəkinməyə çağırdığı zaman güclü müqavimətlə qarşılaşmış və inkarçıların lağlağı hərəkətlərinə məruz qalmışdı. Əslində, qövmü Şüeyb peyğəmbərin (ə.s) gözəl əxlaqlı bir insan olduğunu çox yaxşı bilirdi. Lakin hz. Şüeyb (ə.s) onların nəfsinə zidd olan bir şey əmr etdiyi üçün dərhal müqavimət göstərmişlər. Lağ etdikləri şey isə peyğəmbərin Allah`a ibadət etməsi idi:
Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”. (Hud surəsi, 87)
Bu mövzu ilə əlaqədar olaraq Quranda verilən digər nümunə isə Nuh peyğəmbər (ə.s) dövründə yaşanmışdır. Allah hz. Nuha (ə.s) qövmünə gələcək əzabdan qorunması üçün bir gəmi tikməsini əmr etmişdir. Hz. Nuh (ə.s) gəmini tikməyə başladıqda qövmünün inkarçıları onun bu hərəkətinə lağ etməyə başlamışdır:
Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla, artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə. Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar (suda) batırılacaqlar”. (Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”. (Hud surəsi, 36-39)
Sonda Allah`ın Nuh peyğəmbərə (ə.s) vədi yerinə yetmiş, Nuh qövmü alçaldıcı əzabla həlak edilmişdir. Bu insanlar dünyada olarkən Allah`ın gücünü qavraya bilməmişlər. Ağılsız olduqlarından Allah`ın əzabını uzaq görmüş və dünyada əldə etdikləri mal və güclə bu əzabdan xilas ola biləcəklərini zənn etmişlər. Bundan ötrü Allah`ın əmrini yerinə yetirən möminlərə lağ etmişlər. Lakin lağ etdikləri şey özlərinə geri dönmüş və inkarçılar etdiklərinin qarşılığını hələ dünyada olarkən almışdılar. Bir də özlərini gözləyən axirət əzabı vardır ki, Allah axirətdəki əzabın dünyadakı ilə müqayisə edilməyəcək qədər şiddətli olduğunu Quranda bir neçə dəfə xəbər vermişdir. Bu da onu göstərir ki, iman edənlərə lağ edənlər etdiklərinin cəzasını mütləq çəkirlər.

Möcüzə istəyərək çətinlik yaratmaları
İnkar edənlərin elçilərə qarşı rəftarlarından biri də onlardan möcüzə göstərmələrini istəmələridir. İstəklərinin reallaşmasının qeyri-mümkün olduğunu düşündükləri üçün bu yolla elçiləri çətin vəziyyətə sala biləcəklərini güman edirlər. Elçilərin bu tələbləri yerinə yetirə bilməyərək xalqın gözündə alçalacaqlarını zənn edirlər. Bu mövzu ilə əlaqədar Quranda keçən ayələrdən bəziləri belədir:
Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən. Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan hesab edirik. Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”. (Şüeyb) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”. Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi. (Şüəra surəsi, 185-189)
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”. (Rəd surəsi, 27)
Əslində, bu istəklərinin əsl səbəbi Allah`ın seçdiyi insanı bəyənməyən, özlərini üstün görən yanlış düşüncəyə sahib olmalarıdır. İnkarçılar ayələrdə xəbər verildiyi kimi, özlərini peyğəmbərdən daha üstün görmüş, ona istehzalı tələblər irəli sürmüşlər:
Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca, yaxud iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca və ya Allah`ı və mələkləri qarşımıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”. İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu. (İsra surəsi, 90-94)
Belə tələblər və lağlağı hərəkətlər keçmişdə yaşamış və bundan sonra da yaşayacaq bütün inkarçıların ortaq xüsusiyyətləridir. Bunlar Allah`ın Quranda xəbər verdiyi hadisələrdir. Hər dövrdə Allah`ın elçilərinə və dindar insanlara qarşı bu cür mübarizə üsullarından istifadə edilmişdir. Ancaq inkar edənlərin bu səyi heç bir zaman nəticə verməmişdir. Qarşıdakı hissələrdə görəcəyimiz kimi, Allah həmişə inkarçıların planlarını və onları gözlənilməz əzablarla cəzalandırmışdır:
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir. (Hud surəsi, 8)
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər artıq müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, cəhənnəm kafirləri bürüyəcəkdir. O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəkdir. (Allah) deyəcəkdir: “Etdiyiniz əməllərin (cəzasını) dadın!” (Ənkəbut surəsi, 53-55)
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər. De: “Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”. (Nəml surəsi, 71-72)

İNKAR EDƏNLƏRİN İSTEHZALARINA SƏBİR ETMƏK MÖMİNLƏR ÜÇÜN ŞƏRƏFDİR

Kitabın əvvəlindən etibarən tarix boyunca inkar edənlərin iman edənlərə istehzalı yanaşmasından bəhs etdik və onların bu davranışlarının heç bir nəticə verməyəcəyinə də toxunduq. Ancaq bu mövzunu bir az daha da incələməkdə fayda görürük.



Cahil cəmiyyətdən olan bir insan ona lağ edəndə və ya böhtan atanda o, bundan çox kədərlənir. Bunu bilən cahiliyyə cəmiyyəti birisinin şövqünü qırıb, onu zəiflətmək üçün bu üsuldan istifadə edərlər. Belə ki, möminlərə qarşı istehzalı davranışlarının səbəbi də budur. Ancaq bu, əsla mümkün deyildir. Çünki inkarçıların lağlağı hərəkət və sözləri ilə, əsassız ittihamları ilə qarşılaşmaq möminlərin onsuz da gözlədiyi bir vəziyyətdir. İnkarçıların bu şəkildə davranacağı Quranda möminlərə bildirilmiş və möminlər bu vəziyyətə qarşı xəbərdar edilmişlər:
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allah`dan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali-İmran surəsi, 186)
Göründüyü kimi, Allah möminləri belə bir vəziyyətə qarşı qəti olaraq xəbərdar etmişdir. Bu səbəbdən, inkar edənlərin onlara lağ etməsi, möminlərin imanlı olmalarının göstəricisidir. Bu səbəblə, Allah`a iman edən bir insan belə bir hadisə ilə qarşılaşdığında nəinki kədərlənər, əksinə, sevinər və hətta Allah`ın vədi reallaşdı deyə, imanı daha da artar. Yəni inkar edənlərin möminlərə lağ etməsi, zənn edildiyi kimi onların əleyhinə deyil. Əksinə, Allah`ın yaratdığı hər hadisə kimi onların xeyrinədir. Onların əxlaqi üstünlüyünü, imanını və axirətdəki dərəcələrini artıran hadisədir.

Bu halda, möminlər din əxlaqından uzaq insanların istehzalı hərəkətlərinə görə əsla kədərlənməzlər. Bu, onlar üçün bir rəhmətdir və möminlər göstərdikləri səbir sayəsində Allah`ın razılığını və cənnətini ümid edərlər. Başqa bir ayədə Allah möminlərə belə bir vəziyyət qarşısında səbir etməyin lazım olduğunu bildirmişdir:
(Müşriklərin) dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş. (Müzzəmmil surəsi, 10)
Bununla birlikdə möminlərin şövqünü artıran bir başqa mövzu da Allah`ın lağ edənlərə qarşı möminlərə kömək edəcəyini vəd etməsidir. Allah bu həqiqəti "Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik" (Hicr surəsi, 95) ayəsi ilə müjdələmişdir. Şübhəsiz ki, bu, möminlər üçün çox güvən verici bir vəziyyətdir. Quran əxlaqını yaşamayan insanlar möminlərə zərər vermək üçün hər nə etsələr də, məqsədlərinə çata bilməzlər. Etdikləri hər şey möminlərin lehinədir. Çünki bir ayədə belə xəbər verilir:

Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir. (Nisa surəsi, 141)

Allah başqa ayələrdə də möminlərə olan dəstəyini belə xəbər vermişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allah`a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah eşidəndir, biləndir. Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 256-257)
Xüsusilə bunu da ifadə etmək lazımdır ki, möminlər inkarçıların hər cür bənzətməsindən uzaq, çox üstün və yüksək əxlaqlı insanlardır. Bu gözəl xüsusiyyətlərinin qarşılığını isə dünyada və axirətdə alarlar. Möminlərə istehza edilməsi isə onların üstünlüyünü, fəaliyyətlərinin gücünü və inkar edənlərin üzərindəki təsirini göstərir. Bu, eyni zamanda, xalq arasında məşhur olan "bar verən ağac daşlanar" sözünün də bir nümunəsidir.

Onların fikri mübarizə gücünü, üstün əxlaqını görən inkarçılar möminlərin yolunu kəsməyə, onları böhtan və yalanlarla ləkələməyə çalışarlar. Çünki möminlərin dünyaya sülh və nizam gətirəcəyini bildikləri üçün özlərinə görə əvvəldən tədbir görüb buna mane olmaq üçün çalışarlar. Məsələn, möminlərin Quran əxlaqını izah etmələrinə, insanları bu mövzuda maarifləndirmələrinə və ya Allah`ın varlıq dəlillərini anlatmalarına lağ edərlər. Bütün bunları etməkdə məqsədləri Allah`ın Quranda bildirdiyi kimi, haqqı batil ilə yenmə istəkləridir (Kəhf surəsi, 56). Ancaq Allah Quranda müsəlmanlara belə müjdə vermişdir:
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allah`a) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Allah inkar edənləri dünyada alçaldır
Din əxlaqından uzaq yaşayan insanların dinə və Allah`ın ayələrinə qarşı istehzalı yanaşmaları, göndərilən elçilərə və elçilərin ətrafındakı möminlərə lağ etmələri tarix boyu davam edən bir vəziyyətdir. Allah`ın gücünü və böyüklüyünü təqdir edə bilməyən bu insanlar etdiklərinin qarşılığını mütləq alacaqlarını anlamayaraq həyatlarını davam etdirmişlər. Halbuki, Quranda bu insanların özlərindən uzaq gördükləri əzablarla mütləq qarşılaşacaqları xəbər verilmişdir:
Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. (Ənam surəsi, 5)
(Allah`ın) səndən əvvəlki elçiləri də məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri (həmin o) istehza etdikləri şey məhv etdi. (Ənbiya surəsi, 41)
(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”. (Hud surəsi, 38-39)
Bu insanlar etdikləri günahların qarşılığını, şübhəsiz, axirətdə görəcəklər, ancaq hələ dünyada olarkən də bu qarşılığı görəcəklər. Özləri dinlə, müsəlmanlarla, Allah`ın elçiləri və ayələri ilə lağ edərkən, əslində, Allah onlara lağ etməkdədir. Allah bu həqiqəti bir ayəsində qəti olaraq xəbər vermişdir:
Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 15)
Əslində, bu inkarçı insanlar yuxarıdakı ayələrdə bildirildiyi kimi, özlərinə verilən müddətə aldanaraq çox böyük tələyə düşmüşlər. Həyatları boyunca din əxlaqına, Allah`ın elçilərinə və möminlərə qarşı mübarizə aparmış və bundan ötrü heç bir qarşılıq görməyəcəklərini zənn etmişlər. Halbuki, bu dünyada nə qədər təkəbbürlənsələr də, Allah`ın müəyyən etdiyi vaxtda öləcək və torpağa basdırılacaqlar. Allah özü ilə öyündükləri mallarını yox edəcək, bədənləri isə torpağın altında çürüyəcəkdir. Bütün bunlar qaçılmazdır, onlar da hər insan kimi öləcəklər. Ölümlü olmaları və özlərindən ölümü uzaqlaşdıra bilməmələri, əslində, nə qədər aciz bir vəziyyətdə olduqlarının ən əhəmiyyətli dəlilidir.

Bundan başqa, bu insanlara həyatları boyunca da Allah bir çox çətinlik və bəla verir. Onlar özlərini üstün zənn edərkən qarşılaşdıqları hadisələrlə nə qədər aciz bir qul olduqlarını görürlər. Allah Quranda bu vəziyyətə düşən inkar edənlərlə bağlı bir çox nümunə vermişdir. Sonrakı səhifələrdə Quranda bəhs edilən bu məsxərəçilərdən və uğradıqları sondan danışılacaqdır.

Məsxərəçiliyin sonu ilə əlaqədar qurandan nümunələr
Hz. Musa (ə.s) zamanında yaşayan firon məlum olduğu kimi, üsyankarlığı və azğınlığı ilə tarixə keçmiş bir insandır. Onun və ətrafının qüruru ayələrdə belə təsvir edilir:
Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər. (Muminun surəsi, 45-46)
Firon özü haqqı inkar etdiyi kimi, qövmünü də azdırmaqla məşğul olmuşdu. Musa peyğəmbəri (ə.s) guya hörmətdən salmaq və hər kəsin gözü qarşısında ona lağ etmək üçün xüsusi bir plan hazırlamış, buna baxmayaraq, özü alçalmışdır. Firon sehrbazlarını insanların toplandığı gün hz. Musa (ə.s) ilə qarşı-qarşıya gətirmiş, bu şəkildə, sehrbazların üstün gələcəyini, Musa peyğəmbərin (ə.s) isə alçalacağını zənn etmişdi. Ancaq nəticə gözlədiyi kimi olmamış, Allah hz. Musa (ə.s) vasitəsilə sehrbazların hiyləsini pozaraq həm fironu, həm də yaxın ətrafını alçaltmışdır. Quranda bu hadisə belə izah edilir:
(Musa) dedi: “Siz atın!” Onlar atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər. Biz Musaya: “Əsanı at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. (Əraf surəsi 116-118)
Quranda fironun hz. Musaya (ə.s) qarşı qurduğu bir çox tələnin də boşa çıxdığı xəbər verilmişdir. Allah fironun sonunu da bütün insanlara bir ibrət olaraq Quranda belə bildirmişdir:
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!” (Firona deyildi:) “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də insanların çoxu ayələrimizdən xəbərsizdir. (Yunis surəsi, 90-92)
Yuxarıdakı ayələrdən aydın olduğu kimi, firon heç ümid etmədiyi bir sonla qarşılaşmışdır. Qarşısında nəhəng dalğaları gördükdə vəziyyətin ciddiliyini fərq etmiş, Allah`dan başqa İlah olmadığını anlamış və tək sığına biləcəyi gücün Allah olduğunu dərk etmişdir. Belə ki, bütün ömrünü təkəbbür və Allah`a üsyan ilə keçirən firon ilk dəfə o an Allah`a sığınma ehtiyacı duymuşdur. Lakin bunun səmimi təslimiyyət olmadığına, çətin anda göstərilən rəftar olduğuna görə Allah qəbul etməmişdir. Çünki təhlükə və ya çətin anlarda Allah`a sığınmaq və daha sonra əvvəlki nankorluqlarına geri dönmək din əxlaqını yaşamayan insanların əhəmiyyətli bir xüsusiyyətidir. Onlar bütün həyatlarını üsyan içində keçirib, bir bəla ilə qarşılaşdıqları anda tövbə edərək xilas ola biləcəklərini zənn edirlər. Lakin Allah onların bu planlarını boşa çıxarar.

Gücün, qüdrətin, böyüklüyün Allah`a aid olduğunu anlayan fironun vəziyyəti də bundan fərqli deyil. O an təslim olduğunu deməklə bağışlanacağını zənn edən firon çox yanılmışdır. Qurtulacağını ümid edərkən yalnız bədəni ilə xilas olması və bu halı ilə insanlığa ibrət olması özü üçün böyük alçaldılma olmuşdur. Allah onu sonrakı nəsillərə ibrət olması üçün alçaltmışdır. Dünya həyatında Misirin hakimi olan, saraylarda yaşayan, əmrində saysız köləsi və əsgəri olan, böyük güc və zənginlik sahibi fironun bu gücü özünü azğın dalğalardan qurtarmağa çatmamışdır. Bu şəkildə, dinə qarşı istehzalı və laqeyd rəftar göstərməsinin qarşılığını görmüşdür. Bu halı ilə firon lağ edən deyil, lağ edilən mövqeyindədir. Firon və yaxın ətrafının məruz qaldığı son bunun əhəmiyyətli bir göstəricisidir. Ayədə belə buyurulur:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə