Sistemin istismara verilməsi
Bu mərhələdə real şəraitdə sistemin sınaq istismarı yerinə yetirilir, tam istismara hazırlıq işləri görülür və layihənin nəticələri haqqında sifarişçi ilə danışıqlar aparılır. Əhatə olunan əsas işlər bunlardır:
-QQDS-in fəaliyyət göstərəcəyi real şəraitdə sınaq istismarı;
-sistemin istismarı üçün kadrların hazırlanması;
-işçi sənədlərinin hazırlanması, sistemin sifarişçiyə təqdim edilməsi və istismara verilməsi;
-layihənin nəticələrinin qiymətləndirilməsi və yekun sənədlərin hazırlanması;
-mübahisəli hallarin aradan qaldirilmasi və layihə işlərinə yekun vurulmasi.
Dostları ilə paylaş: |