İstifadə olunan ixtisarların siyahısı


Mühazirə 6. VERİLƏNLƏR BAZASI ƏSASINDA QURULAN QQDS



Yüklə 388,52 Kb.
səhifə26/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   22   23   24   25   26   27   28   29   ...   91
C fakepathMuhazireler

Mühazirə 6.
VERİLƏNLƏR BAZASI ƏSASINDA QURULAN QQDS
Plan:
6.1.Verilənlər bazasının əsas xüsusiyyətləri

6.2.Verilənlər bazasının verilənlər anbarından fərqli cəhətləri

6.3. Verilənlər bazası əsasınmda qurulan QQDS-də iş prosesinin təşkili

6.4.Verilənlər bazası əsasında qurulan QQDS-də verilənlərin analitik emalında yaranan problemlər


6.1.Verilənlər bazasının əsas xüsusiyyətləri
Bir çox hallarda qərar qəbulu operativ məlumat əsasında aparılır. Operativ məlumat adətən, növbə, gün, həftə (və ya ongünlük) və ay ərzində toplanan verilənləri əhatə qdir. Operativ verilənlərin saxlanması və idarə olunması üçün verilənlər bazasından (VB) və verilənlər bazasının idarəetmə sistemindən (VBİS) istifadə olunur. QQDS-də ilkin verilənlər əsas etibarilə verilənlər bazalarından götürülür.

Verilənlər bazası tranzaksiyalarla işləyir. Tranzaksiya baxılan an ərzində VB-nin yerinə yetirəcəyi əməliyyatları (daxiletmə, yeniləmə, silmə, seçmə) ifadə edən iş vahididir. SQL dilində bu əməliyyatlar İNSERT, UPDATE, DELETE və SELECT operatorları ilə ifadə olunur. Tranzaksiyaların emalı baxımından VB sistemlərinə OLTP (ON-Line Transaction Processing) sistemləri deyilir.

Verilənlər bazası fayl sistemlərinin inkişafı nəticəsində yaranmışdır və verilənlərin strukturunun ən yüksək səviyyəsi hesab olunur. Verilənlər bazasının yaradılmasında əsas məqsəd fayllara xas olan çatışmazlıqları aradan qaldırmaq, verilənlərin tamlığını və təhlükəsizliyini təmin etmək, verilənlərin axtarışını və emalını səmərəli təşkil etməkdən ibarətdir. Verilənlər bazasında saxlanan verilənlər, adətən, konkret tətbiq sahəsinə aid olur. Verilənlər bazası elə təşkil olunur ki: a)orada verilənlərin izafiliyi minimum olur; b)verilənlər, onları emal edən proqramlardan asılı olmur; c)verilənləri axtarıb-tapmaq, onları dəyişdirmək və yeniləşdirmək üçün ümumi idarəetmə üsullarından və vasitələrindən istifadə olunur; d)VB-nin tətbiq sahəsini dəyişdirmək mümkün olur.

Beləliklə, verilənlər bazası aşağıdakı xüsusiyyətlərə malik olar:




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin