4.Verilənlərin mərkəzləşdirilmiş idarə edilməsi.
VB-də saxlanan bütün verilənlərin təsviri eyni modellə aparıldığından və verilənlər eyni üsulla təşkil olunduğundan, onların idarə olunması üçün eyni metodoloji, linqvistik və proqram təminatına malik vahid sistemdən istifadə etmək olur. Bu cür sistemə verilənlər bazasının idarəetmə sistemi deyilir.
5.Verilənlərin tamlığının qorunması.
Verilənlərin kompüterdə və sistemdə baş verən qəzalardan və xətalardan mühafizəsi üçün verilənlərin tamlığı yoxlanır. Bunun üçün verilənlərin qiymətlərinin müəyyən şərtlərə cavab verməsi əsas götürülür.
Dostları ilə paylaş: |