6.VB-də predmet sahəsinə yönümlülük yoxdur.
Verilənlər anbarından fərqli olaraq verilənlər bazasının predmet sahəsi ilə heç bir bağlılığı olmur, yəni VB layihələndirilərkən olunu hansı sahədə tətbiq ediləcəyi nəzərə alınmır. Başqa sözlə VB-dən istənilən sahədə, istənilən məqsədlə istifadə etmək olar. Lakin tətbiq sahəsi VB-də saxlanan verilənlərin mövzusu ilə qismən məhdudlaşır.
7.Metaverilənlərə qoyulan tələblər.
Berilənlər bazasındakı cədvəllərin, hər bir cədvələ daxil olan atributların, açar kimi istifadə edilən atributların adları, VB-də yerinə yetirilən əməliyyatlar metaverilənlər kimi saxlanır. Metaverilənlər VBİS tərəfindən seçilir və xüsusi cədvəldə qeyd olunur. VB-nin metaverilənlərdən əlavə VBİS-in də metaverilənləri formalaşdırılır. VBİS-in metaverilənlərinə VBİS-in sistem cədvəllərinin məzmunu və verilənlərin emalı üzrə qaydalar daxildir.
Dostları ilə paylaş: |