6.3. Verilənlər bazası əsasınmda qurulan QQDS-də iş prosesinin təşkili
Verilənlər bazası əsasında qurulan QQDS-in ümumi quruluşu şəkil 6.1-də göstərilmişdir.
İ l k i n v e r i l ə n l ə r
Operativ verilənlər (OLTP) Xarici mənbələr
Adminstrator
VBS
Şəkil 6.1. Verilənlər bazası əsasında qurulan QQDS-in ümumi quruluşu
İlkin verilənlər operativ verilənlər bazalarından və ya xarici mənbələrdən, o cümlədən, elektron arxivlərdən götürülür. Onlar təmizləndikdən və VBİS-in tələb etdiyi formaya salındıqdan sonra VBİS-ə ötürülür. VBİS əlavə olaraq həmin verilənlərin formaca və strukturca tranzaksiyanın tələblərinə uyğunlüğünü yoxlayır və lazımi düzəlişlər apardıqdan sonra VB-nin uyğun cədvəllərinə daxil edir.
VBİS öz işini VB və verilənlərin analitik emalı proqramı ilə qarşılıqlı əlaqəli şəkildə görür. VB-də verilənlər düzəlişlər və əlavələr edilməsi, lazımsız verilənlərin silinməsi əməliyyatları VBİS-in administratoru tərəfindən tərtib edilən tranzaksiyalar vasitəsilə yerinə yetirilir.
Verilənlərin analitik emalı proqram kompleksi cari situasuyaya uyğun məsələlərin həlli üçün VB-dən lazım olan verilənləri çıxarıb emal edir və nəticələri ekran vasitəsilə qərar qəbul edən şəxsə çatdırır. Verilənlərin analitik emalı prosesi verilənlərin analizinə əsaslanan müxtıəlif tipik məsələləri əhatə edə bilər: qanunauyğunluqların və onlardan sapmaların aşkarlanması, göstəricilər arasında qarşılıqlı əlaqələrin və asılılqların təyin edilməsi, müəyyən vaxt üzrə proqnozların verilməsi və s.
Bu proqram kompleksi həmçinin istifadəçilərin (qərar qəbul edən şəxslərin) sorğularına görə müəssisənin müəyyən vaxt ərzində fəaliyyəti (məhsul istehsalı, satış, sərflər və s.) haqqında xüsusi formalar üzrə hesabatlar hazırlayır. Həmin sorğular əsasən reqlamentləşdirilməmiş xarakter daşıyırlar.
Dostları ilə paylaş: |