OLTP-sistemdə tipik sorğuya cavab, adətən, cədvəllərdən çıxarılan yazılar əsasında formalaşdırılır. Həmin yazılar detallaşdırılmış verilənlərdəın ibarət olur. QQDS-də isə, əksinə, müəyyən göstəricilərə (vaxta, məkana və s.) görə ümumiləşdirilən və (və ya) aqreqatlaşdırılan verilənlər saxlanır və sorğuya cavab böyük sayda verilənləri çıxarıb analiz etməklə formalaşdırılır.Məsələn, istehsalat müəssisəsində OLTP-sistemi vasitəsilə həll olunan operativ uçot məsələsinin həllində müəssisənin operativ (növbə, gün, həftə) fəaliyyətini xarakterizə edən detallaşdırılmış verilənlərdən istifadə edilir. Statistik uçot məsələsinin həllində isə müəssisənin aylıq, kvartallıq, yarımillik və illik fəaliyyətini əks etdirən ümumiləşdirilmiş və aqreqatlaşdırılmış verilənlərdən istifadə edilir.
Xarakteristika
|
OLTP-sistemə qoyulan tələblər
|
QQDS-ə qoyulan tələblər
|
Saxlanan verilənlərin detallaşdırma səviyyəsi
|
Əsasən detallaşdırılmış verilənlər saxlanır
|
Əsasən ümumiləşdirilmiş və aqreqatlaşdırılmış verilənlər saxlanır
|
Verilənlərin keyfiyyəti
|
Hazırlama və daxiletmə zamanı buraxılan səhvlər üzündən səhv verilənlər mümkündür
|
Verilənlərdə səhvlərə yol verilmir
|
Verilənlərin saxlanma forması
|
Tətbiqdən asılı olaraq verilənlər müxtəlif formatlarda saxlana bilər
|
Verilənlər razılaşdırılmış vahid formatda saxlanır
|
Verilənlərin izafiliyi
|
Verilənlərin izafiliyi minimum olmalıdır
|
Nəzarət olunan izafiliyə yol verilir
|
Verilənlərin idarə edilməsi
|
İstənilən vaxt verilənlərin əlavə edilməsi, dəyişdirilməsi və silinməsi mümkün olmalıdır
|
Verilənlərin yalnız vaxtaşırı əlavə edilməsi nəzərə alınır
|
Saxlanan verilənlərin miqdarı
|
Bütün operativ verilənlər baxılan anda əlçatan olmalıdır
|
Uzun müddət ərzində toplanan verilənlərin hamısı əlçatan olmalıdır
|
Sorğuların xarakteri
|
İstifadəçilərin verilənlərə müraciəti əvvəlcədən tərtib edilmiş sorğulara görə aparılır
|
Verilənlərə əvvəlcədən tərtib edilməyən ixtiyari sorğularla müraciət oluna bilər
|
Sorğulara cavab vaxtı
|
Sistemin sorğulara cavab vaxtı saniyələrlə ölçülür
|
Sorğulara cavab vaxtı bir neçə dəqiqə ola bilər
|
Sistemin hesablama yükünün xarakteri
|
Sistemin işi zamanı prosessorun orta yükü sabit olur
|
Prosessor yalnız sistemə sorğu daxil edildikdə yüklənir
|
Sistemin xarakteristikalarının üstünlük dərəcəsi
|
Əsas üstünlük məhsuldarlığa və əlçatanlığa verilir
|
Üstünlük sistemin çevikliyinə və istifadəçilərin işlərinin müstəqilliyinə verilir
|