3.Verilənlərin dəyişilməzliyi.
Verilənlər VA-ya yükləndikdən sonra dəyişdirilmir, oraya yalnız yeni yazılar əlavə edilə bilər. Odur ki, QQDS üçün tranzaksiyaların geri götürülməsi, proseslərin qarşılıqlı bloklaşdırılmasının qabağının alınması aktual hesab olunmur. VA-da informasiyanın dəyişilməz qalmasının vacib şərti informasiyanın mühafizəsinin yüksək səviyyədə təşkili üçün etibarlı aparat və proqram vasitələrindən istifadə edilməsidir.
4.Xronologiyanın təminatı
Əksər hallarda analitik sorğuların yerinə yetirilməsi üçün hadisələrin inkişaf tendensiyasını və ya dəyişənlərin qiymətlərinin vaxta görə dəyişmə xarakterini analiz etmək tələb olunur. Xronologiyanın nəzərə alınması VA-nın strukturuna “Tarix” (Date) atributunu daxil etməklə əldə olunur. Analitik sorğuların yerinə yetirilmə vaxtını yazıları fiziki olaraq vaxta görə nizamlamaqla, yəni yazıları “Tarix” atributunun qiymətlərinin artma ardıcıllığına görə yerləşdirməklə azaltmaq olar.
Verilənlər anbarının yaradılması aşağıdakı əsas məsələlərin həllini tələb edir:
Analitik sorğuları mümkün qədər tez cavablandırmağı və tələb olunan yaddaş tutumunu nəzərə almaqla, verilənlərin optimal strukturunun seçilməsi;
Verilənlər anbarının ilkin yüklənməsini və sonradan genişləndirilməsi;
Istifadəçinin verilənlərə rahat müraciətinin təmin edilməsi.
Dostları ilə paylaş: |