İstifadə olunan ixtisarların siyahısı


Mühazirə 7. VERİLƏNLƏR ANBARI ƏSASINDA QURULAN QQDS



Yüklə 388,52 Kb.
səhifə46/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   42   43   44   45   46   47   48   49   ...   91
C fakepathMuhazireler

Mühazirə 7.

VERİLƏNLƏR ANBARI ƏSASINDA QURULAN QQDS


Plan:

7.1. Verilənlər anbari konsepsiyasi

7.2. Verilənlər anbarı əsasında qurulan QQDS-də iş prosesinin təşkili

7.3. Verilənlər anbarının qurulması üçün tətbiq edilən modellər
7.1. Verilənlər anbari konsepsiyasi
Qərar qəbulunu dəstəkləyən sistemlərdə verillənlər bazasına və analitik prosesə qoyulan tələblər arasında ziddiyyətlərin olması verilənlər bazasını əvəzləyən və “verilənlər anbarı ” (Data Warehouse) adlanan yeni konsepsiyanın yaranmasına gətirib çıxartdı.

Verilənlər bazası konsepsiyası informasiya sistemləri sahəsindəki mütəxəssislər tərəfindən çoxdan müzakirə edilirdi. Verilənlər anbarına həsr edilmiş ilk məqalələr 1988-ci ildə nəşr olunmuşdur. VA Konsepsiyasının banilərindən biri olan Bill İnmon 1992-ci ildə nəşr etdirdiyi “Verilənlər anbarının qurulması” monoqrafiyasında VA konsepsiyasını ətraflı təsvir etmişdir.

VA konsepsiyasının əsasını operativ emal və analiz məsələlərinin həllində istifadə edilən verilənlərin bir-birindən ayrılması ideyası təşkil edir. Bu isə verilənlərin OLTP və OLAP sistemlərində istifadəsini nəzərə almaqla onların saxlanma tələblərinə cavab verən strukturlardan istifadə edilməsinə və həmin strukturları optimallaşdırmağa imkan yaradır. QQDS-də bu iki tip verilənlərin mənbələrinə uyğun olaraq “operativ verilənlər mənbələri (OVM)” və “verlənlər anbarı (VA)” deyilir.

Bill İnmon verilənlər anbarına belə tərif verir: “Verilənlər anbarı qərar qəbulunu dəstəkləmək üçün istifadə edilən predmet-yönlü, inteqrallaşdırılmış, dəyişilməyən və xronologiyanı təmin edən verilənlər toplusudur” [9]. QQDS-də verilənlər anbarı konsepsiyasından istifadə etməkdə aşağıdakı məqsədlər güdülür:



  • qərarların qəbulu üçün QQŞ-in vaxtında, tam və dəqiq informasiya ilə təmin edilməsi;

  • müəssisənin vahid informasiya modelinin qurulması;

  • verilənlər anbarında predmet sahəsinə yönəlmiş və inteqrallaşdırılmış verilənlər saxlandığından, onların əsasında qərar qəbulu prosesi asanlaşır və sürətlənir.

Verilənlər anbarına xas olan xüsusiyyətlərə baxaq.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin