Mühazirə 8.
VERILƏNLƏR ÜZƏRINDƏ ƏMƏLLƏR
Plan:
8.1. Verilənlərin çıxarılması, çevirilməsi və anbara yüklənməsi
8.1. Verilənlərin çıxarılması, çevirilməsi və anbara yüklənməsi
Verilənlərin çıxarılması (Exrtact), çevirilməsi (Transform) və yüklənməsi (Load) prosesi–ETL prosesi–verilənlər anbarının istismarının tərkib hissəsi olduğundan, ETL prosesinin işlənib hazırlanması QQDS-in qurulmasının ən vacib məsələlərindən biri hesab olunur.
Verilənlər anbarında toplanan verilənlər müxtəlif mənbələrdən çıxarıla bilər: baxılan predmet sahəsində fəaliyyət göstərən verilənlər bazalarından (OLTP sistemlərindən), elektron arxivlərdən, MS Office sənədlərindən, normativ–arayış fayllarından və s. Bu mənbələr arasında əlaqə olmadığından, və ya, çox zəif olduğundan, onların təqdim etdikləri verilənlər müxtəlif struktura və təsvir formasına malik olurlar. Odur ki, həmin verilənləri çevirmək, yəni bir-birinə uyğunlaşdırmaq, eyni formada gətirmək, təkrarlanmaları və səhv qiymətləri aradan qaldırmaq lazımdır. Təmizlənən və ümumi formata salınan verilənlər VA-ya yüklənir.
ETL prosesi aşağıdakı xassələrlə səciyyələnir:
1. Giriş mənbələrindən çıxarılan və VA-ya yüklənən verilənlərin həcmi kifayət qədər böyük olur ( qiqabaytlara qədər );
2. ETL prosesinin dövrü təkcə verilənlərin aktuallığına qoyulan tələbatlarla deyil, həmçinin VA-ya yüklənən verilənlərin porsiyalarının ölçüləri ilə təyin edilir;
3. ETL prosesinin müxtəlif mərhələlərində VA-nı xarakterizə edən metaverilənlər formalaşdırılır və verilənlərin keyfiyyəti təmin edilir;
4. ETL prosesi zamanı verilənlərin itməsinin qarşısının alınması üçün verilənlərin VA-ya daxil edilməsi prosesinə nəzarət etmək lazımdır;
5. ETL prosesi qəza hallarında verilənləri itirmədən onların bərpasını təmin etməlidir.
Bu xassələrdən irəli gələn məsələlər ETL prosesinin təşkilində nəzərə alınmalıdır.
ETL prosesinin təşkili üsulları.
ETL prosesinin təşkili üsullarını aşağıdakı əlamətlərə görə ayırmaq olar:
- verilənlərin çevrilməsinin harada aparılmasına görə;
- verilənlərin mənbədən kim tərəfindən çıxarılmasına görə;
- verilənlərin çıxarılması prosesinin harada aparılmasına görə.
Dostları ilə paylaş: |