İstifadə olunan ixtisarların siyahısı


Verilənlərin çıxarılması prosesinin harada aparılmasına görə



Yüklə 388,52 Kb.
səhifə57/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   53   54   55   56   57   58   59   60   ...   91
C fakepathMuhazireler

Verilənlərin çıxarılması prosesinin harada aparılmasına görə ETL prosesi aşağıdakı üsullarla reallaşdırıla bilər:

- ETL prosesi verilənlər mənbəyi ilə VA-serveri arasında yerləşdirilmiş ETL-serverdə yerinə yetirilir. Bu halda ETL prosesi VA-serverin və verilənlər mənbələri serverlərinin hesablama resurslarından istifadə etmir;

- ETL prosesi VA-serverdə yerinə yetirilir. Bu halda VA-server kifayət qədər böyük disk yaddaşına malik olmalıdır;

- ETL prosesi verilənlər mənbələrinin serverlərində yerinə yetirilir. Bu halda verilənlərdə baş verən dəyişikliklər dərhal VA-da əks olunur. Bu üsuldan real zaman rejimində işləyən VA-da istifadə edilir.

Beləliklə ETL prosesinin layihələndirilməsi zamanı VA-nın fəaliyyətinə qoyulan tələblərə uyğun olaraq ETL prosesinin harada və hansı üsullarla aparılması təyin edilir və bunun da əsasında ETL prosesinin yerinə yetirilməsi üçün aparat və proqram vasitələri seçilir.


2. ETL prosesinin işlənməsi

ETL prosesinin işlənməsi VA-da verilənlərin təsvir modeli ilə birbaşa əlaqəli olduğundan, ilk növbədə həmin model təyin olunmalıdır. İri müəssisələr üçün yaradılan OLAP sistemlərdə mərkəzi VA böyük həcmə malik olduğundan, verilənlərin təsviri üçün əksər hallarda relyasiya modelindən istifadə edilir.

ETL prosesinin işlənib hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:

- ETL prosesinin planlaşdırılması;

- ölçülər cədvəllərinin doldurulması;

- faktlar cədvəllərinin doldurulması.




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin