Müəllimlə öyrətmə (supervised learning) və müəllimsiz öyrətmə (unsupervised learning). Bu adlar ingilis dilində Data Mining texnologiyalarını ifadə edən “Machine Learning” (maşınla öyrətmə) terminindən əmələ gəlmişlər.
Müəllimlə öyrətmə zamanı verilənlərin analizi məsələsi bir neçə mərhələdə həll olunur. Əvvəlcə Data Mining-in hər hansı alqoritmi ilə analiz edilən verilənlərin modeli-klassifikator–qurulur. Sonra isə klassifikator öyrənilir, başqa sözlə, onun keyfiyyəti yoxlanır. Əgər o kafi deyilsə, klassifikatorun öyrənilməsi davam edir. Bu o vaxta qədər davam etdirilir ki, ya lazımi keyfiyyət əldə edilsin, ya da ki, seçilən alqoritmin düzgün işləməməsi və ya verilənlərin lazımi struktura malik olmaması müəyyən edilsin. Bu tipə təsnifat və reqressiya məsələləri aiddirlər.