İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə61/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   57   58   59   60   61   62   63   64   ...   91
C fakepathMuhazireler

Verilənlərin çıxarılması prosesində məqsəd verilənlər mənbələrindən relevant verilənlərin periodik olaraq çıxarılmasından ibarətdir. Bu prosesi aşağıdakı vasitələrlə aparmaq olar:

  1. SQL əmrlərinin icrasına əsaslanan proqramların köməyilə verilənlərin çıxarılması. Bu proqramlar verilənlər mənbələri daxil olan sistemlərin digər proqramları ilə birlikdə fəaliyyət göstərirlər.

  2. Verilənlərin import/eksport edilməsi üçün VBİS-ə daxil edilən mexanizmlərin köməyilə verilənlərin çıxarılması. Bu cür mexanizmlərdən istifadə edilməsi verilənlərin çıxarılmasını sürətləndirir.

  3. Xüsusi hazırlanmış proqramlar vasitəsilə verilənlərin çıxarılması. Bu variant nisbətən baha başa gəlir.

Verilənlərin çıxarılması prosesi gündə, həftədə və ya nadir hallarda ayda bir dəfə aparıla bilər. Bəzi sistemlərdə isə verilənlərin çıxarılmasının həqiqi zaman miqyasında aparılması tələb olunur: məsələn, birja əməliyyatlarını analiz edən sistemlərdə və ya telekommunikasiya sahəsindəki sistemlərdə.

Verilənlərin çıxarılması prosesi həm OLTP mühitində, həm də OLAP mühitində aparıla bilər.




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin