İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə62/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   58   59   60   61   62   63   64   65   ...   91
C fakepathMuhazireler

Verilənlərin çevrilməsi prosesi əsasən aşağıdakı əməliyyatları əhatə edir:

- verilənlərin tiplərinin çevrilməsi: verilənlərin kodunun dəyişdirilməsi (məs., “UniCode”-a), tarixin və vaxtın lazımi formata çevrilməsi və s.;

- verilənlərin sxeminin normallaşdırılması və ya denormallaşdırılması ilə bağlı olan çevrilmələr;

- açarların çevrilməsi;

- VA-da verilənlərin keyfiyyətinin təmin edilməsi üçün çevrilmələr.

Verilənlərin keyfiyyətini təmin etmək üçün onlar “təmizlənirlər“. Təmizlənmə proseduru aşağıdakıları əhatə edir: verilənlərin formatlarının uyğunlaşdırılması, verilənlərin kodlaşdırılması, lazımsız atributların kənarlaşdırılması, kodun qiymətlə əvəz edilməsi (məsələn, obyektinin kodunun onun adı ilə əvəz edilməsi), müxtəlif mənbələrdən alınan verilənlərin ümumi açar altında biləş­dirilməsi (məsələn, müəssisənin buraxdığı məhsullar haqqında bütün verilənlərin toplanması) və s.

Verilənlənlərin təmizlənməsini aşağıdakı tiplərə ayırırlar:

- verilənlərin konversiyası və normallaşdırılması (mətni eyni kodla, vaxtı eyni formatla ifadə etmək və s.);

- adların yazılışının, ünvanların təsvirinin standartlaşdırılması, təkrarlannmaların aradan qaldırılması;

- cədvəllərin adlarının, indekslərin və s. standartlaşdırılması;

- baxılan sahədə biznes-qaydalara əsaslanan təmizlənmə.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin