İstifadə olunan ixtisarların siyahısı


Təsnifat və reqressiya məsələləri



Yüklə 388,52 Kb.
səhifə67/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   63   64   65   66   67   68   69   70   ...   91
C fakepathMuhazireler

9.2. Təsnifat və reqressiya məsələləri
Təsnifat- obyektlər çoxluğunu müəyyən əlamətlərə görə siniflərə ayırma prosesidir. Bu prosesi yerinə yetirən mexanizmə (insana, proqrama, sistemə) klassifikator (təsnifləyici) deyilir. Klassifikatorun vəzifəsi müəyyən əlamətlərə görə obyektin əvvəlcədən məlum olan siniflərdən hansına aid olmasını təyin etməkdir. Təsnifat birölçülü (bir əlamətə görə) və çoxölçülü (iki və daha çox əlamətə görə) ola bilər. Birölçülü təsnifatda hər hansı əlamətin obyektdə olub-olmamasından asılı olaraq obyektlər iki sinfə ayrılır. Odur ki, bu təsnifata həmçinin binar təsnifat da deyilir. Çoxölçülü təsnifatda isə bir neçə əlamətə görə obyektlər çoxluğu bir neçə sinfə ayrılır.

Binar təsnifata misal olaraq insanların cinsə (kişi və qadın) görə iki sinfə ayrılmasını, bank müştərilərinin “iş yeri”, “əmək haqqı”, “yaşı” , “ailə tərkibi” və s. əlamətlərə görə “kreditqabiliyyətli” və “kreditqabiliyyətsiz” kimi iki sinfə ayrılmasını göstərmək olar. Çoxölçülü təsnifata aid misal kimi onluq rəqəmlərin surətlərinin tanınması məsələsini göstərmək olar. Hər bir rəqəm ona uyğun pikselin rənginə görə 10 sinifdən birinə aid edilir.




Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin