İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə75/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   71   72   73   74   75   76   77   78   ...   91
C fakepathMuhazireler

Sənaye istehsalı. Sənaye istehsalatı QQDS-in tətbiqi üçün ən münasib sahədir. Burada idarəetmənin həm təşkilatı, həm də texnoloji səviyyələrində verilənlərin avtomatik analizi böyük fayda verə bilər.

Təşkilatı səviyyədə həll olunan bir sıra məsələlər QQDS-in həll etdiyi məsələlər siyahısına daxildirlər. Istehsalat müəssisəsində bu tip məsələlərin həll prosesi, yəni ilkin verilənlərin mənbələrdən çıxarılması, təmizlənməsi, çevrilməsi, anbara yüklənməsi, sorğular əsasında onların analitik emalı və nəticələrin istifadəçilərə çatdırılması prosesləri tam avtomatlaşdırıla bilər.

Texnoloji səviyyədə həll olunan məsələlər QQDS üçün daha əlverişlidir. Burada texnoloji qurğuları və prosesləri xarakterizə edən parametrlər əvvəlcədən məlum olan interval daxilində dəyişə bilərlər. Odur ki, bu məsələlərin həllində statistik stabillik olur. Lakin verilənlərdə anomaliyaların da olması mümkündür.

Sənaye istehsalatının xüsusiyyətləri aşağıdakı istehsalat məsələlərinin həllində QQDS-dən istifadə edilməsinə imkan yaradır:

-istehsalat situasiyalarının sistemli analizi;

-istehsalatın inkişafının proqnozlaşdırılması;

-optimal qərarların variantlarının seçilməsi;

-texnoloji proseslərin müəyyən parametrlərindən asılı olaraq məhsulun keyfiyyətinin proqnozlaşdırılması;

-istehsalat proseslərinin inkişafının görünməyən tendensiyalarının və qanunauyğunluqların üzə çıxarılması;

-iatehsalata təsir edən görünməyən faktorların üzə çıxarılması;

-istehsalatın vəziyyəti və proqnozlar arasındakı qarşılıqlı əlaqələrin analizi;

-istehsalat proseslərinin idarə edilməsi üzrə tövsiyyələrin hasil edilməsi;

-analiz nəticələrinin vizuallaşdırılması, ilkin hesabatların və mümkün qərarların layihələrinin hazırlanması və s.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin