10.4. Sığorta biznesi
Sığorta biznesi müəyyən risklə bağlıdır. Bank işində və marketinqdə olduğu kimi, sığorta məsələsində də müştərilərin tipik qruplarının (profillərinin) təyini üçün böyük həcmli informasiya massivlərinin emalı məsələsi qarşıya çıxır.
Müştərilərin qruplara ayrılması nəticəsində alınan informasiyadan yeni müştərilərin qruplarını təyin etmək üçün istifadə edilir. Nəticədə sığorta şirkəti yüksək səmərə və kiçik risklə konkret qrup müştərilərə müəyyən xidmətlər təklif edə bilər.
Sığortalanan fırıldaqçının aşkarlanması məsələsi fırıldaqçı müştərinin ümumi stereotipinin təyin edilməsi ilə həll edilir.
Tibb sahəsi - Tibbi və bioloji tədqiqatlarda, həmçinin praktik tibbdə verilənlər və biliklər bazaları əsasında həll olunan məsələlərlə yanaşı, verilənlərin analitik emalı ilə həll olunan çoxlu məsələ var. Ənənəvi olaraq tibbi diaqnostikada biliklər bazaları əsasında qurulan ekspert sistemlərindən istifadə edilir. Biliklər bazasında xəstəlikləri və hər bir xəstəliyə uyğun simptomları təsvir edən qaydalar saxlanır. Çıxarış mexanizmi adlanan xüsusi proqram vasitəsilə xəstədə müşahidə olunan konkret simptomlara görə diaqnoz qoyulur. Verilənlərin analizi texnologiyasının köməyilə tibbi verilənlərdə şablonları aşkarlamaqla, həmin qaydaların tərtibini avtomatlaşdırmaq olar.
Bioinformatika sahəsində VA vasitələri genetik informasiyanın analizi və sistemləşdirilməsi üçün modellərin və alqoritmlərin yaradılmasına kömək edir. Həmin modellərdən və alqoritmlərdən müxtəlif bioloji prosesləri izah etmək məqsədilə makromaterialların strukturunu və funksiyalarını təyin etmək üçün istifadə edilir.
Əczaçılıq sahəsində VA metodlarından geniş istifadə olunur. Buraya dərman preparatlarının klinik tətbiqinin səmərəliliyinin tədqiqi, konkret qrup xəstəliklərin müalicəsi üçün müəyyən qrup preparatlarının seçilməsi və onların tətbiq metodlarının təyini və s. aiddir. Dərman preparatlarının bazarda hərəkəti məsələsi də aktual hesab olunur.
Molekulyar genetika və gen mühəndisliyi sahəsində VA texnologiyasının “mikro-massivlərdə verilənlərin analizi” adlanan ayrıca istiqaməti mövcuddur. Bu istiqamətin əsas məsələlərinə aşağıdakılar aiddir:
-diaqnostika;
-terapiya üçün yeni molekulyar metodlar;
-müalicənin yaxşılaşdırılmış və fərdi seçilmiş növləri;
-fundamental bioloji kəşflər.
Bu istiqamətdə VA-nın tətbiqinə aid misallar: bəzi ağır xəstəliklərin molekulyar diaqnozu; xəstəliyin ehtimalının xəbər verilməsi üçün genetik koddan istifadə edilməsi, yeni dərmanların və preparatların kəşf edilməsi və s.
Dostları ilə paylaş: |