İstifadə olunan ixtisarların siyahısı


Plan: 11.1. İntellektual analizin mərhələləri



Yüklə 388,52 Kb.
səhifə80/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   76   77   78   79   80   81   82   83   ...   91
C fakepathMuhazireler

Plan:

11.1. İntellektual analizin mərhələləri

11. 2.Qeyri-səlis məntiq

11.3. Neyron şəbəkələr

11.4. Genetik alqoritmlər

11.5. Qeyri-səlis neyron sistemlərinin inteqrasiyası
11.1. İntellektual analizin mərhələləri
Bildiyimiz kimi, verilənlərin intellektual analizində məqsəd verilənlər toplusundakı qanunauyğunluqları və qarşılıqlı əlaqələri üzə çıxarmaqdan ibarətdir. Bu qanunauyğunluqları və qarşılıqlı əlaqələri sonradan yeni verilənlər toplusunda istifadə etmək olar.

İntellektual analiz prosesi bir neçə mərhələdən ibarətdir: (şıkil 11.1)

-məsələnin qoyuluşu;

-analiz üçün verilənlərin hazırlanması;

-analiz metodlarının tətbiqi və modellərin qurulması;

-qurulan modellərin yoxlanılması;

-nəticələrdən QQDS-də istifadə edilməsi.

Şəkil 11.1. Verilənlərin intellektual analizinin mərhələləri


1-ci mərhələdə verilənlər qoyulan məsələ öyrənilir, intellektual analizin nə məqsədlə aparılması dəqiqləşdirilir. Qoyulan məqsədlərə uyğun olaraq intellektual analizin metodları seçilir. Metodların düzgün seçilməsi vacib şərt hesab olunur.

2-ci mərhələdə verilənlər intellektual analizin tələb etdiyi formaya salınır, yəni verilənlərin ilkin mənbələrdən çıxarılması, çevrilməsi və yüklənməsi (ETL) prosesi yerinə yetirilir. Verilənlər üzərində aparılan çevrilmələrə 1-ci mərhələdə seçilən metodlar da təsir edir.

3-cü mərhələ analiz metodlarının bilavasitə tətbiqini əhatə edir. Tətbiqin ssenarisi müxtəlif cür qurula bilər (ələlxüsus əgər analiz müxtəlif baxışlarla aparılırsa) və bir neçə metodun kombinasiyasından ibarət ola bilər. Analizin nəticələri əksər hallarda müəyyən modellərlə ifadə olunur.

Növbəti mərhələdə həmin modellər yoxlanılır. Ən sadə və daha çox istifadə edilən üsul ondan ibarətdir ki, analiz edilən verilənlər iki qrupa bölünür: 1-ci qrup böyük ölçüyə, 2-ci qrup isə nisbətən kiçik ölçüyə malik olur. 1-ci qrupda bu və ya digər metodun tətbiqi ilə verilənlər analiz edilir və müəyyən modellər qurulur. Kiçik ölçülü verilənlər qrupunda isə həmin modellər yoxlanılır. Alınan dəqiqliklər arasında fərqə əsasən qurulan modelin adekvatlığı haqqında nəticə çıxarılır.

Sonuncu mərhələdə analizin nəticələri istifadəçi (QQŞ) tərəfindən interpretasiya olunur. Nəticələrdən qərar qəbul etmək üçün və biliklər bazasına əlavə etmək üçün istifadə edilə bilər. İntellektual analizin nəticələrinin qiymətləndirilməsi onların əsasında qəbul edilən qərarların keyfiyyəti ilə təyin edilir.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin